Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-875/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızını katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlunun Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı iddiaçı X3 qəyyumu X1 vəsatətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlu Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, onun tam olaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan iddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlunun Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair mülki iş məhkəmənin digər hakiminin icraatında olan 2(006)-872/2023 saylı mülki işlə (“əmək haqqı”) bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlu Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-5767/2022 saylı qərardadından (hakim Səməd Cəfərov) görünür ki, iddiaçı X4 Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddiası ərizəsi xx.xx.2022-ci il tarixində məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, iddiaçının nümayəndəsi və vəkili X2 icraatın birləşdirilməsinə etiraz etmədiyini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan iddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlunun Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair 2(006)-875/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərovun icraatında olan iddiaçı X4 Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair 2(006)-872/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hazırda icraatda olan iddiaçı Qulı̇ yev Əlı̇ Çı̇ ngı̇ z oğlunun Cavabdehnə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair 2(006)-875/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərovun icraatında olan iddiaçı X4 Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair 2(006)-872/2023 saylı mülki işlə birləşdirilərək bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq 2(006)-872/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-875/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-875/2023
30.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver