Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-876/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə bağlanılmış 25 iyun 2014-cü il tarixli, 167/14/1 tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış 25.06.2014-cü il tarixli, 167/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətində, illik 20% (iyirmi faiz) ödənilmək şərtilə, 50.000 (əlli min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X6 ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan, Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən 161.2 kv.m ümumi, 72.8 kv.m yaşayış, 88.4 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış ev "xxxx" ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə imzalanan zaman o, yuxarıda qeyd edilən və bankda ipoteka ilə yüklü edilmiş Aşağı Kürkənd kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmuşdur. Salyan rayon icra hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Səfərovun 01 iyul 2014-cü il tarixli arayışında onun həmin fərdi yaşayış evində qeydiyyatda olmağı göstərilməmişdir. Həmin fərdi yaşayış evi onun ata evidir. Və bir övlad kimi həmin evə vərəsəlik haqqı var. Onun razılığı olmadan həmin evin ipoteka predmeti olması ona məlum deyildir. İcra nümayəndəsinin də verdiyi qeydiyyatla bağlı arayışı qanunsuzdur. Belə ki həmin ildə o, ata evində qeydiyyatda olduğuna baxmayaraq arayışda onun adı göstərilməmişdir. Salyan RPŞ-nin müraciətinə cavab olaraq ona ünvanladığı 25.06.2020-ci il tarixli cavabında açıq aşkar göstərilir ki o, 17.05.2004-cü il tarixindən 28,03,2017-ci ilədək Salyan rayon Aşağı Kürkənd kəndində qeydiyyatda olmuşdur. Fərdi yaşayış evinin bankda ipoteka predmeti olmasından onun məlumatı olmayıb. Ümumiyyətlə bununla bağlı o, məlumatlandırılmamışdır. Mərhum atası X6 14 may 2020-ci ildə vəfat etmişdir. Beləliklə "xxxx" ASC ilə mərhum atası (İpoteka qoyan) X6 arasında bağlanmış 25.06.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsas vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsiinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Salyan rayon icra hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli, AZ-İİ 072745 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 miokard infarktı səbəbindən 14.05.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.05.2020-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. LPO Cavabdeh ASC ilə (ipoteka qoyan) X6 və (borc alan) X10 arasında bağlanmış 25.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən 161.2 kv.m ümumi, 72.8 kv.m yaşayış, 88.4 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi 25.06.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi LPO Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin dəyəri 62.000 manat məbləğində müəyyən edilmişdir. Salyan rayon icra hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 01.07.2014-cü il tarixli, 571 saylı arayışdan görünür ki, X1 rayonu, Aşağı Kürkənd kəndində yerləşən 161.2 kv.m ümumi, 72.8 kv.m yaşayış, 88.4 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin sahibidir. Ondan başqa X3 və X5 da həmin evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 25.06.2020-ci il tarixli məktubdam görünür ki, onun DİN-in müvafiq uçotlarında 17.05.2004-d il tarixdən 28.03.2017-ci ilədək Salyan rayon Aşağı Kürkənd kəndində, 28.03.2017-ci il tarixdən 14.09.2017-ci ilədək Çuxanlı kəndi 984-sayfı hərbi hissədə, 14.09.2017-ci il tarixdən isə Bakı şəhər Yasamal rayon Şəfaət Mehdiyev küçəsi,ev 76-da pasport qeydiyatında olmağı müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 25.06.2014-cü il tarixində LPO Cavabdeh ASC ilə (ipoteka qoyan) X6 və (borc alan) X10 arasında ipoteka müqaviləsi bağlanılmış, müqaviləyə əsasən X2 məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən 161.2 kv.m ümumi, 72.8 kv.m yaşayış, 88.4 kv.m köməkçi sahədən ibarət 4 otaqlı fərdi yaşayış evi öhdəliklərin təminatı kimi LPO Cavabdeh ASC-nin xeyrinə yüklü edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə vərəsəlik hüququnun olmasına istinadən "xxxx" ASC ilə bağlanılmış 25 iyun 2014-cü il tarixli 167/14/1 tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qətnamə qəbul edilməsini tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Bundan başqa əqdin etibarsız hesab edilməsi üçün qeyd edilən xüsusatlar o halda əhəmiyyətli ola bilər ki, barəsində ipoteka müqaviləsi bağlanmış daşınmaz əmlak müqaviləni mübahisələndirən şəxsin ümumi mülkiyyətində olsun, halbuki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi qeyd edilən hallar mövcud deyildir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunun hüquqi mövqeyə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Bu mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158-ci və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 noyabr 2015-ci il tarixli Qərarında öz əksini tapmışdır. Belə ki, həmin Qərardan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olan bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-876/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-876/2021
11.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver