Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-88/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X53 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi X2, Cavabdeh3 Ağabala qızının, vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 nümayəndəsi X4, 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X9, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X23 iştirakları ilə İddiaçı Cavabdeh1, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, 59 saylı Mənzil- Kommunal İstismar Sahəsi və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh3 Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi, 59 saylı Mənzil- Kommunal İstismar Sahəsi və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh3 Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi istifadədə olan yerdə qanunsuz qoyulmuş qapının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X15 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında iddiaçı ilə yanaşı, digər qardaş və bacıları qeydiyyatdadırlar. Cavabdeh3 Ağabala qızı iddiaçının rəhmətə getmiş qardaşı Qafar Yusifovun keçmiş həyat yoldaşı olmuş, 2010-cu il tarixdə keçirilən məhkəmə iclaslarında cavabdehin həmin mənzilə heç bir hüququ tanınmamışdır. Ona görə ki bu sahə özbaşına tikili sayılır, heç bir mülkiyyət hüququ yoxdur. 2021-ci ildə ümumi istifadədə olan yerdən cavabdeh tərəfindən qanunsuz qapı qoyulmuşdur. İddiaçı dəfələrlə bu barədə 59 saylı MİS-ə, MKTB-yə, Nəsimi RİH-ə və cavabdehin özünə yazılı və şifahi şikayət etməsinə baxmayaraq, cavabdeh qanunsuz əməllərindən əl çəkməmişdir. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Ramin, Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin işçiləri dəfələrlə qanunsuz qapını sökmək istəsələr də, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində qapını sökmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh3 Ağabala qızı məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsassız, qərəzli və qanunsuzdur. Belə ki, təqdim edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən nə İddiaçı, nə də ki onun qardaş və bacılarının Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, 46/48 ünvanında qeydiyyatda olmadıqları müəyyən edilir. İddiaçı məxsus AA № 384692 nömrəli xx.xx.2001-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinə, xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 02182502 saylı və xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqələrinə əsasən, o, M.Əlizadə 48 saylı ünvanında, o cümlədən atası İmamverdi Yusifov tərəfindən oğlu İddiaçı verilmiş 16 dekabr 2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı M.Əlizadə 48 ünvanında, atası İmamverdi Yusifov isə 46/48 saylı ünvanda qeydiyyatdadır. Təqdim edilmiş “Elektron Notariat” X1 verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən M.Əlizadə 46/48 ünvanında qeydiyyatda olan şəxslər Cavabdeh3, oğlu – X24 və mərhum qaynatası X25 olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsinə əsasən (sədrlik edən E.Məmmədov), cavabdeh qismində iştirak edən X25 və X10 qarşı qaldırılmış iddiaya əsasən Cavabdeh3 Ağabala qızının ünvan 2 ünvanına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(103)-364/10 saylı qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(006)-3683/2010 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2011-ci il tarixli 2(102)-1902/2011 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-5165/2021 saylı qərardadı ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh3 və onun oğlu X11 Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, İddiaçı həmin iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması qənaətinə gələrək, iddianı mümkün saymamışdır. Məhkəmənin belə qənaətə gəlməsi üçün səbəb İddiaçı işdə olan şəxsiyyət vəsiqələrinə əsasən M.Əlizadə küçəsi ev 48 ünvanında qeydiyyatda olması, İddiaçı Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanına hər hansı hüququnun sübutla təsdiq edilməməsi, onun başqa ünvanda qeydiyyatda olması olmuşdur. Məhkəmə İddiaçı təqdim etdiyi 59 saylı MKİS tərəfindən verilmiş, onun qardaş və bacılarının M.Əlizadə 46/48 ünvanında qeydiyyatda olmaları barədə arayışa münasibət bildirərək göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilərək, şəxsi yaşayış yeri üzrə qeydiyyata alan orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Sözügedən məhkəmə qeyd edir ki, İddiaçı mübahisə predmeti ilə bağlı (M.Əlizadə 46/48 ünvanla bağlı) cavabdehlərə qarşı yəni, Cavabdeh3 qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun belə bir hüququ qanun, müqavilə və inzibati aktla təsbit edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Beləliklə, qeyd olunanlardan müəyyən edilir ki, İddiaçı tamam başqa bir ünvanda yaşamaqla, cavabdehin qeydiyyatda olduğu və yaşadığı M.Əlizadə 46/48 ünvan üzrə bu və ya digər hal onun hər hansı bir hüquqlarını poza bilməz. Bunlara baxmayaraq, İddiaçı dəfələrlə Cavabdeh3 yaşadığı M.Əlizadə 46/48 ünvanına gedərək yaşayış yerinə soxulmuş, bunun üçün mübahisələndirdiyi qapını təpiklə vuraraq yenidən qoparmış, daha sonra qardaşı Rəhman vasitəsilə qapını satmışlar. Bununla əlaqədar Nəsimi RİH-nin Mənzil Kommunal Təssərüfatı Birliyinə, Nəsimi RPİ-nin 20-ci PB-nə, Daxili İşlər Nazirliyinə cavabdeh tərəfindən müraciətlər edilmiş və həmin orqanlar tərəfindən müvafiq tədbirlər görülmüşdür. Bununla yanaşı, onun mənzilinə giriş açıq qaldığı üçün giriş qapısı plastmas çərçivəli qapı ilə əvəz edilmişdir. Qeyd olunanlara müvafiq olaraq, cavabdehə aid yaşayış sahəsinin giriş qapısını bərpa etməsi iddiaçının yuxarıda qeyd edilən səbəblərdən hər hansı bir hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir göstərə bilməz. İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Ağabala qızı iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Ağabala qızının vəkili Nümayəndə iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun çıxış etdi. Bundan əvvəlki məhkəmə iclasında etiraz ərizəsindən əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak etmiş MİS-in nümayəndəsi şikayət əsasında həmin eyvana baxış keçirərkən, doğrudan da, eyvanda girişdə qapı üçün nəzərdə tutulmuş dəmir qapı çərçivəsinin olduğunu görməsini bildirmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı qətnaməsi ilə müəyyən edilir ki, köçürülməli olan ev 2-ci mərtəbədə yerləşir və bir açıq giriş eyvanından və iki içiçə otaqdan ibarətdir. Başqa sözlə, Cavabdeh3 köçürüldüyü sahəyə eyvan da daxildir və qeyd olunan qətnamə eyvan və otaqların Cavabdeh3 istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici sənəddir. İddiaçı isə M.Əlizadə 46/48 ünvanda yerləşən eyvanın onun istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici hər hansı bir sənədləri mövcud deyildir. 03 mart 2023-cü il tarixli 10/783 saylı ekspert rəyinə görə İddiaçı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 48 ünvanı Cavabdeh3 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanı ilə üst-üstə düşmədiyi, aparılmış ölçü işləri nəticəsində İddiaçı yaşadığı ev ilə Cavabdeh3 yaşadığı ev arasında 52.0 metr məsafə olduğu müəyyən edilmişdir. O cümlədən həmin rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 46/48 ünvanı aid eyvana giriş üçün quraşdırılmış qapının İddiaçı yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə 48 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının subyektiv hüququ olmadığından hazırki iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 nümayəndəsi X17 iddianı əsaslı hesab etdiyini, orada eyvanın açıq olduğunu bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X26 iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin nümayəndəsi və X14 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X38 iş üzrə vermiş olduğu rəyi müdafiə edib, rəyə əlavəsinin olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və çıxışlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 02182502 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri ünvan 9-dir. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 2(006)-3036/2009 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 Ağabala qızının Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 48 saylı evə istifadə hüququ tanınmış, qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşayış sahəsinə qeydiyyata alınma üçün əsas olduğu qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli 2(103)-694/2010 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh3 Ağabala qızının iddia tələbinin Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınmasına dair hissəsində işin icraatına məhkəmədə baxılmalı olmadığına görə xitam verilmiş, iddiaçı Cavabdeh3 Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə müraciət edə bilməsi barədə qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli 2(103)-694/2010 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 2(006)-3036/2009 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh3 Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə hüququnun tanınması hissəsində iddia tələbi təmin olunmamış, iddiaçı Cavabdeh3 Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınmasına dair hissəsinə isə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarılmaqla xitam verilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 avqust 2010cu il tarixli 2(102)-2390/10 saylı qərarından görünür ki, Cavabdeh3 Ağabala qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh3 cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(103)-364/10 saylı qətnaməsindən görünür ki, cavabdehlər X22 və X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2011-ci il tarixli 2(102)-1902/2010 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3683/10 saylı 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin, 48 saylı mənzilinə gəldikdə müəyyən olunmuşdur ki, Cavabdeh3 göstərilən ünvanda yaşayır. X3 bildirmişdir ki, tələbkar Yusiova İradənin göstərilən ünvanda yaşamasına heç bir maneçilik və etirazı yoxdur. Aktın doğruluğunu icra məmuru, tələbkar, borclu və 2 nəfər hal şahidi öz imzaları ilə təsdiq etmişlər. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri ünvan 9-dir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X27 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını – X32 vəsiyyət etmişdir. Mülki işin materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 ünvanında Cavabdeh3, X24 və X27 qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Bakı şəhəri Cavabdeh1 Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 13-19/2/-158 saylı arayışından görünür ki, Cavabdeh3 o əraziyə xidmət göstərən 59 saylı MKİS-in təqdim etdiyi arayışa və faktiki sxemə görə istifadəsində olan ünvan 7 ünvanda qeydiyyatdadır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 46/48-də Cavabdeh3, X27, X24 qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhər Cavabdeh1 Mənzil-Kommunal Təssərüfatı Birliyinin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 28 yanvar 2021-ci il tarixli, 86 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 №-li evdə yaşayır. Mülki işin materiallarında olan İddiaçı Cavabdeh1 başçısına ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh3 qanunun tələblərini pozmaqla İddiaçı atasının və ailəsinin istifadəsində olan yaşayış sahəsinə hüquqi olmayan, özbaşına qapı qoymaqla onların hüquqlarını pozmaqla istifadə hüquqlarına maneələr yaradır. Cavabdeh3 qanuna zidd əsaslarla onların hüquqlarını kobud pozmaqla qanunsuz olan hərəkətləri araşdırılmaqla qanunda nəzərdə tutulmuş qaydada təxirəsalınmaz tədbir görülməsini xahiş etmişdir. Mülki işin materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Qeydiyyat Sistemində məlumat yoxdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 9 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Bakı şəhər Cavabdeh1 Mənzil-Kommunal Təssərüfatı Birliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 0/264 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum qardaşının həyat yoldaşı olmuş Cavabdeh3 tərəfindən ailələrinin istifadəsində olan yaşayış sahəsinə özbaşına qapı qoyulması ilə bağlı hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Mülki işin materiallarında olan X6, X12 və X18 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli **********274 nömrəli ərizədə qeyd olunmuşdur ki, X16 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən 46 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. İddiaçı İmanverdi oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında 46 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. Cavabdeh3 yuxarıda qeyd olunan ünvandan 500 metr məsafədə M.Əlizadə küçəsi ünvanında, ümumi sanitar qovşağı üzərində inşa olunmuş 46/48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 5165/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər: Cavabdeh3 Ağabala qızı və X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(103)-2219/2021 saylı qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 9989/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsinə dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 ünvanında Cavabdeh3 və X24 qeydiyyatdadırlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********42 nömrəli məktubundan görünür ki, X13 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubundan görünür ki, ünvan 11 ünvanda yerləşən daşınmaz əmlakın X13 adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Mülki işin materiallarında olan İddiaçı, X28, X14 və X19 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli **********908 nömrəli ərizədə qeyd olunmuşdur ki, onlar Cavabdeh3 1987-ci ildən 2021-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən 46/48 saylı fərdi yaşayış evində yaşamadığını öz imzaları ilə təsdiq edirlər. Mülki işin materiallarında olan X18, X20 və X24 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli **********207 nömrəli ərizədə qeyd olunmuşdur ki, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısı mövcud olmuşdur. Mülki işin materiallarında olan X20, X18 və X34 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli **********761 nömrəli ərizədə qeyd olunmuşdur ki, X27 1953-cü ildən xx.xx.2020-ci ilədək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamış və həmin ünvanda qeydiyyatda olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adına olmuş, özü ödəmişdir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır. Həmçinin, Cavabdeh3 1987-ci ildən hal-hazıradək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adınadır, özü ödəyir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır. Mülki işin materiallarında olan Cavabdeh3 tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, cavabdehlə iddiaçının evi arasındakı məsafə 500 metrdir. Mübahisələndirilən qapı necə ümumi ola bilər?! Hansı ümumilikdən söhbət gedə bilər?! Cavabdeh əlil oğlu ilə İİ mərtəbədə tək yaşayır. Bu, küçədə aparılan söküntüyə görədir. "xxxx" MMC tərəfindən bina tikilir, ona görə də iddiaçı cavabdehin evini mənimsəmək istəyir. Məhkəmədən ədalətli qərar çıxarmasını xahiş etmişdir. İş üzrə hərtərəfli, obyektiv və tam tədqiqat aparılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “1. Cavabdeh3 Ağabala qızı tərəfindən ünvan 14nda qapının (eyvana giriş qapısının) qoyulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına uyğun aparılmışdırmı? 2. ünvan 14nda Cavabdeh3 Ağabala qızı tərəfindən qapının (eyvana giriş qapısının) qoyulması İddiaçı öz əmlakından istifadə etməsinə hər hansı maneçilik törədirmi? 3. ünvan 14na aid eyvana giriş qapısının mövcud olması ünvan 13 ünvanına keçidin qarşısını alırmı? 4. ünvan 14nda yerləşən eyvanın İddiaçı paylı mülkiyyətində olmasını təsdiq edən hər-hansı hüquq müəyyənedici sənədlər mövcuddurmu, mövcuddursa qeyd olunan hal hansı sənəddə öz əksini tapmışdır?” məzmununda suallar qoyulmuş, iş üzrə icraat ekspertin müvafiq rəyi alınanadək dayandırılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli e-2(006)-3058/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X39 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/4004 saylı ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarixli 10/4004 saylı ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh3 tərəfindən ünvan 14nda qapının (eyvana giriş qapısının) qoyulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin 62.1-ci bəndinin tələblərinə uyğun deyildir. ünvan 14nda Cavabdeh3 tərəfindən qapının (eyvana giriş qapısının) qoyulması İddiaçı əvvəllər istifadəsində olan sahədən istifadə etməsinə və həmin sahəyə keçidin qarşısını aldığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadın dördüncü sualı üzrə tədqiqat aparılmadı. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli cavab məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı ünvan 15 ünvanda yerləşən mənzilin İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(005)-3809/2022 saylı qətnaməsindən görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat Ofisində təsdiqlənmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “1. ünvan 14nda yerləşən və hazırda Cavabdeh3 Ağabala qızının istifadəsində olan mübahisəli sahənin (iki otağın və giriş eyvanın) İddiaçı əvvəl istifadəsində olduğuna dair hər hansı hüquq müəyyənedici sənədlər mövcuddurmu, mövcuddursa qeyd olunan hal hansı sənəddə öz əksini tapmışdır? 2. ünvan 14nda yerləşən eyvanın və hər iki otağın İddiaçı hazırki istifadəsində olmasını təsdiq edən hər-hansı hüquq müəyyənedici sənədlər mövcuddurmu, mövcuddursa qeyd olunan hal hansı sənəddə öz əksini tapmışdır? 3. İddiaçı yaşadığı ünvan 13 ünvanı Cavabdeh3 Ağabala qızının yaşadığı ünvan 16 ünvanı ilə üst-üstə düşürmü? Ünvanların üst-üstə düşmədiyi halda həmin ünvanların arasında ara məsafəsi mövcud olub-olmaması müəyyən edilsin? Mövcuddursa ara məsafəsi nə qədər təşkil edir? 4. ünvan 14na aid eyvana giriş qapısının mövcud olması İddiaçı yaşadığı ünvan 13 ünvanına keçidin qarşısını alırmı, istifadəsinə maneçilik törədirmi?” məzmununda suallar qoyulmuş, iş üzrə icraat ekspertin müvafiq rəyi alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(103)-2544/2022 saylı qərarından görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9989/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi (ekspert İsa Eyvazzadə) tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli 10/783 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərovun imzası ilə təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli **********11 №-li məktubunda qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46/48 ünvanda yerləşən mənzilin İddiaçı hazırki istifadəsində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcud olmadığı müəyyən edilir. İddiaçı yaşadığı ünvan 9 ünvanı Cavabdeh3 Ağabala qızının yaşadığı ünvan 17 ünvanı ilə üst-üstə düşmədiyi, aparılmış ölçü işləri nəticəsində İddiaçı yaşadığı ev ilə Cavabdeh3 Ağabala qızının yaşadığı ev arasında 52.0 metr məsafə olduğu müəyyən edilmişdir. ünvan 14na aid eyvana giriş üçün quraşdırılmış qapının İddiaçı yaşadığı ünvan 9 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Mənzil- Kommunal Təssərüfatı Birliyinin 14 mart 2023-cü il tarixli, 31 nömrəli arayışında qeyd edilmişdir ki, M.Əlizadə küçəsi, 46/48 və 48 saylı ünvan özbaşına tikilidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 və ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evlərinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı ünvan 9, Cavabdeh3 Ağabala qızı isə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46/48 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehin qeydiyyatda olmaqla yaşadığı ünvanda yerləşən 46/48 nömrəli ev özbaşına tikilidir. Belə ki, həmin ev barəsində daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat məlumatları aşkar edilməmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ümumi istifadədə olan yerdə qanunsuz qapı qoyulduğunu, həmin qapının onun evindən istifadə etməsinə maneə törətdiyini iddia edir və qapının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməyə hüququnun olmadığını bildirir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İddia tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələb əsassızdır. Belə ki, aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının yaşadığı evə giriş-çıxışa maneə törətmir. Deməli, həmin qapının mövcudluğu iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Bundan başqa qeyd edilməlidir ki, qapının qoyulduğu 46/48 saylı fərdi yaşayış evi özbaşına tikili olduğundan, həmin qapının qanuni qoyulub-qoyulmamasını mübahisələndirmək və sökülməsini tələb etmək hüququ ya səlahiyyətli dövlət orqanına, ya da hüquqlarına və qanunla qorunan mənafelərinə toxunulan maraqlı şəxslərə məxsusdur. Hazırki mübahisənin predmetini təşkil edən qapının mövcudluğunun iddiaçının hüquqlarını pozması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ, İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan qapının mövcudluğu iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmadığından, İddiaçı Cavabdeh3 Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh3 Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-88/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-88/2023
19.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver