Məhkəmə qərarları › İş №2(006)-905/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-905/2023

11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-905/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İmanverdi oğlunun Cavabdehnə qarşı «əsassız hesablanmış borc məbləğinin silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmanverdi oğlu Cavabdehnə qarşı «əsassız hesablanmış borc məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan **********31160 saylı abonent koduna yazılmış 397 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İmanverdi oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Masazırda da evi var. Qışda heç getmir. Yayda da ayda bir-iki dəfə gedir. Qazdan ümumiyyətlə istifadə etmir. İstifadə çox cüzi olmuşdur. Əvvəl sayğac smart kart tipli olmuşdur. Sonra onlardan xəbərsiz qışda sayğacı mexaniki sayğacla əvəz etmişlər. Sayğac quraşdırılan zaman xəttlərin düzgün olub-olmamasına baxmalı idilər. Əgər xətt düzgün çəkilməyibsə, standartlara uyğun deyildisə, Abşeron rayon Qaz İdarəsinin işçiləri xəttləri bərpa etməli və sonradan sayğac quraşdırmalı idilər. Bu birbaşa Qaz İstismar İdarəsinin vəzifəsi olmalıdır. Yayda o, Masazıra evə gedəndə qapıda qəbz görmüşdür. Borc təxminən 40 manata yaxın idi. Elə bilmişdir ki, köhnə borcdur. Qaz İdarəsinə gedərək borcla maraqlanmışdır. İdarədən baxacaqlarını bildirmişlər. Bundan başqa, sayğacı smart tipli sayğacla əvəz etmələrini tələb etmişdir. Heç kim qeyd olunanlarla maraqlanmamışdır. Oktyabr ayında Masazıra evə gedəndə nəzarətçi onlara qəbz vermişdir. Həmin qəbzi görəndə şoka düşmüşlər. 400 manata yaxın borc yazılmışdır. Həmin günədək nəzarətçi heç vaxt onlara qəbz verməmişdir. Qaz yandırmaya-yandırmaya bu qədər borc qətiyyən yarana bilməzdi. X4 İdarəsinin işçilərini dəvət etmişdir. Məlum olmuşdur ki, xətt deşilmişdir, sızma var. Sayğac mənzilindən kənarda yerləşir. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs bunu rahat şəkildə həyata keçirilə bilər. Sızma qaz idarəsinin işçilərinin iştirakı ilə onun tərəfindən bərpa olunmuşdur. X4 İdarəsinə məlumat vermişdir. Yuxarıda qeyd olunanlar ancaq məhkəmədə baxılıb həll olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, qeyd olunan borc istehlak borcudur və heç bir halda silinə bilməz. Məhkəmədən iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İddiaçı İmanverdi oğlunun cavabdehə ünvanladığı 02 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, abonent Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinin mexaniki qaz sayğacının smart tipli sayğacla əvəz edilməsinə göstəriş verilməsini xahiş etmişdir. - Abonentin saldosundan, xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, iddiaçının abunə koduna 397 manat 70 qəpik borc məbləği yazılmışdır. - İddiaçı İmanverdi oğlunun cavabdehə ünvanladığı 18 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh Bakı X3 Departamentinə iddia ərizəsində bildirdikləri barədə məlumat verərək, sərf etmədiyi təbii qazın dəyərinin hesabından silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh Bakı X3 Departamentinin 23 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti araşdırılmışdır. Bildirilmişdir ki, iddiaçının istifadəsində olan **********8 nömrəli sayğac quraşdırılaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin qaz sayğacının göstəricisi 02456 m3 olmaqla istehlakçı hesabında 418 manat borc mövcuddur. - 30 yanvar 2023-cü il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac və tənzimləyici əvəzlənmişdir. - 28 mart 2023-cü il tarixli aktdan görünür ki, BRQSD-nin rəis müavini Natiq Qənbərov, Qazın Balansı və Satışı şöbəsinin rəis müavini Kamran Qədirov, qrup rəhbəri Vüsal Davudov şifahi sorğuya cavab olaraq həmin aktı tərtib etmişlər. Bidirilmişdir ki, Masazır kəndi Füzuli küçəsində yerləşən İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacını və qaz xəttinə baxış keçirilən zaman abonent qaz təsərrüfatının təhlükəsizlik qaydalarının pozaraq qaz sayğacından çıxıb evinə gedən qaz sayğacından çıxıb evinə gedən qaz xəttini betonun alt hissəsinə keçərək aparmışdır. Evinə gedən qaz xəttinin betonun alt hissəsindən keçəndən yerində sızma yoxlanaraq abonentə təhvil verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Abşeron xidmət sahəsi qaz sayğacında çıxıb evə gedən xəttə məsuliyyət daşımır. Sayğacdan çıxıb evə gedən xəttə abonent özü məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Qanunun: 6-cı maddəsinə əsasən təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda Qaz paylayıcısı qazın verilməsini dayandırır. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının”: 3.2.1-ci yarımbəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.1.2-ci yarımbəndinə əsasən təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda Qaz paylayıcısı qazın verilməsini dayandırır. 6.3-cü bəndinə əsasən istehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Masazır kəndi Füzuli küçəsində yerləşən İddiaçı məxsus evdə qaz sızması faktı aşkar edilmiş, Abşeron qaz idarəsinin əməkdaşları tərəfindən onun evinə gedən qaz xəttinin betonun alt hissəsindən keçəndən yerində sızma yoxlanaraq abonentə təhvil verilmişdir. Qeyd olunmalıdır ki, abonent ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Abonent tərəfindən bununla bağlı qaz sayğacının smart kart tipli sayğacla əvəz olunmasına dair xx.xx.2022-ci il tarixdə müraciət olunmasına baxmayaraq, qaz sayğacı sızma faktı aşkar edildikdən sonra xx.xx.2023-cü il tarixli aktla əvəzlənmişdir. İş materiallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən sızma faktı daha tez aşkar olunaraq aradan qaldırılmalı və ya 2022-ci il iyuloktyabr aylarına olan qazdan istifadə mübahisəli olduğundan hesablanmamalı idi. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı aid **********31160 saylı abonent kodu üzrə hesablanmış 397 manat borc əsassız hesab olunaraq silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı aid **********31160 saylı abonent kodu üzrə hesablanmış 397 manat borc əsassız hesab olunaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı aid **********31160 saylı abonent kodu üzrə hesablanmış 397 manat borc əsassız hesab olunaraq silinsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar