Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-906/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh "xxxxxxx" KB KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia və iddiaçı «xxxxxxx» KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “xxxxxxx” KB ASCnin Əcəmi filialına yaxınlaşaraq müəyyən məbləğdə kredit götürmək istədiyini bildirmiş və həmin filialın əməkdaşı tərəfindən onunla bir qədər söhbət aparıldıqdan sonra, ona 2000 ABŞ dolları məbləğində kredit verilə biləcəyi bildirilmişdir. Bundan sonra onunla “xxxxxxx” KB ASC-nin Əcəmi filialı arasında xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi və həmin müqaviləyə xx.xx.2015-ci il tarixli 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılaraq, İddiaçı 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2.000 ABŞ dolları məbləğində (manat ekvivalentində) kredit verilmişdir. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən o, 24 ay müddətində hər ay 110 ABŞ dolları olmaqla, 2.000 ABŞ dolları məbləğində əsas kredit borcuna görə 637.49 ABŞ dolları məbləğində faiz borcuna görə, ümumilikdə xx.xx.2017-ci il tarixədək 2637.49 ABŞ dolları məbləğində pul ödəməli idi. İddiaçı qeyd olunan krediti ödəniş cədvəlinə uyğun olaraq ödəyirmiş və xx.xx.2015-ci il tarixdə baş verən məlum devolivasiyadan sonra kredit borcu ABŞ dollarında rəsmiləşdirildiyindən aylıq ödənişi manata nisbətdə xeyli artmış və bundan sonra onu banka dəvət edərək kredit üzrə güzəşt tətbiq olunduğunu və verilmiş kreditin faizinin tam çıxıldığını, yalnız əsas borcu hissə-hissə ödəmək şərti ilə aylıq daha az ödənişlə krediti ödəyə biləcəyini bildirmişlər, yəni bankdan ona bildirmişlər ki, verilmiş kreditin əsas məbləğini (faizsiz) 23 ay müddətində təxminən hər ay 50-60 ABŞ dolları ekvivalentində manatla ödəyə bilər. O da bununla razılaşmış və daha sonra ona xx.xx.2015-ci il tarixli ərizə imzalatmışlar və həmin ərizənin bir nüsxəsini də, onun özünə vermişlər. Həmin ərizədə kredit müqaviləsinin nömrəsi “100nkADJ/15”, kredit üzrə uzadılacaq ayların sayı isə “23” ay qeyd olunmuşdur. Lakin ona kredit üzrə heç bir müqavilə, razılaşma və ya ödəniş cədvəli imzalatdırılmamış, o cümlədən bu sənədlər ona təqdim edilməmişdir. O bu barədə bank əməkdaşlarından soruşduqda bildirmişlər ki, ödəniş terminalları vasitəsi ilə krediti ödəyən zaman orada aylıq ödənişi göstəriləcək və həmin göstərilən məbləğdə də ödəniş edər (həmin ərizənin surəti iddia ərizəsinə əlavə edilib). İddiaçı da bu qaydada ödənişlər etməyə başlamış və nəzərində tutmuşdur ki, əvvəlki kredit üzrə ümumilikdə 2000 ABŞ dolları məbləğində pul ödəməlidir, həmin məbləğdən bir qismini (07.02.15-də 114.74 USD, 10.03.15-də 85.80 USD və 17.03.15-də 24.69 USD, cəmi 224.66 USD) ödəmiş və xx.xx.2015-ci il tarixli ərizəyə əsasən də illik faiz dərəcəsinin hesablanmadığı və tutulmadığı təqdirdə o, təxminən 1775.34 ABŞ dolları məbləğinə pul ödəyərək kreditini tam bağlayacaq. Beləliklə iddiaçı ümumi ödəyəcəyi kreditin cəmi məbləğinin 1775.34 ABŞ dolları olmasını nəzərə alaraq xx.xx.2015-ci il tarixdən başlayaraq 2019-cu ilin fevral ayınadək hər ay müəyyən məbləğdə ödənişlər etmiş və ümumi ödənişlərini nəzərə alaraq sonuncu dəfə 2019-cu ilin fevral ayında 20 manat ödəniş edib kredit borcunu bağladığını zənn edərək, banka yaxınlaşmış və “Problemli kreditlərlə bağlı” ölkə başçısının məlum fərmanına əsasən ona düşən kompensasiyanı almaq üçün gəldiyini bildirmişdir. Bankdan isə bildirmişlər ki, ona həmin kredit üzrə 1475 manat civarında kompensasiya düşüb, lakin hələ həmin kredit üzrə onun banka təxminən 1350 ABŞ dolları borcu qalmaqdadır. Bu səbəbdən ona düşən kompensasiya məbləğindən 95.20 USD (163 AZN) növbəti aylıq ödənişinə çıxaraq qalan məbləği (1312 AZN) ona vermişlər. İddiaçı buna etiraz edərək banka olan borcunu tam olaraq ödədiyini və hətta lazım olandan da artıq ödədiyini, bunların qanunsuz olduğunu bildirmiş və bunu nəyin əsasında etdiklərini soruşduqda bnkdan bildirmişlər ki, bank birtərəfli qaydada həmin kreditin qaytarılma müddətini 81 ay müddətinə uzadıb və krediti hər ay, sonuncu xx.xx.2021-ci il tarixədək ödəməlidir və onun tələbinə əsasən, ona məlum olmayan, heç bir imza və ya möhürlə təsdiqlənməyən, hətta tarixi belə olmayan 82 aylıq ödəniş cədvəlini təqdim etmişlər. Bir daha vurğulayır ki, İddiaçı yalnız bir dəfə bankın təklifi əsasında onun kreditinin faiz dərəcəsinin güzəşt edilməsi ilə bağlı (yəni götürdüyü kreditin hissə-hissə yalnız əsas borcun ödəyəcəyi barədə) xx.xx.2015-ci il tarixli ərizəyə imza etdiriblər və həmin ərizənin bir nüsxəsini də ona veriblər. Həmin ərizədə də kredit müqaviləsinin nömrəsi “100nkADJ/15”, kredit üzrə uzadılacaq ayların sayı isə “23” ay qeyd olunmuşdur. İddiaçı belə bir razılaşmadan (kreditin qaytarılma müddətini 81 ay müddətinə uzadılmasından) xəbəri olmayıb, bu barədə ona heç bir məlumat verilməyib və o, bankla bu barədə hər hansı bir razılaşma imzalamamışdır. Bankın özbaşına olaraq birtərəfli qaydada bu hərəkətləri etməsi isə tam əsassız və qanunsuzdur. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxxxxx” KB ASC-yə rəsmi qaydada müraciət edilərək “kreditin qaytarılma müddətini 81 ay müddətinə uzadılması”nın hansı əsasla (razılaşma, kredit müqaviləsinə əlavə və s.) edilməsi barədə və başqa sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmiş, lakin hazırkı vaxtadək müraciətə cavab verilməmişdir (həmin ərizə iddia ərizəsinə əlavə edilmişdir). İddiaçı qeyd olunan kredit üzrə sonuncu şifahi razılaşmaya əsasən banka təxminən 1775.34 ABŞ dolları məbləğində pul ödəməli olduğu halda, ümumilikdə 2500 ABŞ dolları məbləğində pul ödəmişdir. Bununla da aydın görünür ki, “xxxxxxx” KB ASC-nin qeyriqanuni hərəkətləri nəticəsində ona nəzərdə tutulandan 724.66 ABŞ dolları məbləğində artıq pul ödətdirilmişdir (kredit üzrə hesabdan çıxarış iddia ərizəsinə əlavə edilib). Göründüyü kimi cavabdeh “xxxxxxx” KB ASC tərəfindən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə İddiaçı məlumatı olmadan qanunsuz olaraq birtərəfli qaydada öz mənafeyi və öz maraqlarına uyğun olaraq yeni şərtlərlə və yeni qaydalarla əlavə və ya dəşiklik etməsi qanunvericiliyin tələblərinə zidddir. Bu səbəbdən də həmin birtərəfli əqd, razılaşma və ya müqavilə bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarsız sayılmalıdır. Eyni zamanda İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə etdiyi bütün ödənişlər onun həmin zaman banka mövcud olan əsas borcuna çıxılmalı və qalan məbləğ isə onun özünə (iddiaçıya) qaytarılmalıdır. Eyni zamanda İddiaçı iddia qaldırılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi üçün vəkilin hüquqi yardımından istifadə etmək məcburiyyətində qalaraq bu məqsədlə vəkilə hüquqi yardım üçün 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. Bundan başqa məhkəməyə müraciət edən zaman iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə sonradan birtərəfli qaydada edilmiş hər hansı əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi; iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (2000 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi; cavabdeh “xxxxxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 724.66 ABŞ dolları məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxxxxx” KB ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan birtərəfli qaydada edilmiş hər hansı əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi; iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (2000 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsini, cavabdeh “xxxxxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 724.66 ABŞ dolları məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxxxxx” KB ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” KB ASC-nin İddiaçı qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi, iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (1900 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi, cavabdeh “xxxxxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 513,95 ABŞ dolları məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxxxxx” KB ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxx” KB ASC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən xeyrlərinə 1250.32 ABŞ dolları əsas, 53.95 ABŞ dolları faiz və 147.83 ABŞ dolları cərimə, cəmi 1452.10 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərəkİddiaçı iddiasının təmin edilməsi, iddiaçı "xxxxxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X3 iddiaçı "xxxxxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı iddiasının isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Belə ki, “xxxxxxx” KB ASC-nin Əcəmi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, bank borcalan İddiaçı 24 ay müddətinə illik 28% dərəcəsi ilə 2.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən “xxxxxxx” KB ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış kredit müqaviləsi üzrə kreditdən illik istifadə faizinə endirim edib, müddətini 23 ay uzadılmasını xahiş etmiş, qeyd olunan şərtlər çərçivəsində kredit müqaviləsi üzrə öhdəliyini 3 gün gecikdirsə ona olunmuş faiz dərəcəsi güzəştinin ləğv olunmasına etiraz etmədiyi bildirmişdir. “xxxxxxx” KB ASC-nin Əcəmi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsinə edilmiş 2 saylı əlavədən görünür ki, bank borcalan İddiaçı 81 ay müddətinə illik 26% dərəcəsi ilə (1666,85 ABŞ dolları faiz hesablanmaqla) 2.000 ABŞ dolları məbləğində pulu kredit verməyi öhdəsinə götürmüşdür. Sənədin üzərində müvafiq möhür və imzanın mövcudluğu aşkar edilməmişdir. «xxxxxxx» X4 Səhmdar Cəmiyyəti tərəfindən AZ64UBAZ**********1020USD001 bank hesabı üzrə xx.xx.2015-ci tarixdən xx.xx.2020-ci taixə qədər olan müddət üçün tərtib edilmiş çıxarışdan görünür ki, Fərmanla bağlı xx.xx.2019-cu il tarixdə 95,20 manat məbləğində kompensasiya ödənişləri kompensasiya hesabına köçürülmüşdür. İddiaçı tərəfindən “xxxxxxx” KB ASC-yə ünvanlanmış pretenziyadan görünür ki, o, bankdan 3 iş günü müddətində xx.xx.2015-ci il tarixli, 100nkADJ/15 saylı “kredit və bank hesabı” müqaviləsinə xitam verilməsini və tərəfindən artıq ödənilmiş pulların geri qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə bankı xəbərdar etmişdir. xx.xx.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya 1474,75 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxx” KB ASC tərəfindən borcluya ünvanlanan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı borcun ödənilməsi barədə “xxxxxxx” KB ASC tərəfindən xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/98 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 100nkADJ/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilənləri rəhbər tutaraq borcalanın “xxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu aşağıdakı kimi (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən illik 5% dərəcəsi ilə faiz hesablanmaqla) müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il (müqavilənin bitdiyi) tarixə: əsas kredit borcu 1,681.42 ABŞ dolları, faiz borcu 34,19 ABŞ dolları. xx.xx.2019-cu il (maliyyə arayışında borcun hesablanıldığı) tarixə: əsas kredit borcu 723,84 ABŞ dolları, faiz borcu 19.80 ABŞ dolları. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli, 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə (cərimə hesabı üzrə) cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün sualda soruşulan tarixlərə İddiaçı cərimə borcu hesablanmamışdır. “xxxxxxx” KB ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə “xxxxxxx” KB ASC-yə 1250,32 USD əsas, 49,76 USD faiz, 123,02 USD əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 1423,10 USD məbləğində borcu yaranmışdır. “xxxxxxx” KB ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixə “xxxxxxx” KB ASC-yə 1605,64 USD əsas, 33,67 USD faiz, 0 USD əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 1639,31 USD məbləğində borcu yaranmışdır. “xxxxxxx” KB ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə “xxxxxxx” KB ASC-yə 1250,32 USD əsas, 83,95 USD faiz, 147,83 USD əsas borc üzrə hesablanmış cərimə olmaqla, cəmi 1452,10 USD məbləğində borcu yaranmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən xx.xx.2020-ci il tarixli Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, X1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 1250,32 USD, faiz məbləği üzrə 396,96 manat məbləğində borcu vardır. İddiaçı ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı banka ödədiyi ümumi məbləğ 1145,69 USD təşkil edir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçıcavabdeh “xxxxxxx” KB ASC-yə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə Bakı şəhər 16 saylı Vəkil Bürosuna 200 manat və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə iş materiallarından müəyyən edilir ki, “xxxxxxx” KB ASC-nin Əcəmi filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavəyə əsasən bank borcalan İddiaçı 24 ay müddətinə illik 28% dərəcəsi ilə 2.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 1474,75 manat kompensasiya məbləği hesablanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan xx.xx.2015ci il tarixdə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi, iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (1900 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi, “xxxxxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 513,95 ABŞ dolları məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxxxxx” KB ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. “xxxxxxx” KB ASC isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 1250.32 ABŞ dolları əsas, 53.95 ABŞ dolları faiz və 147.83 ABŞ dolları cərimə, cəmi 1452.10 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasınıxahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edirki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2 və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Mülki Məcəllənin 337.1, 337.4 və 324.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Məhkəmə iş materiallarını müqayisəli şəkildə araşdıraraq hesab edir ki, mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Belə ki, iddiaçının əqdin etibarsız hesab edilməsinə dair istinad etdiyi yeganə dəlil müqavilənin qüvvədə olma müddətinin 81 aya uzadılmasını əks etdirən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavə və bankomat vasitəsilə ödənişlərin edilməsini əks etdirən şəkillər məhkəmə tərəfindən sübut qismində qəbul edilə bilməz. Çünki “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavənin üzərində onun doğruluğunu təsdiq edə biləcək Banka məxsus möhür və (və ya) əməkdaşının imzasının mövcudluğu aşkar edilməmiş, şəkillərin həqiqliyini isə müəyyən etmək mümkün olmamışdır. İddiaçı müqaviləyə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin etibarsız hesab edilməsini xahiş etsə də, belə əlavə və dəyişikliyin əsillərini və ya notariat qaydasında təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununlabelə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın vəyaona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3cümaddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ““xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinin və ona sonradan xx.xx.2015-ci il tarixdə birtərəfli qaydada edilmiş əlavə və dəyişikliyin əhəmiyyətsiz və ya etibarsız (qanunsuz) hesab edilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı olan iddianın digər tələbləri üzrə araşdırmanın aparılmasına keçməmişdən əvvəl hesab edir ki, ilk öncə iddiaçı “xxxxxxx” KB ASC cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə pulun qaytarılması” tələbinə dair iddiaya diqqət yetirilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliklərinin tam icra edildiyi müəyyən edilməmiş, bu halı tam araşdırmaq məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/98 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “xxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan kredit borcu xx.xx.2017-ci il (müqavilənin bitdiyi) tarixə: əsas kredit borcu 1,681.42 ABŞ dolları, faiz borcu 34,19 ABŞ dolları. xx.xx.2019-cu il (maliyyə arayışında borcun hesablanıldığı) tarixə: əsas kredit borcu 723,84 ABŞ dolları, faiz borcu 19.80 ABŞ dolları təşkil edir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun maliyyə arayışının məhkəməyə təqdim edildiyi gün üçün tutulmalı olduğu mülki qanunvericilik baxımından daha ədalətlidir və belə olan halda İddiaçı Banka olan əsas borcunun 723,84 ABŞ dolları, faiz borcunun isə 19,80 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 20 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki 723,84 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 20 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir. Belə ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh İddiaçı 723,84 ABŞ dolları, faiz borcu 19.80 ABŞ dolları, 20 ABŞ dolları cərimə borcu cəmi 763,64 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın 15 manatı məbləğində pul alınaraq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Məhkəmə iddianın “iddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinin cavabdeh “xxxxxxx” KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsi üzrə götürülmüş əsasa kredit borcuna (1900 ABŞ dolları) çıxılmaqla öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və həmin öhdəliyə xitam verilməsi” tələbləri ilə əlaqədar ilk öncə qeyd edir ki, mübahisə predmeti olan müqavilə xx.xx.2015-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman müqavilənin qüvvədə olma müddəti artıq qurtarmış, faktiki olaraq mövcudluğuna son qoyulmuşdur. Bu hal məhkəmə iclasında iştirak edən “xxxxxxx” KB ASC-nin nümayəndəsi tərəfindən öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən müqavilə müddətinin uzadılmasına dair məhkəməyə təqdim olunmuş ərizəyə (23 ay) əsasən əlavə sazişin bağlanması müəyyən edilməmiş, 81 aya uzadılmasını əks etdirən xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı “Kredit və bank hesabı” müqaviləsinə edilmiş 2 saylı əlavənin həqiqiliyinin isə müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, mövcud olmayan müqaviləyə xitam verilməsi yolverilməz olduğundan iddia bu hissədə rədd edilməlidir. Məhkəmə Mülki Məcəllənin 399.4-cü maddəsinə istinadən həmçinin qeyd etməyi zəruri sayır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə bu maddənin tələblərini, habelə İddiaçı“xxxxxxx” KB ASC-nin qarşısında borclu olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin qurtarmasının müqavilədən irəli gələn öhdəliklərin xitam verilməsinə əsas deyildir və iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “cavabdeh “xxxxxxx” KB ASC-nin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı tərəfindən banka artıq ödənilmiş 513,95 ABŞ dolları məbləğində pulun tutulması” hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, İddiaçı iddia tələbinin “artıq ödənilmiş pulun geri qaytarılması” hissəsinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 100nkADJ/15 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən banka 513,95 ABŞ dolları məbləğində pulun artıq ödənildiyini bildirərək geri qaytarılmasını xahiş etsə də, ona dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları və xüsusən də iş üzrə əldə olunmuş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirilən müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, onun həmin müqavilə üzrə cavabdeh təşkilata ödənilməmiş 763,64 ABŞ dolları borcu qalmışdır. Bununla da iddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsindən kənar pulun ödənilməsi faktı öz təsdiqini tapmamış, iddiaçının bu hala dair irəli sürdüyü dəlillər isə əsassızdır və mülahizə xarakterlidir. Beləliklə, məhkəməişmateriallarındaolansübutlaraməcmuhaldaqiymətverərəkhesabedir ki, İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiasının rədd edildiyi, məhkəmə-mühasibatlıq ekspertizasının məhz bu iş üzrə keçirildiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri İddiaçı tutularaqMəhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Onun tərəfindən ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. İddiaçı «xxxxxxx» KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı əsas borc üzrə 723,84 ABŞ dolları, faiz borcu üzrə 19.80 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, cəmi 763,64 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın 15 manatı məbləğində pul alınaraq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddiaçı “xxxxxxx” KB ASC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əsas borc üzrə 723,84 ABŞ dolları, faiz borcu üzrə 19.80 ABŞ dolları, cərimə borcu üzrə 20 ABŞ dolları, cəmi 763,64 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın 15 manatı məbləğində pul alınaraq «xxxxxxx» KB ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-906/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-906/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver