Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5679/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və cavabdeh X3 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X5 qarşı "əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh X2 “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 1 325.18 (min üç yüz iyirmi beş manat 18 qəpik) manat, faiz borcu üzrə 48.87 (qırx səkkiz manat, 87 qəpik) manat olmaqla, cəmi 1 374.05 (min üç yüz yetmiş dörd manat, 05 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı şağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 15.07.2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X6 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X5 dair sənədlər S-FK-1B-117 saylı, 17.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASCnin İslam Bankçılığı Departamenti ilə cavabdeh X7 arasında 17.10.2013-cü il tarixdə, № 293/13 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti verilmişdir. 17.10.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi X5 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Müqaviləyə əsasən Bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh X3 təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 1 325.18 (min üç yüz iyirmi beş manat 18 qəpik) manat, faiz borcu üzrə 48.87 (qırx səkkiz manat, 87 qəpik) manat olmaqla, cəmi 1 374.05 (min üç yüz yetmiş dörd manat, 05 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bundan başqa bildirmək istəyirik ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, kredit əsasında Kirby şirkətinin məhsulunu almış, bir həftə sonra geri qaytarmışdır. O, iddiaçı ilə maraqlanmış, ona bildirmişlər ki, şirkət ləğv olunmuşdur. 8 il bundan qabaq olub, bir dəfə də olsun ki, bank tərəfindən ona zəng vurulmamışdır. O, aldığı mal üzrə ödənişləri yalnız ilk bir ay etmiş, sonradan malı geri qaytardığından ödənişləri dayandırmışdır. Hətta ödənilmiş təxminən bir neçə ayın ödənişi onun tərəfindən həyata keçirilməmişdir. Həmin ödənişlər başqa şəxs tərəfindən həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə X7 arasında bağlanmış 17.10.2013-cü il tarixdə, № 293/13 saylı “vakala” borc müqaviləsindən görünür ki, X7 "xxxx" ASC-dən 24 ay müddətinə 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. 17.10.2013-cü il tarixli məxaric orderindən görünür ki, X7 "xxxx" ASC-dən 2970 manat məbləğində kredit vəsaitini qəbul etmişdir. "X6 edilməsi Agentliyi" MMC-nin 17.07.2021-ci il tarixli X5 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Hesabdan çıxarışdan müəyyən olunur ki, X1 ödənişi 04.02.2015-ci il tarixdə 116,76 manat məbləğində pul vəsaiti ödəməklə həyata keçirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 20% olmaqla 24 ay müddətinə 2970 manat məbləğində kredit verilmişdir. Sözügedən müqaviləyə görə iddiaçı cavabdeh X5 yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit verməyi, borcalan isə krediti qəbul edib ondan məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə borcalan ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması hallarında kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə müəyyən edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu, yəni cavabdeh X7 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bunun nəticəsində cavabdehin bank qarşısında 1325,18 manat əsas borc, 48,87 manat faiz borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və qanunvericiliyin müfaviq normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 əsas borc üzrə 1325.18 (bir min üç yüz iyirmi beş manat on səkkiz qəpik) manat, faiz borcu üzrə 48.87 (qırx səkkiz manat səksən yeddi qəpik) manat olmaqla, cəmi 1374.05 (bir min üç yüz yetmiş dörd manat biş qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" QSCnin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 əsas borc üzrə 1325.18 (bir min üç yüz iyirmi beş manat on səkkiz qəpik) manat, faiz borcu üzrə 48.87 (qırx səkkiz manat səksən yeddi qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla ümumilikdə 1404,05 (bir min dörd yüz dörd manat beş qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5679/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5679/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver