Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1437/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(060)-125/2022 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 2019/00160-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 12439,19 manat məbləğində qalıq, ona hesablanmış 3835,15 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9343,60 manat məbləğində dəbbə pulu, cəmi 25617, 94 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin X1 mülkiyyətində olan ünvan 1, mənzil 1ə yönəldilməsi, həmin əmlakın linkvid dəyərinin 65000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12439,19 manat məbləğində qalıq, ona hesablanmış 3835,15 manat məbləğində faiz borc, ödənişlərinin gecikdirilməsinə görə hesablanmış 9343,60 manat məbləğində dəbbə pulu, cəmi 25617,94 manat məbləğində borcun və dövlət rüsumu kimi 30,40 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 07 iyun 2019-ci il tarixli, 2019/00160-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi Cavabdeh1 kreditin əsas borcu üzrə 12439,19 AZN məbləğində qalıq, ona hesablanmış 6397,79 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9727 AZN məbləğində dəbbə pulu, cəmi 28563,98 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin cavabdeh X1 mülkiyyətində olan ünvan 1, mənzil 1-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 65 000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12439,19 AZN məbləğində qalıq, ona hesablanmış 6397,79 AZN məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 9727 AZN məbləğində dəbbə pulu, cəmi 28563,98 AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-ci il tariхli, 2019/00160-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 14 200 AZN məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh X3 mülkiyyətində olan ünvan 1, mənzil 1-i (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Reyestr № **********81-05101-093008, Qeydiyyat № 140707875, tarix xx.xx.2007) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 07 iyun 2019-cu il tariхli, 2019/00160-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri müstəqil qiymətləndirici FM Consulting tərəfindən xx.xx.2018-ci il tarixində 65 000 AZN məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(060)-125/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 2019/00160-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 12439,19 manat məbləğində qalıq, ona hesablanmış 6369,98 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 110 manat məbləğində dəbbə pulu, cəmi 18919,17 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 1-ə yönəlməsi, həmin əmlakın likvid dəyərinin 65000 manat müəyyən olunmaqla açıq hərracda satılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12439,19 manat məbləğində qalıq, ona hesablanmış 6369,98 manat məbləğində faiz borcu, ödənişlərinin gecikdirilməsinə görə hesablanmış 110 manat məbləğində dəbbə pulu, cəmi 18919,17 manat məbləğində borcun və dövlət rüsumu kimi 30,40 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Elmir Hüseynov) Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin “tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 1-ə yönəlməsi, həmin əmlakın likvid dəyərinin 65000 manat müəyyən olunmaqla açıq hərracda satılması” hissəsində ləğv edilməsi və işə yenidən baxılaraq, həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iş üzrə cavabdeh qismində cəlb edilsə də, faktiki olaraq ipoteka predmeti olan mənzili miras əmlak olaraq qəbul etməmiş, həmin mənzildə sadəcə formal olaraq pasport qeydiyyatındadır. Uzun müddətdir ki, (ailə qurub köçdüyü üçün) faktiki olaraq tamam başqa bir mənzildə-Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 21, mənzil 97-də yaşayır. Həmin mənzildə faktiki olaraq iş üzrə gəlini Cavabdeh1 övladları ilə birlikdə yaşayır. Lakin buna baxmayaraq, məhkəmə onu cavabdeh kimi işə cəlb etmişdir. Həmin ünvanda yaşamadığı üçün Cavabdeh1 ona məhkəmə iclasları, məhkəmə barədə heç bir məlumat verməmişdir. Qətnamə qəbul edilən zaman ona məlumat vermiş, ona görə də məhkəmə iclasında iştirak edib etiraz və vəsatətlər vermək istəyir. Göründüyü kimi məhkəmə onu cavabdeh kimi işə cəlb etsə də, məhkəmənin yeri və vaxtı barədə məlumatlandırmadan, iştirakını təmin etmədən çəkişmə prinsipini pozaraq, iş üçün zəruri olan bütün faktiki halları araşdırmamışdır, nəticə etibarilə hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardan qətnamə qəbul etmişdir. Qətnamənin borc tələbi ilə bağlı hissəsinə heç etirazı yoxdur. Tələbin ipoteka predmeti olan ünvan 1, mənzil 1-ə yönəlməsi ilə bağlı hissəsi ilə qəti razı deyil. 1-cisi yuxarıda qeyd etdiyi kimi, məhkəmə həmin mənzili vərəsə olaraq faktiki qəbul edən şəxsləri deyil, onu və qardaşı Cavabdeh3 cavabdeh kimi işə cəlb etmişdir. Hansı ki, qardaşı Cavabdeh3 da həmin mənzili faktiki olaraq vərəsə kimi qəbul etməmişdir, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti dəyər-dəyməzinə - 65 min manat məbləğlə qiymətləndirilmişdir. Hazırda mənzilin likvid qiyməti 75-80 min manat təşkil edir. Bu barədə ekspertiza keçirilməli və dəyər müəyyən edilməli idi. Göründüyü kimi, məhkəmə iştirakını təmin etmədiyi üçün, mirasın kim tərəfindən qəbul edilməsi kimi və s halları araşdırmamışdır. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq qətnamənin tutma ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 1-ə yönəlməsi, həmin əmlakın likvid dəyərinin 65000 manat müəyyən olunmaqla açıq hərracda satılması hissəsində ləğv edilməsi və işə yenidən baxılaraq, həmin hissədə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh1 məhkəmə kollegiyasına ərizə təqdim edərək qətnamənin “tutmanın ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 56 saylı evin 1-ci mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərraca çıxarılmaqla satılması” hissəsində ləğv edilməsi və iddiaçıya olan 12439,19 manat əsas borcun, həmin borca hesablanmış 6369,98 manat faiz borcunun, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 110 manat dəbbə pulunun-cəmi 18919,17 manat məbləğində borcun, 30,40 manat ödənilmiş dövlət rüsumunun və ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, AB Consulting MMC tərəfindən həmin mənzilin likvid dəyəri şişirdilmişdir. Belə ki, müraciətləri əsasında "xxxx" MMC-nin ekspertləri tərəfindən həmin əmlakın likvid dəyərini müəyyən etmək məqsədilə qiymətləndirmə həyata keçirilmiş, əmlakın xx.xx.2022-ci il tarixinə olan bazar dəyərinin 74 000 manat, likvid dəyərinin isə 63 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnaməni mübahisələndirməmişlər. Cavabdehlərdən Cavabdeh2 isə qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(060)-125/2022 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan ünvan 1, 1 nömrəli mənzilin ilkin satış qiyməti 85 000 (səksən beş min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 2019/00160-01 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 (otuz altı) ay müddətinə illik 36 (otuz altı) faiz dərəcəsi ilə 14200 (on dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, X1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 90,24 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzili 2019-cu il 07 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka predmetinin likvid dəyəri 65 000 manat müəyyən edilmişdir. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh1 2019/00160-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nə 12439,19 manat əsas, 6397,79 manat faiz, 9727 manat dəbbə borcu olmaqla ümumilikdə 28563,98 məbləğində kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş ********** nömrəli çıxarışın surətindən görünür ki, X2 məxsus olan ünvan 1 ünvanında yerləşən, 90,24 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzili İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və X3 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişlər. İş materiallarında olan AZ-İİ № 058365 saylı, xx.xx.2020-ci il tarixli öllüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixində essensial hipertenziya səbəbindən ölmüşdür. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli, 9/327 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, X3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 003/SKMF saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə X1 xx.xx.2021-ci il tarixədək banka olan borcu 18.900,25 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 12530,27 manat, faiz borcu üzrə 6369,98 manat. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 003/SKMF №-li kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh X2 cərimə borcu hesablanmamışdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iş materiallarında olan xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndində qeyd edilmiş ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyərinin xx.xx.2018-ci il tarixində müstəqil qiymətləndirici FM Consulting tərəfindən 65 000 AZN məbləğində müəyyən edilməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakları qeyd edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi, ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir razılıq yoxdursa, qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasından keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır. İpoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət 39.3.3-cü maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. İş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri xx.xx.2018-ci il tarixdə müstəqil qiymətləndirici FM Consulting tərəfindən 65 000 AZN məbləğində müəyyən edilmişdir. İddiaçı bank iddia ərizəsində əmlakın ilkin satış qiymətini həmin rəy əsasında təqdim etmişdir. xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndində də həmin rəy əsas götürülmüşdür. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı iddiaçı ilə cavabdeh arasında faktiki olaraq mübahisə vardır. Ona görə də tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün və cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi təyin edilmiş və ipotekaya qoyulmuş mənzilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 16 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, ünvan 1, 1 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə bazar qiyməti 90 000 (doxsan min) manat, likvid dəyəri 85 000 (səksən beş min) manat müəyyən olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. İddiaçının nümayəndəsi tərəflindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin 27 sentyabr 2022-ci il tarixli “mənzilin qiymətləndirilməsi barədə hesabat”ına əsasən ipoteka predmeti olan mənzilin bazar dəyəri 74 000 manat, likvid dəyəri isə 63 000 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə biribirindən fərqli üç müxtəlif qiymətləndirici rəyləri vardır. İddiaçının əmlakın likvid qiymətinin müəyyən olunması ilə bağlı əmlakın təkrar qiymətləndirilməsi barədə ərizəsinin dəlili ondan ibarətdir ki, likvid qiyməti "xxxx" MMC-nin rəyi ilə həddən artıq şişirdilmiş və ipoteka predmeti dəyərindən yüksək qiymətləndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin razılığına əsasən bağlanmış bütün ipoteka müqavilələrində ipotekanın qiyməti göstərilir. Lakin, həmin qiymət ipotekaya tutma yönəldilən zaman müəyyən edilməli olan qiyməti əvəz etmir. Əgər belə olmuş olardısa Qanunun 39.3.3-cü maddəsinin qəbuluna zərurət olmazdı, qanunverici qətnamədə ipoteka müqaviləsində göstərilmiş qiymətin ilkin satış qiyməti kimi göstərilməsini nəzərdə tutardı. Kollegiya qeyd edir ki, əmlakın likvid dəyəri 85 000 (səksən beş min) manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə kollegiyası iddiaçı bank tərəfindən təqdim olunmuş son qiymətləndirmə hesabatında olan likvid qiyməti ilə bağlı qeyd edir ki, xx.xx.2018-ci il tarixli rəyə əsasən likvid dəyəri 65 000 manat məbləğində müəyyən edilmiş həmin əmlakın 4 il sonra 27 sentyabr 2022-ci il tarixli rəyə əsasən 63 000 manat məbləğində müəyyən olunması ağlabatan deyildir və real bazar qiymətləri ilə bir araya sığmır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e- 2(060)-125/2022 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan ünvan 1, 1 nömrəli mənzilin ilkin satış qiyməti 85 000 (səksən beş min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" Consulting MMC-nin VÖEN ********** "xxxx" ASC Abşeron filialı VÖEN ********** Müxbir hesab AZ03NABZ********************, kodu 805539, S.W.İ.F.T BİC İBAZAZ2X H/h AZ52İBAZ******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3 və 393 və 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, e-2(060)-125/2022 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1, 1 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 85 000 (səksən beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" Consulting MMC-nin VÖEN ********** "xxxx" ASC Abşeron filialı VÖEN ********** Müxbir hesab AZ03NABZ********************, kodu 805539, S.W.İ.F.T BİC İBAZAZ2X H/h AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1437/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1437/2022
17.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver