Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-910/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”ABC-Telecom” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”ABC-Telecom” MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Dell İnspiron notebook, Microsoft Windows 10 Home OEM proqram, Samsung LED televizor üçün 794.6 (yeddi yüz doxsan dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 79.4 (yetmiş doqquz manat, qırx qəpik) manat cərimə; 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49044 HOFFMANN X Ultra markalı telefon, Mİ Power Bank, 2 ədəd Piko aksesuar üçün 67.1 (altmış yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, 6.9 (altı manat, doxsan qəpik) manat cərimə; 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire notebook üçün 571 (beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə miqdarında borc; ümumilikdə, 1576 (min beş yüz yetmiş altı) manat borc, 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ”ABC-Telecom” MMC ilə 04.03.2020-ci il, 22.12.2019-cu il, 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Dell İnspiron notebook, Microsoft Windows 10 Home OEM proqram, Samsung LED televizor, İMEİ Kodu **********49044 HOFFMANN X Ultra markalı telefon, Mİ Power Bank, 2 ədəd Piko aksesuar, Acer Aspire notebook almış və nəticədə 1576 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100.6 manat Dell İnspiron notebook, Microsoft Windows 10 Home OEM proqram, Samsung LED televizor üçün ümumilikdə, 874 manat olmaqla, ondan 794.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 79.4 manat cərimə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 410.4 manat İMEİ Kodu **********49044 HOFFMANN X Ultra markalı telefon, Mİ Power Bank, 2 ədəd Piko aksesuar üçün ümumilikdə, 74 manat olmaqla, ondan 67.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.9 manat cərimə, 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 801 manat Acer Aspire notebook üçün ümumilikdə, 628 manat olmaqla ondan 571 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 04.03.2020-ci il tarixli müqavilə üzrə Dell İnspiron markalı notebookdan 10.05.2020-ci il tarixində imtina etmiş və məhsul 905.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabehin 04.03.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 400.6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 905.4 manat, ümumilikdə 1306 manat, digər müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 573.3 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı ”ABC-Telecom” MMC ilə Cavabdeh arasında bağlanmış 22.12.2019-cu il tarixli müqavilənin əlavəsindən görünür ki, borclu aldığı məhsullar üzrə 6 ay ərzində hər ay 34.2 manat olmaqla, ümumilikdə 410.4 manat ödəməyi, 04.03.2020-ci il tarixli müqavilənin əlavəsinə əsasən, 18 ay ərzində hər ay 116.7 manat olmaqla, ümumilikdə 2100.6 manat ödəməyi, 10.05.2020-ci il tarixli müqavilənin əlavəsinə əsasən də, 18 ay hər ay 44.5 manat olmaqla, ümumilikdə 801.0 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, iş materiallarında olan xəbərdarlıqdan da görünür ki, müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxta və qaydaya əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, ümumilikdə 1576 manat borc, 35.76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizini təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilən 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. 04.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Dell İnspiron notebook, Microsoft Windows 10 Home OEM proqram, Samsung LED televizor üçün 794.6 (yeddi yüz doxsan dörd manat, altmış qəpik) manat ödənilməmiş hissə, 79.4 (yetmiş doqquz manat, qırx qəpik) manat cərimə; 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49044 HOFFMANN X Ultra markalı telefon, Mİ Power Bank, 2 ədəd Piko aksesuar üçün 67.1 (altmış yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, 6.9 (altı manat, doxsan qəpik) manat cərimə; 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire notebook üçün 571 (beş yüz yetmiş bir) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə miqdarında borc; Ümumilikdə, 1576 (min beş yüz yetmiş altı) manat borc, 35.76 (otuz beş manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-910/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-910/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver