Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-930/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı X7, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X7 cavabdeh "Cavabdeh" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh "Cavabdeh" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq, müəyyən edir ki, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçı X2 fəaliyyəti ilə məşğul olduğunu qeyd edərək, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 007201 saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 135 ünvanında yerləşən avtoyuyucu qismində fəaliyyət göstərən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, yoxlama zamanı sayğacdan əlavə olaraq d-15 mm-lik boru ilə sudan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. Bu aktın X10 tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində, Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün əsas olduğu qeyd edilmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X1 fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyi “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə verilmişdir (VÖEN: **********). İş materiallarında olan “X9”dan görünür ki, X4 qismində Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmış, həmin çıxarışın “fəaliyyət obyekti haqqında informasiya” qrafasından görünür ki, X7 adına “avtoyuma” obyektinin mövcud olduğu qeyd edilmişdir (status: aktivdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (ünvan 1tlərindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sudan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli, 007201 saylı akt tərtib edilmiş və akta əsasən iddiaçıya 2.196 manat cərimə hesablanmışdır. Həmin aktdan göründüyü kimi, akt Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 135 ünvanında yerləşən “avtoyuma” qismində fəaliyyət göstərən obyektə dair tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, obyektin sahibi X4 olmaqla (VÖEN **********) həmin obyektdən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yuridiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X7 cavabdeh "Cavabdeh" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X7 cavabdeh "Cavabdeh" ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinə qarşı “aktın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-930/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-930/2021
21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver