Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-955/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışını etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışını etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışını etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (“Kapital Bank”, qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 09:19) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-955/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-955/2025
17.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver