Məhkəmə qərarları › İş №2(006)-968/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-968/2021

01.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-968/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X41, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun anınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv.metr köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi olaraq qəbul etməyi faktı müəyyən edilməsi və həmin miras paya vərəsəlik hüququ tanınması, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi əzifəsi cavabdeh 13 saylı Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili X54 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının arvadı X33 xx xxxxxxxx 2009-cu ildə vəfat etmişdir. Həmin vaxtdan da paylı mülkiyyət hüququ ilə ona məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0,0255 ha torpaq sahəsində yerləşən 3 ədəd bir mərtəbəli 6 otaqlı 97 kv.metr yaşayış sahəsindən, 65.3 kv. metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə vərəsəlik açılmışdır. İddiaçının arvadının dəfni, hüzn mərasimi və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli müxtəlif məhkəmə mübahisələr səbəbindən iddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə gec müraciət etmişdir. Gecikmə digər səbəblərdə olub ki, həmin səbəblərdən biri də miras əmlakın yüklülüyü barədə arayışı vaxtında ala bilməməyi olub və bunun təqsirkarı da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin qanunsuz hərəkətləri olub ki, həmin hərəkətlərdən müdafiəyə dair iddiasına məhkəmədə baxılıb və iddia tələbi təmin olunmuşdur. Forma 1 arayışın aldıqdan sonra da aidiyyəti notariat ofisi tərəfindən, gətirdiyi arqumentlərə baxmayaraq, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və imtinaya səbəb kimi də vərəsəliyin qəbul üçün nəzərdə tutulmuş müddəti ötürdyüyü göstərilib. İddiaçı həmin imtinanı əsassız hesab etdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh notariusun imtinasının əsassız hesab edilməsini, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılmasının zəruri sayılmasını və tələbinin icrasının cavabdeh notariusa həvalə olunmasını xahiş etmişdir. İddiasına məhkəmədə baxılmış və tələbinin təmin olunması barədə xx xxxx 2013-cü il tarixli qərar qəbul edilmişdi. Həmin xx xxxx 2013-cü il tarixli qərar onunla əsaslandırılmışdır ki, iddiaçının arvadı X2 miras qalmış ünvan 1 ünvanında 0,0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli 6 otaqlı 97 kv.metr yaşayış sahəsindən, 65,3 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsinə yüklülüyə dair dövlət reyestrindən forma 1 arayışını xidməti idarənin imtinası səbəbindən əldə edə bilməməyi, buna görə də arayışın alınmasına nail ola bilməyi üçün məhkəməyə müraciət etməyi və müraciətinin məhkəmə tərəfindən təmin edilməsindən sonra iddiaçıya belə bir arayışın verildiyi, habelə mirası qəbul etdiyi ilə əlaqədar məhkəməyə müraciət etməyi mirası qəbul etdiyi şəksiz nümayiş etdirməyini və miras qəbul etdiyini təsdiq edir. Bütün bu məhkəmə mübahisələrindən sonra əldə etdiyi sənədlər (vərəsəlik hüququ haqqında iş №-si V-17/2015 olan, xx xxxxxx 2015-ci il tarixli şəhadətnamə və sair sənədlər) əsasında qeyd olunan miras, yəni iddiaçının arvadı X3 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsindən, 65.3 m² köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini, adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata aldırmış və iddiaçıya buna dair RX seriyalı,0572463 №-li, xx xxxxxx 2012ci il tarixli çıxarış verilib. Həmin çıxarış əsasında da iddiaçı adına keçirdiyi həmin payı bacısının oğlu, X18 hədiyyə etmiş və bu barədə də 03 saylı notariat kontorunda, 4Ə-157 reyestr №-li, xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi bağlanıb. Həmin bağışlama müqaviləsinə əsasən də paya hüquq X15 adına dövlət reyestrində qeydiyyata alınıb və buna dair RX seriyalı, ******* №-li, xx xxxx 2015-ci il tarixli çıxarış verilib. Bu müddət ərzində iddiaçının arvadının bacısı olan maraqlı şəxs Ağayeva X42, iddiaçının mirası qəbul etməyi faktına dair, eləcə də həmin miras əmlaka mülkiyyət hüququnun tanındığı və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına müvafiq qeydiyyat aparılmaqla müvafiq sənədin (çıxarışın) verilməsinin cavabdeh Ərazi İdarəsinə həvalə olunması barədə xx xxxx 2012-ci il tarixli məhkəmə aktından apelyasiya şikayəti vermiş və apellyasiya instansiyasının (Bakı Apellyasiya Məhkəməsi) xx xxxxxx 2012-ci il tarixli qərarı ilə şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilib. Qərar onunla əsaslandırılıb ki, :-müəyyən olunması tələb olunan fakt üzrə mübahisə olduğundan faktın müəyyən olunması barədə ərizə baxılmamış saxlanılmalıdır. Apellyasiya instansiyasının həmin xx xxxxxx 2012-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti də təmin olunmayıb, xx xxxxxx 2012-ci il tarixli qərarla apelyasiya instansiyasının xx xxxxxx 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Eləcə də maraqlı şəxs Ağayeva X42 tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırki Bakı İnzibati-İqtisadi Məhkəməsi) 2inz(81)-201/2013 №-li, xx xxxx 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilmiş və şikayətə 2-1(103)-1290/2016 №-li iş olaraq baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası özünün xx xxxx 2016-cı il tarixli qərarı ilə şikayəti qismən təmin edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 201/2013 №-li, xx xxxx 2013-cü il tarixli qərarını ləğv etmiş və iddiası mümkün saymamışdı. Həmin xx xxxx 2016-cı il tarixli qərar onunla əsaslandırılmışdır ki, iddiasına ümumi məhkəmələrdə baxılmalı olduğu halda inzibati məhkəmədə baxılıb ki, bu da işlərə baxılmada məhkəmə aidiyyətin pozulmasının yolverilməzliyi baxımından mümkün sayıla bilməz. Həmin xx xxxx 2016-cı il tarixli qərar da yuxarı instansiyada mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (indiki inzibati kollegiyanın) 2-1(102)-1658/2016 №-li, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyasının qeyd olunan 2-1(103)-1290/2016 №-li, xx xxxx 2016-cı il tarixli qərar dəyişdirilmədən saxlanılıb. Ağayeva X42 xx xxxxxx 2016-cı il tarixdə ölüb və bu barədə sahibsiz ölüm kimi, 356 №-li qeydiyyat aparılmış AZ-İ, 809278 №-li, xx xxxxxx 2016-cı il tarixli şəhadətnamə verilib. Ağayeva X26 hüquqi varisi Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə, iddiaçıya və bacısının oğlu X18, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və 13 saylı NK-na qarşı, "hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edib. İddia ərizəsinə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsində (hakim G.A.Əsədova) 2(005)-2246/2019 №-li mülki iş olaraq baxılıb və iddia təmin edilərək xx xxxx 2019-cu il tarixli qətnamə ilə iddiaçının adına verilmiş RX seriyalı, ******* №-li, xx xxxxxx 2012-ci il tarixli çıxarış, X15 adına olan xx xxxxx 2015-ci il tarixli bağışlama müqaviləsi və həmin bağışlama müqaviləsi əsasında verilmiş RX seriyalı, ******* №-li, xx xxxx 2015-ci il tarixli çıxarış etibarsız hesab edilib. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili X54 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək və iddia ərizəsinə etiraz ərizəsini təqdim edərək bildirdi ki, İddiaçı iddia ərizəsində göstərir ki, arvadının dəfni, hüzn mərasimi və sairlə əlaqədar, eləcə də həmin miras əmlakla əlaqəli məhkəmə mübahisələri səbəbindən o, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notarial ofisinə gec müraciət etmişdir. İddiaçı göstərdiyi bu və digər əsaslar tamamilə yalan və uydurmadır. Belə ki o, 2006-cı ildən bu günə kimi mübahisə predmeti ilə bağlı keçirilən heç bir məhkəmə çəkişmələrində iştirak etməmişdi. İddiaçı uzun müddətdir ki, ölkə ərazisində yaşamır. Onun adından bütün məhkəmələrdə bacısı Xuraman İsmayılova iştirak edir. İddia ərizəsinə əsasən X3 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 ünvanında, 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsindən, 65.3 m² köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi olaraq qəbul etməyi faktı müəyyən edilməsi və həmin miras paya vərəsəlik hüququnun tanınması və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh 13 saylı Notariat Kontorunun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir. Belə ki, miras qoyan X12 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Miras qoyanın sağlığında onun İddiaçı ilə evliliyi olmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri, X28, İsmayılzadə Həcər xanım Soltan qızı və X1 ünvanda - ünvan 2ydiyyatda olmuş və X5 həmin şəxslərə qarşı «istifadə hüquqlarının itirilməsi və qeydiyyatlarının ləğv edilməsi tələbinə dair» iddiası təmin edilmişdir. Həmçinin, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri həmin ünvanda qeydiyyatda olsalar da uzun müddətdir ki, Özbəkistan Respublikasında yaşamışlar və onların göstərilən ünvanda qeydiyyatları formal xarakter daşıyır. İddiaçı etibarnamə üzrə nümayəndəsi İsmayılova Xuraman Sabir qızı məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri versə də, məhkəmə qətnaməsi həmin hissədə qüvvədə qalmış, şikayətlər təmin edilməmişdir. Qeyd edir ki, X12 vəfat edərkən İddiaçı bir gün də olsa hüzn mərasimlərində iştirak etməmişdir. Bu faktı həmin ünvanda yaşayan və X55 dəfnini təşkil edən qohumları və qonşuları təsdiq edə bilərlər. Miras qoyan X12 ilə İddiaçı nikahda olmaları uydurma və saxta olmaqla yalnız İsmayılova Xuraman Sabir qızının əsassız varlanmaq niyyətində olmasıdır. Bundan başqa, İddiaçı Bakı şəhəri 13 saylı X34rşı «miras qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarı ilə təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(103)-1290/2016 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı X34rşı «miras qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı 1 saylı arayışın və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmə qərarlarına əsasən Baladadaşeva (İsmayılova) X55 vərəsəsi olmağı nəzərə alınmaqla miras qoyanın mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma №1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2014-cü il tarixli qərarı ilə iddia tələbləri təmin edilmişdir. O, həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ləğv edilmiş iddia tələbləri mümkün sayılmamışdır. Bundan başqa, o, İddiaçı və qeyrilərinə qarşı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla kifayət qədər qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Cavabdeh1 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 13 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir: “Mən, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İ.T.Hüseynova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx xxxxxxxx 2009-cu ildə vəfat etmiş X5 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan əri – İddiaçıdur və o bu miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlaklar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-ci il tarixində 105 saylı reyestr kitabının 9567 saylı səhifəsində ********** qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa və həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, 11/87 nömrəli arayışa əsasən paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev 54-də yerləşən, 3 ədəd 1 mərtəbəli, yaşayış sahəsi 97.9 m² olan 6 otaqlı fərdi yaşayış evinin ona məxsus V tikilisinin (4 otaq, y/s-67.5 m², k/s-25.1 m²) 3/12 hissəsindən ibarətdir”. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli 364 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxxxx 2009-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 264578 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı ilə X12 arasında xx xxxxxxxx 2006cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 492 saylı qeyd aparılmışdır. İş materiallarında görünür ki, İddiaçı ilə X29 arasında xx xxxxx 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən özünə məxsus 3/12 hissəni K.Çobanzadəyə bağışlamışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli 2(103)-178/2009 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X30 və qeyrilərinin cavabdehlər X7 və qeyrilərinə qarşı miras mülkdən payların müəyyən edilməsi, miras payların naturada bölünüb verilməsi, mirasın qəbulu müddətinin buraxılmış hesab edilməsi, həyətdən istifadə qaydasının müəyyən edilməsi, otaqdan çıxarılma, otağa köçürülmə, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı X19 cavabdehlər X11 və qeyrilərinə qarşı birinci növbəli vərəsələrin müəyyən olunması, xüsusi mülkiyyətin hüquqi qeydiyyat vəsiqəsinin dəyişdirilməsi, ümumi mülkiyyətdə payın ayrılması və mülkdə istifadə qaydasının müəyyən edilməsi barədə ilkin iddia ərizəsi və X9, X22 cavabdehlər X35 və qeyrilərinə qarşı faktiki qəbul edilmiş əmlaka vərəsəlik hüququnun tanınması, vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və onların evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin olunaraq, X30, X23, X19, X6, X13 və X10 hər birinin ünvan 5 ünvanda yerləşən tərəflərə aid olan və miras kütləsinə daxil olan ümumi sahəsi 92.6 kv.metr təşkil edən evə ½ hissədə, X9 və X22 isə hər birinin 3/12 hissədə vərəsəlik hüququnun tanınması və onlara qeyd edilən paylarına uyğun olaraq mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilməsi vəzifəsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, X24, X36, X37, X16, X31, İsmayılova Xuraman Sabir qızının, X20, X25, X17, İddiaçı, X4 və X14 ünvan 5 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hazırki iş üzrə olan xx xxxx 2008-ci il tarixli 2(006)-11/2008 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarixli 2(102)-1560/09 saylı qərarın surətindən görünür ki, cavabdeh X.İddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qətnaməsi Xuraman İsmayılovaya münasibətdə ləğv edilmiş, işin bu hissəsinə yenidən baxılması üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli 2(103)- 3689/2009 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2008-ci il tarixli qətnaməsi cavabdeh Xuraman İsmayılovaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarın surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(103)-3689/2009 nömrəli xx xxxxxxx 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilmiş, cavabdeh İsmayılova Xuraman Sabir qızının ünvan 5 ünvanda yerləşən evə istifadə hüquqlarının itirilməsi və həmin ünvandan pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia rədd edilmişdi. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(102)-382/10 saylı qərarın surətindən görünür ki, cavabdeh İsmayılova Xuraman Sabir qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-382/2010 nömrəli iş üzrə xx xxxxxx 2010-cu il tarixli qərarının izah edilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasnın xx xxxxx 2012-ci il tarixli 2(102)-1350/12 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə xx xxxxxx 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(006)- 1279/2012 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti bərpa edilsin və Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsinə miras qoyan X5 ölümündən sonra İddiaçı mülkiyyət hüququ tanınsın və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla onların adına müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdi. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012ci il tarixli 2(103)-4598/2012 saylı qərardadın surətindən görünür ki, ərizəçi İddiaçı, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini qeyd etməklə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, 54 nömrəli evin 3/12 hissəsini miras əmlak kimi onun tərəfindən qəbul edilmə faktının müəyyən olunması, həmin hissəyə onun mülkiyyət hüquqlarının tanınması və onun adına Dövlət reyestrindən çıxarış verilməsinin Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs Ağayeva X26 qanuni nümayəndəsi Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi, vərəsəlik hüququ əsasında payın tanınması və həmin hüquqlar əsasında miras əmlaka ərizəçi Ağayeva X26 qanuni nümayəndəsi Cavabdeh1 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2inz(81)-2019/2013 saylı qərarının surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmiş arvadı X3 miras qalmış, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m² yaşayış sahəsi, 65.3 m² köməkçi sahədən ibarət olan nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə V tikilidən 3/12 hissəsinə dair İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılaraq həmin hissəyə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 13 saylı notariat kontoruna həvalə edilmişdi. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (Forma №1) İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2-1(81)-2756/2014 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2-1(81)- 2756/2014 saylı qərarı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən, X8 adına əmlakın qeydə alınmasına əsas olmuş məhkəmə qətnaməsinin ləğv olunması, bununla da, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair X8 hüququnun olmaması nəzərə alınmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın (forma 1) İddiaçı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması kimi izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-1658/2016 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2-1(103)- 1290/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2-1(103)-1290/2016 saylı qərardadın surətindən görünür ki, üçüncü şəxs Ağayeva X26 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə 2inz(81)-2019/2013 №-li, xx xxxx 2013-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı X34rşı mirası qəbul etmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamışdı. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 2-1(103)-15/2017 saylı qərardadın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2756/2014 saylı qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsindəki 54 saylı evin 3/12 hissəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (Forma №1) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2467/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərardadın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)-2756/2014 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-219/2019 saylı qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2467/20148 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)- 2246/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında xx xxxxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış, X15 adına verilmiş xx xxxxx 2015-ci il tarixli 186712 nömrəli bağışlama müqaviləsi və bunun əsasında verilən xx xxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10993/2019 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2246/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edildiyindən iddiaçının tələb etdiyi faktlar yenidən sübut olunmayaraq ona hüquqi qiymət verilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C. İsmayılzadənin şikayətinə dair xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin "Brumareski Rumıniyaya qarşı" xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prisnsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Odur ki, İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun anınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə” dair iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 13 saylı Notariat Kontoruna, Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasa vərəsəlik hüququnun alınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin cavabdeh notariat kontoruna həvalə edilməsi tələbinə” dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar