Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-988/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-834B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahibi kimi göstərilmiş X5 ilə 07 dekabr 2011-ci ildə verilmiş AZ-İ, №512170 saylı ölüm haqqında şəhadətnamədə göstərilmiş Ələkbərov Eldar M.Hüseyn oğlunun eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 onun həyat yoldaşıdır. Bunu İİ-CЛ № 336997 saylı "Nikah haqqında şəhadətnamə” təsdiq edir. Həyat yoldaşı H.Ələkbərov 30.11.2011-ci ildə vəfat edib (AZ-İ, № 512170 saylı “Ölüm haqqında şəhadətnamə”). Mərhum həyat yoldaşının vəfatı tarixinə mülkiyyətində Abşeron rayon Aqrar-İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli 56 saylı qərarı ilə verilmiş 0,04 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir və fərdi ev tikmək üçün verilmişdir. O həmin torpaq sahəsi üzərində vərəsəlik hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün AR ƏMDK yanında DODRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi özünün 30.11.2021 -ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi məktubda göstərilir ki, JN-834B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında fərq mövcuddur. Belə ki, JN-834B saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahibi X5 göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə Ələkbərov Eldar M.Hüseyn oğlu” kimi qeyd edildiyi aşkar edilmişdir. Bildirir ki, X5 ilə Ələkbərov Eldar M.Hüseyn oğlu eyni şəxsdir. Ölüm haqqında şəhadətnaməmdə mərhumun atasının adı qısa şəkildə yəni “M.Hüseyn” kimi göstərilmişdir. Həmçinin digər sənədlərdə də mərhumun atasının adı “M.Hüseyn oğlu” kimi göstərilmişdir. Belə ki, ЗЖ № 522594 saylı doğum haqqında şəhadətnamədə, İİ-CЛ № 336997 saylı nikah haqqında şəhadətnamədə, AZE 01789131 saylı şəxsiyyət vəsiqəsində mərhumun atasının adı “M.Hüseyn oğlu” kimi göstərilmişdir. Həmçinin Abşeron rayon İH başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin 04.11.2021-ci il tarixli, 3655 saylı arayışında qeyd edilmişdir ki, JN- 834B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X5” səhv yazıldığından Ələkbərov Eldar M.Hüseyn oğlu kimi oxunmalıdır. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən verilmiş 22.02.2006-cı il tarixli JN-834B saylı 30800036 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ələkbərov Eldar M.Hüseyn oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. MPM-nin 305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin 30.11.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciət üzrə əlavə edilmiş JN-834B saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-834B saylı şəhadətnamədə hüquq sahibi “X5” göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “Ələkbərov Eldar M.Hüseyn oğlu” kimi qeyd edildiyindən ərizənin icrasından imtina edilmişdir. JN-834B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Abşeron rayon Aqrar-İslahat Komissiyasının 28 yanvar 2005-ci il tarixli 56 saylı qərarı ilə X4 0,04 ha torpaq sahəsi verilmişdir. Ermənistan SSR qeydiyyat şöbəsi tərəfindən verilmiş ЗЖ seriyalı 522594 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ələkbərov Eldar M.Hüseyn oğlu 02.07.1953-cü il tarixində Ermənistan, Zingabasar rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının AZE serialı, 01789131 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ələkbərov Eldar M.Hüseyn oğlu 02.07.1953-cü il tarixində Ermənistan, Zingabasar rayonunda anadan olmuşdur. Ermənistan SSR, Masis rayonu, Kalinin kəndi qeydiyyat şöbəsi tərəfindən 21.09.1983-cü il tarixdə verilmiş İİ-СЛ seriyalı 336997 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ələkbərov Eldar M.Hüseyn oğlu ilə X6 21.09.1983-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, Ələkbərova soyadı verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin 04.11.2021-ci il tarixli, 3655 saylı arayışından görünür ki, Ələkbərov Eldar M.Hüseyn oğlu Azərbaycan Respublikası Dövlət xəritəçəkmə və torpaq komitəsi tərəfindən verilmiş 22.02.2006-cı il tarixli JN-834B saylı, kod:30800036 nömrəli şəhadətnamədə X1 yazıldığından Ələkbərov Eldar M.Hüseyn oğlu kimi oxunmalıdır. Hökməli Bələdiyyəsinin sədri Miradiyev Mirnemət M. ilə X5 arasında bağlanmış 01.01.2003-01.01.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, 1 ha torpaq sahəsi X2 icarəsinə verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 30 sentyabr 2002ci il tarixdə verilmiş 262834 saylı vəsiqənin surətindən görünür ki, X5 uşaqlıqdan İİ qrup əlildir. Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı İstehsalat Avtonəqliyyat birliyi Şəhərlərarası sərnişin daşıyan avtobus parkı tərəfindən X4 vəsiqə verilmişdir. Azərbaycan SSR Qaçqınlar Cəmiyyəti tərəfindən 15 aprel 1992-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, X5 AQC-nin üzvüdür. 23.19.1973-cü il tarixli, ИТ-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, 02.07.1953-cü il təvəllüdlü X3 məxsusdur. SSRİ Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 40 seriyalı ******* nömrəli pasportun surətindən görünür ki, 30.08.1991-ci il tarixdə «Алакпаров Элдар Мамед Гусейн оглы»na SSRİ xarici pasportu verilmişdir. AZ-İ seriyalı, 512170 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ələkbərov Eldar M.Hüseyn oğlu 30.11.2011-ci il tarixində dəri xərçəngi səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.12.2011-ci il tarixdə 994 nömrə ilə qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 01789131 nömrəli şəxsiyyət vəsiqəsində və AZ-İ seriyalı, 512170 nömrəli ölüm haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin adının “Ələkbərov Eldar M.Hüseyn oğlu” kimi qeyd edildiyi halda, JN-834B saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “X5” kimi qeyd edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizəçi bir sıra sənədləşmə işlərində çətinlik çəkmişdir. Ərizəçinin hüquqmüəyyənedici sənədləri verən təşkilata müraciət etməsinə baxmayaraq, ona “Ələkbərov Eldar M.Hüseyn oğlu”-nun “X5” ilə eyni şəxs olmasına dair sənəddə səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçinin mərhum ərinin adı ilə (Ələkbərov Eldar M.Hüseyn oğlu) JN-834B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş “X5” adı düz gəlmədiyindən, ərizəçi isə Ələkbərov Eldar M.Hüseyn oğlu ilə X2 eyni şəxs olmasına dair faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən verilmiş 22.02.2006-cı il tarixli JN-834B saylı 30800036 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ələkbərov Eldar M.Hüseyn oğluna məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən X4 verilmiş 22.02.2006-cı il tarixli JN-834B saylı 30800036 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 02.07.1953-cü il təvəllüdlü Ələkbərov Eldar M.Hüseyn oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-988/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-988/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver