Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-996/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4.007 manat 68 qəpik, faiz üzrə 780 manat 78 qəpik olmaqla, cəmi 4.788 manat 46 qəpik məbləğində kredit borcu, ödənilmiş 67 manat 89 qəpik məbləğində dövlət rüsumu və iddianın təmin tədbirinə görə 50 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətində olan ** ED *** dövlət qeydiyyat nişanlı «X2 H3» minik markalı (buraxılış ili 2013, ban GWFF3A55DB634331, rəngi - ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin İddiaçı BOKT QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borcun Cavabdeh tutulub İddiaçı BOKT QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə yanaşı məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edilmiş və iddiaçı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan avtomobilin üzərinə həbs qoyulması, avtomobilin istismarının qadağan edilməsi və mühafizə olunan Azərbaycan Respublikası DYP-nin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(006)-40/2021 saylı qərardadına əsasən müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilmiş və məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-ED-*** dövlət qeydiyyat nömrəli “GREAT WALL HAV AL H3” minik markalı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. İddiaçı BOKT QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X1 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-206 saylı, 20 iyul 2017-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 183/01G saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 48 ay müddətinə 13.450 manat məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ** ED *** dövlət qeydiyyat nişanlı «X2 H3» minik markalı (buraxılış ili 2013, ban GWFF3A55DB634331, rəngi - ağ) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli AA seriyalı 080560 saylı ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 13.450 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.3-cü bənd). Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3cü bəndinə əsasən kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan ssuda hesabı ilə təmin edir (5.4-cü bənd). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 48 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş gəlirlərinin faktiki sayına görə kredit verənə illik 19 faizlə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan borcu 4.007,68 ABŞ dolları əsas borc, 780,78 ABŞ dolları faiz olmaqla, cəmi 4.788,46 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesində nümayəndənin iştirakını təmin edə bilmədiklərini qeyd etmiş, məhkəmədən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 183/01G saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin «Nizami» filialı tərəfindən Cavabdeh 48 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 13.450 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 13.450 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2013-cü il tarixli 183 G saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, ** ED *** dövlət qeydiyyat nişanlı «X2 H3» minik markalı (buraxılış ili 2013, ban GWFF3A55DB634331, rəngi - ağ) avtomobili banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2013-cü il tarixli AA seriyalı 080560 saylı çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli 9/2901 saylı ekspert rəyindən görünür ki, «X2 H3» minik markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 15.000 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş avtomobili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması iş materialları ilə təsdiq olunur. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum («X1 Edilməsi Agentliyi» MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-206 saylı, 20 iyul 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Bildirişdən görünür ki, İddiaçı BOKT QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 67 manat 89 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.007 manat 68 qəpik əsas borc, 780 manat 78 qəpik faiz olmaqla, cəmi 4.788 manat 46 qəpik pul vəsaiti və ödənilmiş 67 manat 89 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan ** ED *** dövlət qeydiyyat nişanlı «X2 H3» minik markalı (buraxılış ili 2013, ban GWFF3A55DB634331, rəngi - ağ) avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT QSC-yə ödənilməli, İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, müvəqqəti təmin etmə tədbirinə görə ödənilmiş vəsaitin geri qaytarılması nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.007 manat 68 qəpik əsas borc, 780 manat 78 qəpik faiz olmaqla, cəmi 4.788 manat 46 qəpik pul vəsaiti və ödənilmiş 67 manat 89 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan ** ED *** dövlət qeydiyyat nişanlı «X2 H3» minik markalı (buraxılış ili 2013, ban GWFF3A55DB634331, rəngi - ağ) avtomobilə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT QSC-yə ödənilsin. İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-996/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-996/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver