Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-10/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ üzrə pay verilməsi” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ üzrə pay verilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət azrə mərhum həyat yoldaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsinin vərəsəlik hüququ üzrə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil idianın əsassız olduğunu, nikahın formal olduğunu, vəfat edən şəxsin ruhi xəstə olduğunu, bunula bağlı sənədin olduğunu, mirasın Cavabdeh1 və ailəsinin faktiki qəbulu ilə bağlı şahidlərin ərizələrinin olduğunu, iddiaçının mirası faktiki və notarial qəbul etməsi ilə bağlı sənədinin olmadığını, bununla bağlı notariat orqanına müraciət etməməsini bildirdi. Göstərilənlərə əsasən iddia tələbinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, Cavabdeh1 qarşı iddia tələbini müdafiə edir, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi yoxdur. Lakin iddiaçı buna dair məhkəməyə ərizə təqdim edilməmişdir. Həmiçinin o bildirmişdir ki, həyat yoldaşı Həsənov Raufdan ona qalmış miras əmlakla bağlı notariat orqanına müraciət etməmiş, bununla bağlı notariat işi açılmamışdır. Həyat yoldaşının 2010-cu ilin 06 dekabrdan ölmüş elan edilməsi barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi xx.xx.2016-cı ildə qəbul edilmişdir. O, bundan sonra notariat orqanına müraciət etməmiş, xx.xx.2016-cı il tarixdə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birlikdən nəzərdən keçirərərk hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X1 adına respublikanın notariat orqanlarında vərəsəlik işinin aşılması aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya –ci il tarixli \qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı məhkəmədə iddia qaldırılanadək X1 qanuni varisi kimi respublikanın notariat orqanlarında vərəsəlik işinin açılması ilə bağlı müraciət etmədən və bu barədə imtina almadan Cavabdeh1 və digərlərinə qarşı məhkəmədə qanun üzrə vərəsəlik payının ona verilməsinə dair iddia qaldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “vərəsəlik hüququ üzrə pay verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 306, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ üzrə pay verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-10/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-10/2021
18.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver