Məhkəmə qərarları › İş №2(007)-1002/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1002/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1002/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X6 Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki,xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, hal hazırda Abşeron rayonu, Məmmədli kəndi, X13 Kompleksi ev 3, mənzil 48 ünvanında yaşayır. X1 14.02.2009-cu il tarixində ürək çalışmazlığından vəfat edib.Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsi ev 32 saylı mənzil 1/2 hissədə bacısı Şahid1 və X1nın paylı mülkiyyətindədi. Mərhum X1ndan qalan 1/2 hissəsini qəbul etmək istəsə də miras qoyan şəxsin vəfatından 6 ay keçdiyindən mirasın qəbulu müddətinin uzadılması üçün ona əhkəməyə müraciət etmək məsləhət görülüb. Xüsusi olaraq qeyd edir ki, həyat yoldaşı Sərhəd Qoşunlarının hərbi qulluqçusudur, daimi olaraq bir ünvanda yaşamırlar, tez-tez yaşyış yerini dəyişir və hal-hazırda Hadrut şəhərindəki Hərbi şəhərçikdə ailəsi ilə birlikdə yaşayır. Mərhum anasını illərlə canlı olaraq həyat yoldaşının ezamiyyətdə olması ilə əlaqədar görə bilmirdi, telefon vasitəsilə əlaqə saxlayırdı. Həmçinin qeyd edir ki, hüquqi biliyi olmadığından mirasın qəbulu müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən 14.02.2009-cu il tarixdə vəfat etmiş X1ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 32 saylı mənzilin 1/2 hissədə qəbul olunması üçün qanunla müəyyən olunan müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 15 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 14.02.2009-cu il tarixində vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1975-ci ildə anadan olmuşdur. X3,X1dır. DƏDRX-dən verilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəriNizami rayonu, R.Rüstəmov küçəsi evin 32 saylı mənzilnə ½ hissədə X4, ½ hissəsinə Şahid1 paylı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki,iddiaçı Kəmalə onun bacısıdır. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32 saylı evin 1 saylı mənzilinin 1/2 hissəsi onun, 1/2 hissəsi isə mərhum anasının mülkiyyətində olub. Anasına düşən payın vərəsəlik üzrə bacısının adına rəsmiləşdirilməsinə etiraz etmir.Ona düşən paydan isə bacısının xeyrinə imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki,iddiaçı onun bacısıdır. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32 saylı evin 1 saylı mənzilinin 1/2 hissəsi bacısı Kəmalənin,digər 1/2 hissəsi isə mərhum anasının mülkiyyətində olub. Anasına düşən payın vərəsəlik üzrə bacısı Kəmalənin adına rəsmiləşdirilməsinə etiraz etmir. Mənə düşən paydan isə bacısının xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki, mirasqoyan X7 14.02.2009-cu il tarixində vəfat etmişdir. Hal-hazırda onun sağ 3 vərəsəsi vardır: qızları Cəharət və Kamələ, oğlu Cəmaləddin. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32 saylı evin 1 saylı mənzilinin 1/2 hissəsindən ibarətdir. Hal-hazırda vərəsələr arasında mirasın bölgüsü ilə bağlı mübahisə yoxdur və digər iki vərəsə iddiaçının xeyrinə onlara düşən paydan imtina edirlər Məhkəmə mərhumun ölümündən sonra iddiaçının savadsız olması ilə əlaqədar mirasın qəbulunun rəsmiləşdirməsinə təşəbbüs göstərmədiyini eləcə də bütün vərəsələr arasında mirasın bölüşdürülməsi barədə yekdil razılığın olmasını nəzərə alaraq hesab edir ki,iddia təmin olunmaqla mirasın qəbulu müddəti iddiaçıya münasibətdə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 14.02.2009-cu il tarixdə vəfat etmiş X2 qalmış mirasın (Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 32 saylı evin 1 saylı mənzilinin 1/2 hissəsi) qəbulu müddəti onun vərəsəsi İddiaçı münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar