Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1007/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı olan “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı olan “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1947-ci ildə Lerik rayonunda anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, X3, ev 2 A, mənzil 76 ünvanında qeydiyyatda olan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.3. xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə;
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən ərazi aidiyyətinə dair müki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Mülki prossesual qanunvericiliyə əsasən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır.
6. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatlarından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır.
7. Belə olan halda, ərizə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə verilməli olduğu halda, ərizəçi tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.
Nəticə :
8. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair tələblərinə əməl olunmadığı üçün Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı olan “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
9. Ərizəçi hazırki ərizə ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
10. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Ərizəçi; FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:16:56) dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 355-23-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı olan “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Ərizəçi; FİN: xxxxxxx; qəbzin nömrəsi:**********; tarix:xx.xx.2025, saat:16:56) dövlət büdcəsindən ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva