Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1019/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə əri Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP saylı və 13 oktyabr 2019-cu il tarixli 2019/00699-EYİP saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 24 iyul 2019-cu il və 13 oktyabr 2019-cu il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC ilə həyat yoldaşı Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinə görə tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 mənzil 114 saylı mənzil “Finoko’' Bank olmayan Kredit Təşkilatı ASC-yə ipoteka qoyulmuşdur.Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli, 2019/00699-EYİP saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin təminatı olaraq qeyd edilən mənzil xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi əsasında bir daha Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı ASC-yə ipoteka qoyulmuşdur. Həmin müqavilələrin mövcudluğundan yalnız Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı ASC-nin X2 qarşı '"Kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: Şeyda.Məhərrəmova, İş N 2(103)-2953/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təsadüfən 2023-cü ilin yanvar ayında tanış olarkən xəbər tutmuşdur. Həmin müqavilələr üzrə ipoteka qoyulmuş ünvan 1 mənzil 114, yuxarıda da göstərdiyi kimi həyat yoldaşı X1 mülkiyyətində olmaqla yanaşı, o, və iki azyaşlı övladı həmin evdən daimi istifadə hüququna malikdirlər. Mübahisəli ipoteka müqavilələri bağlanarkən, hansısa səbəblərə görə onun razılığı alınmamış, ümumiyyətlə onun daimi istifadə hüququnun olması ilə bağlı ipoteka müqaviləsində heç bir qeyd göstərilməmişdir. Halbuki, mövcud qanunvericiliyə görə, ipoteka qoyulan ev üzərində hüquqları olan üçüncü şəxslərin əhatəsi müəyyənləşdirilməli, onların razılığının olub-olmadığı müqavilədə və müqaviləyə əlavə edilən sənədərdə öz əksini tapmalı idi. Axı, mülkiyyətçi ilə yanaşı onun da əmlak hüquqları qanunvericiliklə, xüsusilə də AR Konstitusiyası ilə, başqa şəxslər tərəfindən pozulmaqdan qorunur. Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyətinə və Cavabdeh2 qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Cavabdeh1 BOKT ASC ilə borclu Cavabdeh2 Rafız oğlu arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2018/00436-01P saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Cavabdeh1 BOKT ASC İlə Cavabdeh2 Rafız oğlu arasında bağlanmış 24 İyul 2019-cu il tarixli, 2019/00570-EY №-li İstehlak Kredit Müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 35000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Rafız oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzili ipoteka predmeti kimi Cavabdeh1 BOKT ASC-yə təqdim etmiş və bu barədə 24 iyul 2019-cu il tarixli, 2019/00570-EY İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Həmçinin, iddiaçı Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Rafız oğlu arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 2019/00699-EY №-li İstehlak Kredit Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 42% hesablanmaq şərti ilə 5000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzili ipoteka predmeti kimi Cavabdeh1 BOKT ASC-yə təqdim etmiş və bu barədə 13 noyabr 2019-cu il tarixli, 2019/00699-EYİP №-İi ipoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən də barəsində məhkəməyə “pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edilib. Nizami Rayon Məhkəməsinin e- 2(007)-820/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cəmi 56940,21 manat borcun Cavabdeh2 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2(103)-2953/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - faiz və cəmi borcun tutulması hissəsində ləğv edilmiş, 24 iyul 2019-cu il tarixli, 2019/00570-EY nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə tutulmalı olan faiz borcu - 19953,76 manat, 13 noyabr 2019-cu il tarixli. 2019/00699-EY nömrəli kredit müqaviləsi üzrə faiz borcu - 1394,39 manat, cəmi borc isə 56096,1 manat müəyyən edilmişdir. Qətnamə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən olunması qət edilmiş, iddia tələbi cavabdehin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra sözügedən qətnamə icraya yönəldilmiş, Nizami Rayon İcra Şöbəsinin 25 yanvar 2023-cü il tarixli, icraata başlamaq haqqında qərarına əsasən icra sənədi üzrə icraat başlanılmışdır. Hesab edir ki, iddiaçının tələbi əsassızdır: 1) İlk növbədə qeyd edir ki, mübahisə predmeti olan ipoteka müqaviləsi 24 iyul 2019-cu il tarixində, sonraki ipoteka müqaviləsi 13 noyabr 2019-cu il tarixdə imzalanmışdır. İddiaçı ipoteka müqaviləsi bağlandığı vaxtdan 1 il ərzində onun etibarsızlığını mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan ipoteka müqavilələrini hüquqlarını bildiyi və ya bilməli olduğu andan mübahisələndirməli idi. Odur ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşdür. 2) Həmçinin bildirir ki, iddiaçı iddia tələbində 24 iyul 2019-cu il tarixli və 13 noyabr 2019-cu il tarixli ipoteka müqavilələri bağlanarkən onun razılığının alınmadığını, ümumiyyətlə həmin müqavilələrin bağlandığından xəbərinin olmadığını bildirsə də, bu tamamilə yalan məlumatdır. Belə ki mübahisə predmenti olan müqavilələr bağlanarkən İddiaçı Notariat ofisinə ərizə təqdim etmiş və bildirmişdir ki, “ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilin ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar evə tutma yönəldilərsə, hər hansı şərtsiz mənzili tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirir”. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 114 saylı mənzil hər iki müqavilə üzrə ipotekaya qoyularkən İddiaçı rəsmi razılığı alınmış və ona borclu tərəfindən öhdəliyin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə məlumat verilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi tamamilə absurd və əsassızdır. Onun “ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsində məqsədi öz hüquqlarını müdafiə etmək deyil, prosessual hüquqlarından sui-istifadə edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olmaqdır. Onu da qeyd edir ki, İddiaçı 24 iyul 2019-cu il tarixli, 2019/00570- EY İP saylı ipoteka müqaviləsi, nə də 13 noyabr 2019-cu il tarixli, 2019/00699-EYİP №-li sonrakı ipoteka Müqaviləsi üzrə tərəf deyildir. Hər iki müqavilə Cavabdeh1 BOKT ASC və X3 arasında bağlanılmışdır. 2) Hesab edir ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etməklə ipoteka müqaviləsindən doğan hüquqi nəticələri, yəni - tutmanın ipoteka predmetinə yönəldilməsini mübahisələndirmiş olur. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2(103)-2953/2022 saylı qətnaməsi qanuni hüquqi qüvvəyə mindiyindən preyudisial əhəmiyyət kəsb edir və tutmanın ipoteka predmetinə yönəldilməsi mübahisələndirilə bilməz. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarınin 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Göründüyü kimi, artıq bir dəfə 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP saylı ipoteka müqaviləsinə və 13 noyabr 2019-cu il tarixli. 2019/00699-EYİP №-İi sonrakı ipoteka Müqaviləsi məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də ikinci dəfə ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələr mübahisələndİrilə bilməz. Məhkəmənin 12 aprel 2023-cü il tarixli iclasında Cavabdeh2 bildirmişdir ki, vəkillə müqavlə bağlayacaq və məhkəmə iclasında vəkil onu təmsil edəcəkdir. İddia tələbini qəbul edir. Məhkəmə iclasında Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işin keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - A-İ seriyalı, 404958 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X5 22 aprel 2008-ci il tarixdə Bakı Nikah Evində nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 915 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvad “Ələkbərova” soyadını qəbul etmişdir. - 24 iyul 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş **********668 nömrəli, reyestrdə 8İ-9668 nömrə ilə qeyd edilmiş ərizənin və 13 noyabr 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş **********162 nömrəli, reyestrdə 8İ-16162 nömrə ilə qeyd edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 114 nömrəli mənzilin ipoteka qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar evə tutma yönəldilərsə, hər hansı şərtsiz mənzili tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(007)- 820/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ilə "xxxx" BOKT ASC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 2019\00570- EY nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 2019\00570-EY nömrəli kredit müqaviləsi üzrə 31.421,67 manat əsas borc, 20.321,82 manat faiz borcu, 200 manat cərimə borcu, olmaqla 51.943,49 manat, xx.xx.2019-cu il tarixli 2019\00699-EY nömrəli kredit müqaviləsi üzrə 3.106,28 manat əsas borc, 1540,04 manat faiz borcu, 20 manat cərimə borcu, olmaqla 4.666,32 manat, dövlət rüsumuna görə ödənilmiş 30,40 manat, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ödəbilmiş 300 manat vəsaitin əvəzi olmaqla cəmi 56.940,21 manat vəsaitin tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1, mənzil 114-də yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 80.000,00 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzilin satılmasından əldə edilmiş vəsait hesabına Cavabdeh2 ümumilikdə 56.940,21 manat borcu "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. iddia tələbi qalan hissədə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(103)-2953/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(007)-820/2021 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən - faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilmiş, 24 iyul 2019-cu il tarixli, 2019/00570-EY nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə tutulmalı olan faiz borcu - 19953,76 manat, 13 noyabr 2019-cu il tarixli. 2019/00699-EY nömrəli kredit müqaviləsi üzrə faiz borcu - 1394,39 manat, cəmi borc isə 56096,1 manat müəyyən edilmişdir. - 08 may 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 114 nömrəli mənzil 51000 manata Finoko” Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən alınmışdır. - 08 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 114 nömrəli mənzil Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-də ipotekaya qoyulmuşdur. İddiaçı həmin mənzilin ipotekaya qoyulmasına etiraz etməyəcəyini, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar evə tutma yönəldilərsə, hər hansı şərtsiz mənzili tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. Mübahisəli mənzil 08 may 2023-cü il tarixdə açıq hərracda satılmış və Finoko” Bank olmayan Kredit Təşkilatı ASC tərəfindən 51000 manata alınmışdır. Hazırda iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP saylı və 13 oktyabr 2019-cu il tarixli 2019/00699-EYİP saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 24 iyul 2019-cu il və 13 oktyabr 2019-cu il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-ci maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2-ci maddəsinə əsasən, bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. İddia ərizəsindən görünür ki, "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinə görə tərəflər arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 2019/00570- EYİP nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 114 nömrəli mənzil “Finoko’' Bank olmayan Kredit Təşkilatı ASC-yə ipoteka qoyulmuşdur. Daha sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli, 2019/00699- EYİP saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin təminatı olaraq qeyd edilən mənzil xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi əsasında bir daha Cavabdeh1 Bank olmayan Kredit Təşkilatı ASC-yə ipoteka qoyulmuşdur. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Həmçinin İddiaçı qeyd olunan mənzilin ipotakaya qoyulmasından xəbərsiz olduğunu bildirsə də 24 iyul 2019-cu il tarixdə və 13 noyabr 2019-cu il tarixdə notarial qaydada ərizələr verərək həmin mənzilin ipoteka qoyulmasına razı olduğunu bildirmiş və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Birmənalı olaraq iddiaçı həmin mənzilin ipoteka qoyulmasına razı olmuş və həmin mənzil xx.xx.2019-cu il tarixli, 2019/00699-EYİP saylı kredit müqaviləsinin təminatı olaraq Finoko” Bank olmayan Kredit Təşkilatı ASC-də ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan ipoteka müqavilələrini hüquqlarını bildiyi və ya bilməli olduğu andan mübahisələndirməli idi. Hazırki halda iddiaçı əqdin mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşdür. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(103)- 2953/2022 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(007)-820/2021 nömrəli qətnaməsi “tələbin Cavabdeh2 məxsus ünvan 1, mənzil 114-də yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 80.000,00 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzilin satılmasından əldə edilmiş vəsait hesabına Cavabdeh2 ümumilikdə 56.940,21 manat borcu "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə, əşyaları ilə birlikdə çıxarılması” hissəsində dəyişdirilmədən saxlanılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan əlavə İddiaçı 24 iyul 2019-cu il tarixli, 2019/00570-EY İP saylı ipoteka müqaviləsi, nə də 13 noyabr 2019-cu il tarixli, 2019/00699-EYİP №-li sonrakı ipoteka müqaviləsi üzrə tərəf deyildir. Hər iki müqavilə Cavabdeh1 BOKT ASC və Cavabdeh2 Rafız oğlu arasında bağlanılmışdır. Odur ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etməklə ipoteka müqaviləsindən doğan hüquqi nəticələri, yəni tutmanın ipoteka predmetinə yönəldilməsini mübahisələndirmiş olur. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2(103)-2953/2022 saylı qətnaməsi qanuni hüquqi qüvvəyə mindiyindən preyudisial əhəmiyyət kəsb edir və tutmanın ipoteka predmetinə yönəldilməsi mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərama əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, artıq bir dəfə 24 iyul 2019-cu il tarixli, 2019/00570-EYİP saylı ipoteka müqaviləsinə və 13 noyabr 2019-cu il tarixli, 2019/00699-EYİP №-İi sonrakı ipoteka Müqaviləsi məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də ikinci dəfə ipoteka müqaviləsi və onun doğurduğu hüquqi nəticələr mübahisələndİrilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP saylı və 13 oktyabr 2019-cu il tarixli 2019/00699-EYİP saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 24 iyul 2019-cu il və 13 oktyabr 2019-cu il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X9 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 2019/00570-EYİP saylı və 13 oktyabr 2019-cu il tarixli 2019/00699-EYİP saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış 24 iyul 2019-cu il və 13 oktyabr 2019-cu il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1019/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1019/2023
09.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver