Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1021/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X5 Qurbanovun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul eddilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Murtuz oğlu cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı mirasın qəbul eddilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, iddiaçıların X1 07.02.2021-ci il tarixdə vəfat edib. Onlar 07.02.2021-ci il tarixdə vəfat edən mərhum X4 qanuni vərəsələridir. Onlar atalarının ölümündən sonra ondan qalmış miras əmlakı qəbul etmək üçün 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etsələr də onlara bildirmişlər ki, bu cür ərizə mərhumun vəfatından sonra 6 ay keçdikdən sonra qəbul edilə bilər. Lakin 20.09.2021-ci il tarixdə notariat kontoruna müracət etdikdə onlara bildirmişlər ki, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş 6 aylıq müddət ötürülmüşdür Ona görə də məhkəməyə mirasın qəbulu müddətinin uzadılması barədə ərizə vermək lazımdır. Miras əmlak Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, S.Ə.Şirvani küçəsindəki 5 saylı evin 102 saylı mənzilindən və digər əmlaklardan ibarətdir. Qeyd olunanlara əsasən 07.02.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakın qəbul olunması müddətinin iddiaçılara münasibətdə uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçıların nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 07.02.2021-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuşdur.X1, anası X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 Murtuz oğlu xx.xx.1988-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur.X1,anası X3r. DƏDRX-dən verilmiş ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,Xətai rayonu,Əhmədli yaşayış sahəsi,S.Ə.Şirvani küçəsindəki 5 saylı evin 102 saylı mənzilinə mərhum X4 mülkiyyət hüququ 21.01.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindən iddiaçılar ünvanlanmış 1708 saylı, 27 sentyabr 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçılara mirasın qəbulundan imtina edilmiş ötürülmüş müddətin uzadılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki,mirasqoyan X6 07.02.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 onun övladları olmaqla qanun üzrə vərəsələridir. Miras əmlak Bakı şəhəri, Xətai rayonu,Əhmədli yaşayış sahəsi,S.Ə.Şirvani küçəsindəki 5 saylı evin 102 saylı mənzilindən ibarətdir. Məhkəmə iddiaçıların mirasın qəbulu müddətinin obyektiv səbəblərdən ötürüldüyünü və hal-hazırda mirasın qəbulu ilə əlaqədar mərhumun vərəsələri arasında mübahisə olmadığını nəzərə alaraq hesab edir ki,iddia təmin olunmaqla mirasın qəbulu müddəti iddiaçılara münasibətdə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 07.02.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın qəbulu müddəti onun vərəsələri İddiaçı1 və İddiaçı2 münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1021/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1021/2022
12.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver