Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1030/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi Rasim qızının iştirakı ilə, Ərizəçi Rasim qızının maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rasim qızı maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları 06.04.1996-cı il təvəllüdlü X1 və 05.07.1998-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı, 06.04.1996-cı il təvəllüdlü X3 «kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, davranış pozuntuları ilə» diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispnser qeydiyyatdadır və İ qrup əlildir. Onun oğlu - 05.07.1998-ci il təvəllüdlü X5 «ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə» diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və İ qrup əlildir. Övladlarının xəstəliyi get-gedə kəskinləşir. Ona görə də onlara daimi qulluq və nəzarət lazımdır. Özü heç yerdə işləmir, heç bir yerdən yardım almır, başqa bir yerdən də gəliri yoxdur. Bu səbəbdən 06.04.1996-cı il təvəllüdlü X1 və 05.07.1998-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun himayəsinə verilməsi daha məqsədə uyğundur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi Rasim qızı ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair çıxarışdan görünür ki, X5 birinci qrup əlildir və ağır dərəcəli əqli gerilik, ağır kəmağıllıq, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, kobud nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının təkrar müayinə haqqında arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 birinci qrup əlildir, əlillik dərəcəsi müddətsiz müəyyən edilmişdir, ümumi xəstəlikdən əziyyət çəkir və kənar şəxsin daimi qulluğuna ehtiyacı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli, 21 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 103T ünvanı üzrə yaşayan 1998-ci il təvəllüdlü X5 həqiqətən “ağır kəmağıllıq, kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, kobud nitq və darvanış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır və İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli, 22 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 103T ünvanı üzrə yaşayan 1996-cı il təvəllüdlü X3 həqiqətən “kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, darvanış pozuntuları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatındadır və İ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 11 sentyabr 2020-ci il tarixli 1788 nömrəli rəyindən görünür ki, X1 hazırki psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının 11 sentyabr 2020-ci il tarixli 1789 nömrəli rəyindən görünür ki, X2 hazırki psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X1 və X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onlarla birlikdə yaşayan anası Ərizəçi Rasim qızının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxslərin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxslərin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X1 və X2 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamaları barədə müvafiq rəylər verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 05 iyul 1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X5 və 06 aprel 1996-cı tarixdə Sumqayıt şəhərində anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 103T ünvanı üzrə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidirlər. Hazırkı qətnamə X2 və X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 iyul 1998-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X5 və 06 aprel 1996-cı tarixdə Sumqayıt şəhərində anadan olmuş və Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 103 T ünvanı üzrə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Hazırkı qətnamə X2 və X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi Rasim qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1030/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1030/2020
20.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver