Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1057/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borc silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38 ünvanda yerləşən 26 saylı mənzili alqı-satqı yolu ilə alıb. Qeyd olunan mənzilə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilib. Hazırda qeyd olunan 26 saylı mənzil onun mülkiyyətindədir. 26 saylı mənzilin əvvəlki mülkiyyətçisi Fizuli rayonundan olan məcburi köçkün Pərvanə Bağırovanın adına olub. Qeyd olunan mənzilə adına çıxarış verildikdən sonra elektrik enerjisindən istifadəyə görə kommunal abunəçi kodunu öz adına keçirmək üçün adına olan çıxarış və şəxsiyyəti vəsiqəsi ilə “Asan Kommunal" mərkəzinə müraciət edib, lakin orada ona 26 saylı mənzilin əvvəlki mülkiyyətçisi Fizuli rayonundan olan məcburi köçkün Pərvanə Bağırovanın adına 903,70 manat borc və məcburi köçün kimi limiti 127,41 manat keçdiyinə görə, yəni ümumilikdə 1031,11 manat borc olduğu üçün abunəçi kodunun onun adına keçirilməsi yalnız həmin məbləğ ödənildikdən sonra mümkün olacaqdır. Bununla bağlı cavabdeh təşkilatdan ünvan 1 ünvanda yerləşən 26 saylı mənzilin **********80026 saylı abonent kodu üzrə şəxsi hesabdan çıxarış tələb edib. Həmin çıxarışdan (bax çıxarışın 6-cı vərəqi) müəyyən edib ki, ondan tələb edilən 903,70 manat və 127,41 manat məbləğlərin X2 rayonundan məcburi köçkün olduğu üçün silinmiş məbləğlərdir. Yəni ondan ödənilməsi tələb edilən 1031,11 manat borc məbləğinin ona heç bir aidiyyəti yoxdur. Bu səbəbdən də, mücburi köçkün kimi əvvəlki mülkiyyətçidən qalan və ona aidiyyəti olmayan 1031,11 manat borc məbləğinin ondan tələb edilməsinin qanunsuz hesab edir. Çünki məhkəməyə təqdim etdiyim 26 saylı mənzilin **********80026 saylı abonent kodu üzrə şəxsi hesabdan çıxarışdan da göründüyü kimi həmin borc məbləği məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə hesablanmış borcdur və “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı əsasında silinmiş borcdur. Bu barədə cavabdeh təşkilata bildirsə də, heç bir əhəmiyyət verilməyib və şifahi olaraq ona məhkəməyə müraciət etməyini tövsiyyə ediblər. Yuxarıda qeyd olunanları əsas gəlirərək abunəçi kodunun onun adına dəyişdirilməsindən cavabdehin imtina etməsini qanunsuz hesab edir və həmin borc silinməlidir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, o, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyinin üzvüdür. Qeyd edilənlərə əsasən, cavabdeh təşkilat tərəfindən onun adına **********80026 saylı abonent kodu üzrə qanunsuz hesablanmış 1031,11 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavandehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, borc «barmek» borcudur və 127 manat silinmədir. Digəri isə məcburi köçkün limitinin aşılmasına görə olan borcdur. Hər iki borc dondurulmuş borclardır, cari deyil, köhnə borclardır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə deyil, köhnə müəssisəyə aid sərfiyyat borcudur. İş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. - Abunə haqqında məlumatdan görünür ki, abunə kodu **********80026 olan abunəçi Pərvanə Bağırovanı adına 903,7 immiqrant borcu və 127,41 barmek borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzilin işıq ödənişləri mənzilin köhnə mülkiyyətçisinin adından həyata keçirilir. Hazırda iddiaçı işıqdan istifadəyə görə xx.xx.2011-ci ildə hesablanmış 127,41 manat (BARMEK borcu) və xx.xx.2016-cı ildə hesablanmış 903,7 manat (qaçqın limitin keçilməsinə görə), cəmi 1031,11 manat borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir və işıqdan istifadəyə görə ödənişləri iddiaçı edir. İddiaçı xx.xx.2011-ci ildə hesablanmış 127,41 manat (BARMEK borcu) və xx.xx.2016-cı ildə hesablanmış 903,7 manat (qaçqın limitin keçilməsinə görə), cəmi 1031,11 manat borcun silinməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə borcun silinməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmış, həmin borcun məcburi köçkün limitinin keçilməsinə görə və köhnə borc olduğunu, ASC tərəfindən köhnə borcun tələb edilmədiyini qeyd etmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən borca görə cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği köhnə borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzil üzrə hesablanmış 1031,11 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********80026) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil üzrə hesablanmış 1031,11 manat borc cavabdeh "xxxx" ASC tərəfindən (abonent kodu: **********80026) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Məhkəmə xərcləri üzrə 30,32 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1057/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1057/2025
10.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver