Məhkəmə qərarları › İş №2(007)-106/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-106/2022

30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-106/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 Şahməmməd oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 və Bakı şəhəri 14 saylı Notariat Kontoru cəlb edilməklə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisində 30.01.2020-ci il tarixli, 7E-309 reyestr nömrəli etibarnamə əsasında adından çıxış edən X15 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzilə dair bağlanmış 05.02.2020-ci il tarixli, 4Ə-83 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzil 05.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ilk öncə onun mülkiyyətində olmuş, həmin mənzil onun tərəfindən ilkin olaraq “Kənan-Ş" MTK-dan dəyərini tam ödəməklə alınmışdır. Belə ki, o, X15 ilə 13.04.2007-cı il tarixdə nikaha daxıl olmuşdur, hazırda birgə nikahda olaraq ailə münasibətləri davam edir. 30.01.2020-ci il tarixli, 7E-309 reyestr nömrəli etibarnamə əsasında bütün daşınar və daşınmaz əmlaklarına dair zəruri hərəkətlərin yerinə yetirilməsini əri X10 etibar etmiş, lakin əri X15 bu etibardan sui- istifadə etməklə yaxın dostu X6 biznes qurması məqsədilə ona məxsus ünvan 1 ünvanında yerləşən, 350.000 (üç yüz əlli min) manatlıq dəyəri olan 49 nömrəli mənzili sələmçi Cavabdeh aldığı 150.000 (bir yüz əlli min) manat sələm (faiz borcu) əvəzinə girov qoymuşdur. Bir il ərzində həmin borcdan 70.000 (yetmiş min) manat pul məbəği X13 tərəfindən sələmçi Cavabdeh ödənilmişdir. Bu barədə 115.000 (bir yüz on beş min) manat ödədikdən sonra mənzilin girovdan azad olunmasına, həmin mənzilin X7 adına keçirilməsinə, habelə sonuncuya 115.000 (bir yüz on beş min) manat borcunun olmasını etiraf etməklə, onun 2021-ci il mart ayının 5-dək ödənilməsinə vəd verərək öz imzası ilə təsdiq edilmiş X4 yazılı iltizamı da mövcuddur. Bütün bunları ört-basdır edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisində 30.01.2020-ci il tarixli, 7E-309 reyestr nömrəli etibarnamə əsasında onun adından çıxış edən X15 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, 350.000 (üç yüz əlli min) manatlıq dəyəri olan 49 nömrəli mənzilin 153.000 (bir yüz əlli üç min) manata satılmasına dair başqa əqdi pərdələmək məqsədilə 05.02.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi kimi yalan əqd (əhəmiyyətsiz) bağlanılmışdır. Müqavilənin 11 və 13-cü bəndlərindən də aydın olduğu kimi, o, 05.05.2020-ci il tarixinədək mənzili alıcının faktiki istifadəsinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüş, halbuki, ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzil onun faktiki istifadəsində olmaqla, orada yaşayır və qeydiyyatdan da çıxmamışdır. Bu faktı mənzili aldığı "xxxx" Mənzil Tikinti Kooperativi də təsdiqləyə bilər. Həmin əmlakı idarə etməyi ilə bağlı bu günədək hər hansı maneə ilə rastlaşmamışdır. "xxxx" MTK-dan əldə etdiyi arayışa əsasən qeyd olunan hal bir daha təsdiqini tapır ki, o, qeyd olunan mənzildə ailəsilə birgə yaşamaqla bütün ödənişlər onun tərəfindən aparılır. Göründüyü kimi, mübahisəli mənzilin ilk alıcısı odur və sözügedən mənzil qanunvericiliyin tələblərinə müvafiq şəkildə ona satılmış və o da zəruri ödənişləri etmişdir. Hətta bugünkü gündə də bütün kommunal xərclərə bağlı ödənişlər onun tərəfindən həyata keçirilir. O, həmçinin qeyd edir ki, bu əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq onun hüquqlarını kobud şəkildə pozur, onu mülkiyyət hüququndan məhrum etmə xarakteri daşıyır. Əgər aidiyyəti qaydada sorğu verilərsə o zaman aydın olar ki, ünvan 1 ünavnında yerləşən, 49 nömrəli mənzil ilk olaraq ona məxsusdur və həmin mənzilə dair mülki qanunvericiliyin tələblərinə zidd şəkildə Cavabdehlə müqavilə bağlanılmışdır. Bu müqavilə pərdələnmiş əqddir. Yuxarıda göstərdiyi faktlar bir daha sübut edir ki, sözügedən mənzil kimlərinsə qanunsuz hərəkətləri nəticəsində satılmış və hazırda da əsassız mübahisələrin yaranmasına səbəb olmuşdur. Bir hal da nəzərə alınmalıdır ki, əgər qeyd olunan mənzil 2020-ci ilin fevral ayında Cavabdeh satılmışdırsa, əgər mənzili o həqiqətən də qanuni əsaslarla almışdırsa bəs nə üçün bir dəfə də olsun qeyd olunan mənzilə gəlməyib? Əgər mənzilə gəlsəydi həmin mənzilin onun səhibliyi və nəzərəti altında olduğu məlum olardı. Heç şübhəsiz ki, işin halları üzrə əsl faktlar və sübutlar gizlədilərək, görməzlikdən gəlinib. O da nəzərə alınmalıdır ki, mənzil onun sahibliyində olmaqla orada təmir işləri də gördürmüşdür. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızına və qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı, X15 və onun ailə üzvü 19.03.2021-ci il təvəllüdlü X3 ona məxsus ünvan 1, mənzil 49-dan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi tam əsasızdır, Belə ki, Bakı şəhəri 14 saylı notariat kontoru vasitəsi ilə ünvan 1, mənzil 49-u alqı-satqı vasitəsi ilə almış, həmin alqı-satqı müqaviləsi müvafiq qaydalara ciddi riayət etməklə bağlanılmışdır. ünvan 1, mənzil 49 ünanı ona məxsus olmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınnaz Əmlakın Dövlət reyestrindən 08.01.2021ci il tarixli xüsusi mülkiyyət hüququ ********** nömrəli reyestr onun adına olmaqla, onun şəxsi mülkiyyətindədir. İddiaçı və onun həyat yoldaşı X15 müxtəlif bəhanələrlə ona satdıqları evdə yaşayırlar və mənzili boşaltmırlar. X2 04.03.2021-ci il tarixədək mənzili tam boşaldıb, mənzili ona təhvil verəcəklərini bildirsələr də, bu günə kimi boşaltmırlar və bununla onun mülkiyyət hüquqlarını kobud surətdə pozurlar. Odur ki, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də o hesab edir ki, cavabdehlər ona məxsus ünvan 1, mənzil 49-dan dərhal çıxarılmalıdır. Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 17.05.2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq İddiaçı Abıgül qızının 05.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə 05.02.2020-ci il tarixə kimi məhkəməyə iddia ərizəsi ilə müraciət edə biləcəyini, hazırki mülki iş üzrə iddiaçının qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünü bildirmiş və Mülki məcəllənin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiqini edərək bu mübahisə üzrə iddia müddətinin keçməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, onlar dövlət rüsumunu ödəmişlər. İddia ərizəsinin aşağısında siyahıda dövlət rüsumu qoyulduğu qeyd edilmiş və tərəf dövlət rüsumunun iddia ilə birlikdə verdiyini bildirmişdir. İş materiallarında poçt qəbzi var və poçtun qəbzi nə vaxt məhkəməyə çatdırması önəmli deyil. Poçt qəbzindən də görünür ki iddia müddəti ötürülməmişdir. İddia ərizəsi 02.02.2021-ci il tarixdə poçt məntəqəsinə verilmişdir. O, etibarnaməyə münasibətdə bildirdi ki, Məmmədov Sənan tərəfindən bu başqa bir əqdi pərdələmək məqsədi olmuşdur, yəni burada müstəqil tələb irəli sürməyən şəxs Azər ilə Süleyman arasında borc faiz münasibətlərinə görə pərdələnmiş bir müqavilədir. Əgər real bir alqı-satqı müqaviləsi olsaydı, şəxslər evdən dərhal çıxarılardılar. Bundan əlavə müqavilədə ev formal olaraq dəyərindən aşağı qiymətə göstərilmiş, məhkəmə tərəfindən 2 dəfə ekspertiza keçirilmiş və evin real qiyməti ekpert tərəfindən göstərilmişdir. Müqavilə etibarsız hesab edilməlidir. Həmin əmlak mükiyyətçiyə aiddir, orada olan məbləğ də Azərlə Süleyman arasında olan borc münasibətidir və həmin məbləğ Azər tərəfindən ödənilməlidir. Notariusa ödənilən pulu Azər götürmüş, Süleymanla Azərin arasında borc olmuş və orada Azər Süleyman müəllimə borcu olduğunu bildirmişdir. O, həmçinin hal-hazırda o evdə Sevgiyyə xanımın yaşadığını, bu məsələdən Sevgiyyə xanımın məhkəməyə müraciət edən zaman məlumatı olduğunu, Sənana Sevgiyyə xanım tərəfindən etibarnamə verildiyini, ancaq etibarnamənin köhnə tarixə evlə bağlı deyil başqa işlərlə bağlı olduğunu, bu məsələnin ər-arvad arasında söz-söhbət olan zaman ortaya çıxdığını, Sevgiyyə xanımın Süleyman müəllimi görsəydi əvvəldən məhkəməyə verəcəyini bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddianı qəbul etmədiklərini bildirdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Bakıda olmur, sahibkarlıqla məşğul olur və işləri Rusiyadadır. Onun tanışı Xəyal 2 il əvvəl ev olduğunu bildirmiş, o da normal olduğu və xoşuna gəldiyindən evi oğluna almış, o, Azər və Xəyal ilə evə gedib baxmışdır, ev Yaşıl Bazar tərəfdə yerləşirdi. Gecə vaxtı olduğuna görə ünvan yadında qalmamışdır. Evin neçənci mərtəbədə yerləşdiyini deyə bilmir. Ev 3-4 otaqlı olardı və ev təmirli idi. Onlar evə baxdıqları vaxt evdə ev sahibinin ailəsi olmuş, evin qapısını Azərin oğlu açmışdır. Sənan onunla alqı-satqını edən şəxs, Azər isə evin mülkiyyətçisidir. O, 90000 ABŞ dollar pulu 14 saylı notariat kontorunda vermişdir. Həmçinin o, Azəri Sənanın yanında gördüyünü, Sənanı ev alqı-satqısından sonra başqa işlə bağlı gördüyünü, Sənanın ona neçə dəfə pul verəcəyi olduğunu, bu gün-sabah ödəyəcəyini bildirdiyini, Sənanla evdən əvvəl aralarında heç bir pul ilə bağlı söhbət olmadığını, evdən çıxmamaqla bağlı Sənanla bir neçə dəfə danışdığını, qarşı tərəfin 2 ay ərzində başqa ev tapdıqdan sonra evi boşaldıb təhvil verəcəklərini, pandemiya zamanı evdəkilərin xəstə olduğunu dediyini, onun humanistlik göstərdiyini və qarşı tərəfin evdə qalmasına icazə verdiyini, hazırda 153000 manat pulun geri qaytarılmasına razı olmadığını bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Şahməmməd oğlu qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddianı qəbul etmədiklərini bildirdi və qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, işin içində iddia ərizəsi və dəftərxananın aktı var, bu gün dövlət rüsumunu ödəməsinin önəmi yoxdur. Bu dövlət rüsumu iddia ərizəsi verilən zaman verilməlidir və sübut kimi qəbul edilə bilməz. Babək Qasımov qərardadla iddia ərizəsini geri qaytarmalı idi. O, həmçinin bildirdi ki, iddia müddəti tətbiq ediməlidir. Məhkəmədə tərəflər sübutlar təqdim edir, burada qarşı tərəf sual verib sübut toplamaq istəyir. Süleymanla qarşı tərəf arasında alqı satqı olmuş, etibarnamə verilmiş və bunun mahiyyəti mülklə bağlıdır. Məhkəmə sübutlara qanunlarla əsaslanmalıdır. Qarşı tərəf məhkəmədən sübut əldə etmək istəyir. Burada iki nəfər görüşmüş, ev xoşuna gəldiyindən alınmış və müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanmışdır. Əgər qarşı tərəfin sübutu varsa təqdim etsin. Onlar hesab edirlər ki, qarşı tərəfin iddiası əssızdır. Belə ki, iddia verəndə dövlət rüsumu olmamışdır, iddia müddətin tətbiqi ilə bağlı ərizə vermişlər, eyni zamanda müqavilənin etibarsızlıqla bağlı məsələlər qarşı tərəfdə yoxdur. Onlar hesab edirlər ki, mülk Süleymanındır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 və Bakı şəhəri 14 saylı Notariat Kontoru, qarşılıqlı iddia üzrə cavabdeh X15 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11.10.2021-ci il tarixli iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə cavabdeh X15 ilkin iddianın təmin olunması, qarşılıqlı iddianının isə təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, Azər onun dostu olmuşdur. Azərə pul lazım olduğu üçün öz evini həyat yoldaşı Sevgiyyə xanımın xəbəri olmadan satışa çıxarmış, Azər Cavabdehın evinə baxıb alması üçün gətirmiş, həmin vaxt həyat yoldaşı və övladı evdə olmuş, lakin onlar Süleymanın evə hansı məqsədlə gəlməsini bilməmişlər. Süleyman qonaq otağına baxdıqdan sonra getmiş və evi almaq istəməsini bildirmiş və bu danışıqlar Süleymanla Azərin arasında olmuşdur. Həyat yoldaşından alınmış etibarnamə əsasında alqı-satqı müqaviləsini bağlamış, lakin Sevgiyənin bundan və evin üzərinə həbs qoyulmasından xəbəri olmamışdır. Cavabdeh 70 min manata yaxın ödəniş edilmiş, lakin bu ödənişləri təsdiq edəcək sənədləri yoxdur. Süleyman Azərə ödəniş etmiş, Azər pulu alıb xərclədikdən sonra Cavabdeh borc pul almış və ona hazırda 115 min manat borcludur. Həmin vəsaiti Süleymana ödəməyə razıdır ki, o evi geri qaytarsın. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, Cavabdehı, İddiaçı və Azəri tanıyır. Azəri 3 ildir ki tanıyır. Hər iki tərəflə münasibətləri yaxşıdır. Sənanla Azər onunla əlaqə saxlayaraq təcili ev satmalarını bildirmiş, belə ki, Azər Türkiyədə pambıq satışı ilə məşğul olurdu və ona təcili pul lazım idi. Həmin vaxt Süleyman da ona ev almaq istəməsini satılıq ev olaraq ona xəbər etməsini bildirmişdir. O da Süleymana xəbər vermiş, o da gedib evə baxmaq istəməsini bildirmişdir. Sonra o, Azər və Süleymanla birlikdə gedib evə baxmışlar. Evə getdikləri vaxt evdə Azərin yoldaşı və uşaqları olmuşdur. Süleyman evi bəyəndiyini bildirmiş və onlar alqı-satqı üçün notarusa getmişlər. Evin girov qoyulmasından xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Etibarnamə üzrə İddiaçı adından çıxış edən X15 ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137.7 kv.metr olan 49 nömrəli mənzili 153000 manat olmaqla Cavabdeh satılmışdır. - X4 imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, X1 Sənan Vaqif oğlundan 1 il əvvəl 350 min manatlıq evini Cavabdeh girov qoyaraq alqı-satqı etmiş və 150 min manat vəsait götürmüşdür. 1 il ərzində Cavabdeh 70 min manat pul ödəmişdir. Hal-hazırda X10 115 min manat ödəməklə evini girovdan azad edib öz adına keçirməyə söz verməsi, son danışıqlara görə Cavabdeh 15 min manat ödəməklə X7 evinin girovdan azad olunacağı və 05.03.2021-ci il tarixə X10 borcu ödəyəcəyini bildirilmiş, hal-hazırda Məmmədov Sənan (Azad)a 115 min manat borcunun olduğunu etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. - “Kənan-Ş" MTK tərəfindən verilmiş 01.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2008-ci idən “Kənan-Ş" MTK-nın ünvan 1 ünvanındakı koorperativ yaşayış binasında 1 giriş, 11 mərtəbə, 49 saylı mənzildə oğlu X12 ilə birgə yaşadığı və kommunal ödənişlərinin onun tərəfindən ödənildiyi müəyyən olunmuşdur. - "xxxx" Hüquq və Konsaltinq MMC-nin 01.09.2021-ci il tarixli qiymətləndirilmə rəyindən görünür ki, ünvan 1, 49 saylı mənzilin qiymətləndirilməsi aparılmış, mənzilin 2020-ci il tarixdə bazar qiyməti 310.000,00 manat, likvid qiyməti 305.000,00 manat, hazırki dövr üçün isə 305000,00 manat, likvid dəyəri isə 300.000,00 manat müəyyən edilmişdir. - “X14 Servıces” MMC-nin 19.01.2022-ci il tarixli qiymətləndirilmə rəyindən görünür ki, ünvan 1, 49 saylı mənzilin qiymətləndirilməsi aparılmış, mənzilin 2022-ci ili əhatə etdiyi dövrdə faktiki vəziyyətini nəzərə alaraq bazar qiyməti 324.500,00 manat, likvid qiyməti 309.500,00 manat, hazırki dövr üçün isə 325.000,00 manat, likvid dəyəri isə 310.000,00 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzili ilkin olaraq “Kənan-Ş" MTK-dan dəyərini tam ödəməklə almışdır. Daha sonra etibarnamə üzrə İddiaçı adından çıxış edən X15 ilə Cavabdeh arasında bağlanılmış 05.02.2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137.7 kv.metr olan 49 nömrəli mənzili 153000 manat olmaqla Cavabdeh satılmış, lakin İddiaçı və ailə üzvləri həmin mənzildə yaşamağa davam etmiş, kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir. X4 imzası ilə təsdiq edilmiş qəbz ilə müəyyən olunmuşdur ki, X1 Sənan Vaqif oğlundan 1 il əvvəl 350 min manatlıq evini Cavabdeh girov qoyaraq alqı-satqı etmiş və 150 min manat vəsait götürmüşdür. 1 il ərzində o, Cavabdeh 70 min manat pul ödəmişdir. Hal-hazırda X10 115 min manat ödəməklə evini girovdan azad edib öz adına keçirməyə söz vermiş, son danışıqlara görə Cavabdeh 15 min manat ödəməklə X7 evinin girovdan azad olunacağı və 05.03.2021-ci il tarixə X10 borcu ödəyəcəyini bildirmiş, hal-hazırda Məmmədov Sənan (Azad)a 115 min manat borcunun olduğunu etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızının mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 cəlb edilməklə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı Bakı şəhəri 14 saylı Notariat Ofisində 30.01.2020-ci il tarixli, 7E-309 reyestr nömrəli etibarnamə əsasında adından çıxış edən X15 ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzilə dair bağlanmış 05.02.2020-ci il tarixli, 4Ə-83 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilməlidir. Belə ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. X15 ilə Cavabdeh arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Tərəflər arasında niyyət əslində, mənzilin alqı-satqısı deyil, X4 Cavabdeh olan borcunu pərdələmək olmuşdur. Buna görə də X15 etibarnamə əsasında İddiaçı Abıgül qızının adından çıxış edərək həmin mənzili X4 Cavabdeh olan borcunu ödəməsi məqsədilə Cavabdeh girov qoyaraq formal alqı-satqı etmişdir. X13 tərəfindən yazılmış qəbzdən də görünür ki, Hal-hazırda X10 115000 manat ödəməklə evini girovdan azad edib öz adına keçirməyə söz vermiş, son danışıqlara görə Cavabdeh 15 min manat ödəməklə X7 evinin girovdan azad olunacağı və 05.03.2021-ci il tarixə X10 borcu ödəyəcəyini bildirmiş, halhazırda Məmmədov Sənan (Azad)a 115 min manat borcunun olduğunu etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəli mənzil 153000 manat olmaqla Cavabdeh satılmışdır. Halbuki, "xxxx" Hüquq və Konsaltinq MMC-nin 01.09.2021-ci il tarixli qiymətləndirilmə rəyi ilə mənzilin 2020-ci il tarixdə bazar qiyməti 310.000,00 manat, likvid qiyməti 305.000,00 manat, hazırki dövr üçün isə 305.000,00 manat, likvid dəyəri isə 300.000,00 manat müəyyən edilmişdir. Həmçinin, “X14 Servıces” MMC-nin 19.01.2022-ci il tarixli qiymətləndirilmə rəyi ilə də ünvan 1, 49 saylı mənzilin qiymətləndirilməsi aparılmış, mənzilin 2022-ci ili əhatə etdiyi dövrdə faktiki vəziyyətini nəzərə alaraq bazar qiyməti 324.500,00 manat, likvid qiyməti 309.500,00 manat, hazırki dövr üçün isə 325.000,00 manat, likvid dəyəri isə 310.000,00 manat müəyyən edilmişdir. Hər iki rəy arasında mənzilin bazar qiyməti ilə bağlı kəskin fərq müəyyən edilmədiyi halda mübahisələndirilən alqı-satqı müqaviləsində mənzilin qiymətinin 153000 manat müəyyən olunması da açıqaşkar həmin müqavilənin formal olaraq borc müqaviləsinin pərdələnməsi ilə bağlı bağlanması qənaətinə gəlməyə əsas verir. Məhkəmə eyni zamanda bildirir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında X15 ilə evin alqısatqıdan sonra pul ilə bağlı heç bir söhbət olmadığını bildirməsi ilə yanaşı, X7 ona neçə dəfə pul verəcəyinin olduğunu, bu gün-sabah ödəyəcəyi vədinin verilməsini də bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməli, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız hesab olunmalıdır. Belə ki, həmin alqı-satqı müqaviləsinin bağlanılmasında tərəflərin əsas iradəsi X13 ilə Cavabdeh arasında olan borc müqaviləsinin təminatı qismində girov qoyulması olmuş və ümumiyyətlə belə bir əqdin bağlanılmasından etibarnamə vermiş mülkiyyətçi məlumatlı olmamışdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızına və qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “cavabdehlər İddiaçı, X15 və onun ailə üzvü 19.03.2021-ci il təvəllüdlü X3 ona məxsus ünvan 1, mənzil 49-dan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması” tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, hazırki halda etibarnamə üzrə İddiaçı adından çıxış edən X15 ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız edilmiş, alqı-satqı müqaviləsi borc müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. O cümlədən, 05.02.2020-ci il tarixli müqavilənin 13-cü bəndində İddiaçı Abıgül qızının 05.05.2020-ci ilədək qeydiyyatdan çıxmağı öhdəsinə götürməsi qeyd edilsə də, iddiaçı və onun həmin mənzildə yaşayan ailə üzvləri hazırki vaxtadək mənzildən qeydiyyatdan çıxmamışdır. Həmçinin mübahisəli mənzilin kommunal xərclərə bağlı ödənişləri hələ də İddiaçı Abıgül qızı tərəfindən həyata keçirilir. Eyni zamanda Əliyev X9 Sevgiyyə Abıgül qızının və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmasını məhkəmə qaydasında daha öncə tələb etməmiş, İddiaçı Abıgül qızı məhkəməyə müraciət etdikdən sonra bununla bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 17.05.2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi 05.02.2020-ci il tarixdə bağlanılmış, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bu müqavilə ilə bağlı məlumat tutandan sonra 02.02.2021-ci il tarixdə iddia ərizəsini poçta qoymuş və iddia ərizəsi 05.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi İddiaçı Abıgül qızı tərəfindən iddia müddəti itirilməmişdir. Məhəkmə həmçinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 Şahməmməd oğlunun “dövlət rüsumu iddia ərizəsi verilən zaman verilməlidir və sübut kimi qəbul edilə bilməz” dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı Abıgül qızı tərəfindən məhkəməyə müraciət edilərkən iddia ərizəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin işə əlavə edilmiş sənədlər siyahısında göstərilmiş, lakin qəbz mövcud olmamışdır. Daha sonra İddiaçı Abıgül qızı tərəfindən həmin nöqsan aradan qaldırılmış və 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə bununla bağlı vurğulayır ki, qeyd olunan mübahisə hal-hazırda aradan qaldırıldığından və atrıq bir il müddət ərzində məhkəmədə baxılan tələblər üzrə ilkin idda üzrə mülki işin baxılmamış saxlanılması ədalətli yanaşma olmazdı. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, X15 ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızına və qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “cavabdehlər İddiaçı, X15 və onun ailə üzvü 19.03.2021-ci il təvəllüdlü X3 ona məxsus ünvan 1, mənzil 49-dan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. X15 ilə Cavabdeh arasında bağlanmış 05.02.2020-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abıgül qızına və qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşı “cavabdehlər İddiaçı, X15 və onun ailə üzvü 19.03.2021-ci il təvəllüdlü X3 ona məxsus ünvan 1, mənzil 49-dan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar