Məhkəmə qərarları › İş №2(007)-106/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-106/2023

04.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-106/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı,onun vəkili Vəkil ilə, İddiaçı cavabdehlər Cavabdeh1,X2,Bakə şəhəri 16 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin,bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab sayılaraq ləğv edilməsi,Cavabdeh1 ilə Cavabdeh3 arsında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1,X2,Bakə şəhəri 16 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin,bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab sayılaraq ləğv edilməsi,Cavabdeh1 ilə Cavabdeh3 arsında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəmi iclasında iştirak etməmiş,bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İddiaçı,onun vəkili Vəkil izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki,məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami rayonu,Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş iddia Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, son nəticə olaraq İddiaçı X1 xüsusi mülkiyyətində olan Bakı Şəhəri Nizami rayonu,Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qeyd olunan qətnamədə müəyyən dəyişikliklər olsa da hazırkı iddia tələbləri üzrə qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, predmet və əsaslar üzrə məhkəmə qətnaməsi olduğundan hazırkı işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1,X2,Bakə şəhəri 16 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı etibarnamənin,bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab sayılaraq ləğv edilməsi,Cavabdeh1 ilə Cavabdeh3 arsında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar