Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1557/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin qaytarılması, borcun və dəymiş ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(031)-299/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2020-ci il tarixdə 011/20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2015-ci il buraxılışlı, “Mersedes- Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, WDD2221621A183821 ban nömrəli, qara rəngli avtomobil 118000 manat məbləğində “X6” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.
2. “X6” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə «Autostar Kaukasus QmBh Azərbaycan» MMC-yə 131,83 manat ödənilməklə 2015-ci il buraxılışlı, “Merseldes-Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı, WDD2221621A183821 ban nömrəli, qara rəngli avtomobil təftiş etdirilmiş və avtomobilə ümumilikdə 16883,37 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur..
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı “X6” MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə bağlanmış 15 iyul 2020-ci il tarixli, 011/20 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 iyul 2020-ci il tarixli, 011/20 saylı "Daxili lizinq” müqaviləsinə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-cı il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 1531,37 manat dəbbə pulu, cəmi 15736,41 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “X6” MMC-nin xeyrinə tutulması, Cavabdeh 2015-ci il buraxılışlı, “Mersedes- Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 16883,37 manat və 131,83 manat təftiş haqqı olmaqla ümumilikdə 17015,20 manat maddi ziyanın “X6” MMC-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış GPS naviqator aparatına görə 155 manat və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə, ümumilikdə 1155 manat pulun “X6” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X6” MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2020-ci il tarixli 011/20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2015-ci il buraxılışlı, “Mensedes-Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 118000 manat məbləğinə “X6” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24 faiz hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləği olmaqla 3555,48 manat, ümumilikdə isə 127997,14 manat məbləğində pulu “X6” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 127997,14 manatın 90625 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 13 avqust 2020-ci il tarixdə 3555 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “X6” MMC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “Mersedes-Benz S320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 11 yanvar 2021-ci il tarixdə MMC-nin müvəqqəti dayanacağına yerləşdirlmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “X6” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə “Autostar Kaukasus QmbH Azərbaycan” MMC-yə 131,83 manat ödənilməklə 2015- ci il buraxılışlı, "Mersedes-Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təftiş etdirilmiş və avtomobilə ümumilikdə 16883,37 manat maddi ziyan dəydiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01/004 saylı qüsur aktına əsasən GPS avadanlığının sökülməyi aşkar edilmiş və eynisi ilə əvəz olunmuşdur.
5. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı-nin ona qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı-dən, 15 iyul 2020- ci il tarixli “Daxili maliyyə lizinq” müqaviləsi üzrə ödənilmiş 27375 (iyirmi yeddi min üç yüz yetmiş beş) manat avansın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında 011/20 saylı 15 iyul 2020-ci il tarixli “Daxili maliyyə lizinq” müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 27375 manat avans şəklində İddiaçı-yə tərəfindən ödənilmiş və “Mersedes-Benz S 320” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomaş təhviltəslim aktı ilə ona təhvil verilmişdir. Həmin müqavilə üzrə qalan 90625 manat illik 24 faizlə 36 ay ərzində ödənilməli idi. Bu müqavilə bağlanılan günün axşam saatlarında İddiaçı-nin direktoru Ceyhun Abdullayev birgə fəaliyyət göstərdikləri "xxxx" ASC-nin hüquqşünası kimi tanıdığı Ceyhun Əlizadə ilə onu görüşə çağıraraq, qeyd olunan avtomaşına, habelə onda olan digər Mersedes markalı avtomaşına müştəri olduğunu bildimiş və buna görə ona səhərisi gün 10000 ABŞ dolları verəcəklərini, qalan vəsaitlə bağlı isə “haqq-hesab” edəcəklərin demişlər. (Göstərilənləri təsdiq edən səs yazıları da vardır) O, əsasən avtomaşınların alqı-satqısı ilə məşğuldur və bununla bağlı Ceyhun Abdullayevlə işləri olurdu. Eyni zamanda, İddiaçı-nin direktoru kimi onun sözlərinin ciddiliyinə inanmamağa əsası yox idi. Ona görə təkliflə razılaşmış və avtomaşınları onlara vermişdir. Həmin gündən o, mübahisəli avtomaşını görməmişdir. Avtomaşın ondan alınsa da, ona vəd olunan vəsait verilməmiş, nə də ödədiyi avans qaytarılmamışdır. Ona görə də İddiaçı-yə dəfələrlə ərizə ilə müraciət etmişdir. Onlardan heç bir müsbət cavab ala bilmədiyi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Bu müraciəti üzrə araşdırma aparan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru 13 yanvar 2021-ci il tarixdə avtomaşını gətizdirmişdir. Yalnız bundan sonra hazırki iş üzrə iddia ərizəsi verilməsinə zəmin yaratmaq məqsədilə İddiaçı 23 noyabr 2020-ci il tarixli ərizəsinə 14 yanvar 2021-ci il tarixli xəbərdarlıq yazmışdır. 15 iyul 2020-ci il tarixli “Daxili maliyyə lizinq” müqaviləsi və təhvil-təslimdən sonra mübahisəli avtomaşın İddiaçı tərəfindən ona məlum olmayan digər şəxslərin istifadəsinə verilmişdir. Belə ki, avtomaşın onun adına qeydiyyatdan keçdiyi üçün həmin müddətdə bu avtomaşınla törədilmiş qayda pozuntuları üzrə cərimələr, habelə cərimə balları onun adına yazılıb. Ona görə də 15 iyul 2020-ci il tarixli “Daxili maliyyə lizinq” müqaviləsi üzrə ödənilmiş 27375 manat avans İddiaçı tərəfindən ona ödənilməlidir.
7. “X6” MMC tərəfindən verilmiş arayışdan görünür ki, “X6” MMC tərəfindən Cavabdeh qarşı verilmiş borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia üzrə caabhdehdən tələb edilən məbləğin hansı qaydada hesablandığını izah etmək üçün: bildirilir ki, Cavabdeh sifarişi ilə 2015-ci il buraxılışlı, “Mersedes-Benz S320” markalı, **-JJ- *** dövlət qeydiyyat nişanlı avtomobil 118000 manat məbləğinə “X6” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən Cavabdeh illik 24 faiz hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 3555,48 manat, ümumilikdə isə 127997,14 manat məbləğində pulu “X6” MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 127997,14 manatın 90625,00 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 13 avqust 2020-ci il tarixdə 3555 manat məbləğində olmuş, həmçinin Cavabdeh hesabına köçürmə yolu ilə 30 sentyabr 2020-ci il tarixdə 3700 manat pul köçürülmüş və həmin məbləğ də cavabdehin MMC-yə olan borcundan silinmişdir. Bildirilir ki, Cavabdeh 15 iyul 2020-ci il tarixdə 011/20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 6 ay müddət ərzində aylıq 3555,48 manat olmaqla, 10994,93 manat əsas borcdan, eləcə də 10337,95 manat isə faiz borcundan olmaqla, ümumilikdə 21332,88 manat ödəməli olduğu halda cəmi 7255 manat ödəniş etmişdir. Ödənilən 7255 manat məbləğində vəsaitdən 3525,67 manat əsas borcdan, yəni 10337,95 manatdan silinməklə 7469,26 manat əsas borcdan, həmçinin ödənilən 7255 manat məbləğində vəsaitdən 3597,17 manat isə faiz borcundan, yəni 10337,95 manat silinməklə 6800,78 manat isə faiz borcundan MMC-nin hesabına ödənilməlidir. Həmçinin tərəflər arasında bağlanmış 15 iyul 2020-ci il tarixdə 011/20 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11.1-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,5 faiz hesanlanmaqla cərimə ödəyir. Buna görə də Cavabdeh ödəniş etmədiyi müddət ərzində ümumilikdə 1531,78 manat cərimə, yəni dəbbə borcu MMC-nin hesabına ödənilməlidir.
8. Şabran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(031)-299/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə bağlanmış 15 iyul 2020-ci il tarixli 001/20 saylı «Daxili Lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 iyul 2020-ci il tarixli 011/20 saylı «Daxili lizinq» müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş «ödəniş qrafikinə» əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-ci il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 31,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 14236,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, cavabdehdən 2015-ci il buraxılışı «Mercedes Benz S 320» minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 10883,37 manat əsas və 131,83 manat təftiş haqqı olmaqla, ümumilikdə 11015,20 manat məbləğində maddi ziyanın İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış «GRS» naviqator aparatına görə 155 manat məbləğində və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, ümumilikdə 1155 manat məbləğində pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh İddiaçı-yə qarşı 2737 manat avansın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının əsassız oldugundan təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, ‘‘Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
10. Məhkəmə, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq ona borc kimi hesablanmış dəbbə pulunun azaldılmasını qanuni və ədalətli hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 522.1, 522.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.1 və 748-11.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1 və 217-ci madələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, ilkin iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və ədalətli məhkəmə araşdırması hüququnu pozulmuşdur. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. O, 7 aprel 2021-ci ildən ondan oğurlanan maşınlarından biri (**-RX-***) üzrə Şabran Rayon Məhkəməsinin qərarı ilə onun iştirakı olmadan Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərinin pozulmasına görə 6 ay sürücülük hüququndan məhrum olunmuşdur. Məhkəmə iddiaçının müdürü Ceyhun Abdullayevlə səs yazılarını nəzərə almamışdır. Məhkəmə tərəfindən heç bir ekspertiza aparılmamışdır.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 9/2943 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" QSC tərəfindən tərtib edilmiş 04 fevral 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışı «Mersedes Benz S320» markalı **-JJ-*** dövlət qeydiyyatlı nişanlı avtomobilinin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10218,0 manat müəyyən edilir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-963/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin bu iş üzrə 13 oktyabr 2021-ci il tarixli 2(031)-299/2021 saylı qətnaməsi dəyişdirilmiş, İddiaçı ilə bağlanmış 15 iyul 2020-ci il tarixli 001/20 saylı «Daxili Lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 iyul 2020-ci il tarixli 011/20 saylı «Daxili lizinq» müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş «ödəniş qrafikinə» əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-ci il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 31,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 14236,41 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, cavabdehdən 2015-ci il buraxılışı «Mercedes Benz S 320» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı VVDD2221621A183821 ban nömrəli, qara rəngli avtomobilə dəymiş 10218,0 manat əsas və 131,83 manat təftiş haqqı olmaqla, ümumilikdə 10339, 83 manat məbləğində maddi ziyanın İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış «GRS» naviqator aparatına görə 155 manat məbləğində və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, ümumilikdə 1155 manat məbləğində pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh İddiaçı-yə qarşı 2737 manat avansın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qarşılıqlı iddisı əsassız oldugundan təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467, 522.1, 522.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.1 və 748-11.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 106.1 və 217-ci madələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(102)-1889/2023 saylı qərarına əsasən (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) cavabdeh və qarşılıqlı idiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-963/2022 nömrəli iş üzrə 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
19. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin olunması hissədə qətnaməni maddi ziyanı azaltmaqla dəyişdirsə də, qarşqılıqlı iddianın rədd olunması hissədə qətnamənin dəyişdirmədən saxlanmasını əsaslandırmamış, bu barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməmişdir.
20. Məhkəmə kollegiyası ilk növbədə ilkin ödəniş kimi lizinq verənə ödənilmiş 27375 manat avansın geri qaytarılması barədə qarşılıqlı iddianın rədd olunması ilə bağlı qeyd edir ki, qətnamə həmin hissədə heç bir əsaslandırma aparılmadan, maddi və prosessual hüquq normalarına istinad olunmadan qəbul edildiyinə görə əsaslı sayıla bilməz.
21. İş üzrə cavabdeh tərəfindən iddiaçıya 27375 manat ilkin ödəniş edildiyi işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan “Mersedes Benz S320” markalı avtomaşın da faktiki olaraq iddiaçıdadır. İlk iddia tələbində lizinq müqaviləsinin ləğvi də xahiş edilmşidir. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi dəyərləndirilməsi istisna olunur. Lizinq obyekti olan avtomaşın lizinq alan cavabdehdə qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti cavabdehin hesabına 27375 manat pul əldə etməklə əsassız varlanmışdır.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
23. İlk iddianın təmin olunması ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin məsələnin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərfli baxmamış, cavabdehin irəli sürdüyü dəlilləri araşdırmamışdır ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
24. Göründüyü kimi avtomaşına dəyən zərərin və naviqasiya aparatının sökülməsi ilə bağlı ziyan müəyyən edilərkən və həmin ziyanın cavabdehdən alınması qənaətinə gələrkən apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutların mötəbərliliyinə və kifayətliliyinə, ziyanın vurulmasında cavabdehin təqsirli olmasına düzgün qiymət verməmiş, bu da ilk iddianın təmin olunması hissədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Onun sürücülük vəsiqəsi 07 aprel 2021-ci ildən ondan oğurlanan maşınlarından biri **-RX-*** Şabran Rayon Məhkəməsinin qərarı ilə onun iştirakı olmadan 3(031)-166/2021 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tələblərinin pozulmasına görə 6 ay sürücülük vəsiqəsindən məhrum edilmişdir. Məhkəmə iddiaçının müdiri C.Abdullayevlə səs yazılarını nəzərə almamışdır. Məhkəmə tərəfindən heç bir ekspertiza aparmamışdır. Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(031)-299/2021 saylı qətnaməsinin ləğv edilməsi, şikayətdə göstərilənləri nəzərə alınmaqla ilkin iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
28. İddiaçı "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
30. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə:
31. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
32. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
33. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
34. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
35. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
36. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
37. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
47. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(031)-299/2021 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
51. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir.
53. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
54. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, iddiaçının iddia tələbi üzrə hüquq normasını düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
55. İşin müəyyən edilmiş hallarına görə ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh iddiaçı “X6” MMC ilə bağlanmış 15 iyul 2020-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklərə əməl etməyərək ödənişlər etməmiş, aylıq ödənişləri ödəməmiş, müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş avtomaşının istismarını lazımi qaydada həyata keçirmədiyinə görə avtomaşında nasazlıqlar əmələ gəlmiş və lizinq verənə maddi ziyan dəymişdir. Qarşılıqlı iddianın rədd olunmasını barədə qənaətini birinci instansiya məhkəməsi ümumiyyətlə əsaslandırmamışdır.
56. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik lizinq münasibətləri üzrə ilkin ödəniş şərtini müəyyən etməsə və belə müqavilə şərti daha çox nisyə alqı-satqı müqavilələri üçün xarakterik olsa da, tərəflərin iradəsi əsasında lizinq müqaviləsində ilkin ödənişin müəyyən olunması istisna edilmir.
57. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin mənasına görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə edilmiş ilkin ödəniş də lizinq ödənişi hesab edilir. Xüsusilə nəzərə alınmalıdır ki, baxılan iş üzrə lizinq obyekti iddiaçıya qaytarıldığı üçün cavabdehin müqaviləyə əsasən lizinq predmetini əldə etmək həm də ilkin ödəniş qismində ödənilmiş vəsaitin ümumi lizinq ödənişlərinə aid edilməməklə lizinq verəndə saxlanılması lizinq hüquq münasibətlərinin mahiyyətinə ziddir, həmçinin son nəticədə lizinq verənin əsassız varlanması ilə nəticələnə bilər.
58. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmadırır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
59. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 27375 manat ilkin ödəniş edildiyi işin mübahisəsiz halıdır. Həmçinin müəyyən edilmişdir ki, lizinq obyekti olan “Mersedes Benz S320” markalı avtomaşın da faktiki olaraq iddiaçıdadır. Cavabbeh Cavabdeh 15 iyul 2020-ci il tarixli müqaviləyə əsasən onun sahibliyinə və istifadəsinə verilmiş avtomaşının 16 iyul 2020-ci il tarixdə lizinq verən MMC-nin direktoru Ceyhun Abdullayev və həmin MMC-yə hüquqşünas kimi xidmət göstərən Ceyhun Əlizadə tərəfindən götürüldüyünü göstərmişdir. Cavabdeh avtomaşını həmin şəxslərə könüllü olaraq versə də, Əli-X1 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən tərtib edilmiş İttham aktından və iş materiallarında olan digər sənədlərdən aydın olur ki, göstərilən tarixdən etibarən lizinq obyekti olan avtomaşın cavabdehin faktiki sahibliyində olmamış, 13 yanvar 2021-ci il tarixdə hüquq mühafizə orqanı tərəfindən saxlanılmaqla mülkiyyətçi lizinq şirkətinə təhvil verilmişdir. 15 yanvar 2021-ci il tarixdə iddiaçı MMC-nin dəvət etdiyi mütəxəssis tərəfindən avtomaşına dair qüsur aktı tərtib edilmiş, həmin qüsur aktına əsasən avtomaşında quraşdırılmış CPS aparatının sökülməsi, iddiaçının təqdim etdiyi arayışa əsasən avtomaşına dəyən ziyan müəyyən edilmişdir.
60. Belə olan halda ilkin ödəniş kimi lizinq verənə ödənilən vəsait lizinq obyektindən istifadəyə görə alınmış vəsait kimi qiymətləndirilə bilməz. Lizinq obyekti olan avtomaşın lizinq alan cavabdehdə qaldığı halda həmin məbləğ lizinq ödənişi dəyərləndirilə bilərdi. İddiaçı lizinq şirkəti cavabdehin hesabına 27375 manat pul əldə etməklə əsassız varlanmışdır.
61. Məhkəmə kollegiyası ilk olaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin “lizinq müqaviləsinin ləğv edilməsi” hissəsi ilə aşağıdakıları nəzərə çatdırır.
62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
63. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh onun sahibliyinə və istifadəsinə verilmiş avtomaşının 16 iyul 2020-ci il tarixdə İddiaçı-nə təhvil verməklə, həmçinin məhkəməyə qədər lizinq verən şirkət tərəfindən pretenziya məktubu göndərilməklə artıq həmin müqavilə ləğv edilmiş sayılmalıdır. Odur ki, tərəflər arasındakı lizinq müqaviləsi artıq ləğv edildiyindən, birinci instansiya iddianı bu hissədə təmin etməklə düzgün nəticəyə gəlməmiş, iddia həmin hissədə rədd edilməlidir.
64. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin “Cavabdeh 15 iyul 2020ci il tarixli 011/20 saylı «Daxili lizinq» müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş «ödəniş qrafikinə» əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 09 fevral 2021-ci il tarixə olan 7469,26 manat əsas, 6735,78 manat faiz və həmin günə hesablanmış 31,37 manat dəbbə pulu olmaqla, ümumilikdə 14236,41 manat məbləğində borcun tutulması” hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, lizinq obyekti olan avtomaşın lizinq alan tərəfindən istifadə edimədiyindən, lizinq müqaviləsi əsasında hesablanmış borc Cavabdeh tutula bilməz.
65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı “cavabdehdən 2015-ci il buraxılışı «Mercedes Benz S 320» minik markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 10883,37 manat əsas və 131,83 manat təftiş haqqı olmaqla, ümumilikdə 11015,20 manat məbləğində maddi ziyanın İddiaçı-nin xeyrinə tutulması, Cavabdeh avtomobilə quraşdırılmış «GRS» naviqator aparatına görə 155 manat məbləğində və həmin aparatın sökülməsinə görə 1000 manat cərimə olmaqla, ümumilikdə 1155 manat məbləğində pul vəsaitinin İddiaçı-nin xeyrinə tutulması” hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
66. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
68. Kollegiya hesab edir ki, İddiaçı-yə məxsus avtomobilinə məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində zərər vurulması və naviqasiya aparatının məhz Cavabdeh tərəfindən sökülməsi mötəbər və təkzibedilməz sübutlarla müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə təmin olunmasına dair qənaəti də əsaslı olmamışdır.
69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
70. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-299/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı-dən 27375 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh ödənilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(031)-299/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia rədd edilsin, qarşılıqlı iddia təmin edilsin. İddiaçı-dən 27375 (iyirmi yeddi min üç yüz yetmiş beş) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.