Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1060/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1939-cu ildə tərtib edilmiş 566 saylı doğum, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1965-ci ildə tərtib edilmiş 132 saylı nikah haqqında şəhadətnamənin və Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1969-cu ildə tərtib edilmiş 3485 saylı doğum haqqında akt qeydindinin XX.XX.1939-cu ildə Lənkəran şəhərində anadan olmuş, X3 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamədə ata adı qrafasında X9, ana qrafasında X4 qeyd edilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra atasına məxsus miras qalan ünvan 1 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət etmişlər. Lakin 50 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 2907 saylı məktubu ilə bildirilmişdir ki, miras qoyanın ölüm haqqında şəhadətnaməsində adı "Firdos", miras qoyanla vərəsələrin qohumluğunu təsdiq edən sənədlərdə (doğum haqqında şəhadətnamələrdə) adı "Firdovsi" kimi göstərildiyi halda, miras əmlakın hüquqmüəyyənedici sənədlərində "Firdovsi" kimi qeyd edilmişdir. Bununla əlaqədar, miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər, ölüm haqqında şəhadətnamələrlə miras əmlakın hüquqmüəyyənedici sənədlərində ziddiyyət olduğundan X5 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüz olması bildirilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamədə müvafiq düzəliş edilməsi ilə bağlı 5 saylı Bakı Asan Xidmət X8 müraciət etmişdir. Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-273/23 saylı məktubu ilə bildirilmişdir ki, kifayət qədər sənəd təqdim edilmədiyindən, müraciətin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Ərizəçi MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı 355278 nömrəli ölüm haqqında şəhadətnamənin, Bakı şəhəri Yasamal rayon (keçmiş Oktyabr rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 425469 nömrəli nikah haqqında şəhadətnamənin və SSSR X17 Komissarlığı Azərbaycan SSR Lənkəran rayon ZAQS şöbəsi tərəfindən verilmiş, 1939-cu ilin noyabr ayında reyestrdə 566 nömrə ilə qeyd edilmiş ******* nömrəli “Təvəllüd şəhadətnaməsi”nin XX.XX.1939-cu ildə Lənkəran şəhərində doğulmuş X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin ərizəsini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 5 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Onun X1nun doğum haqqında şəhadətnamədə və nikah haqqında şəhadətnamədə adı “Firdos” kimi, digər sənədlərdə “Firdovsi” kimi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli 3-165/8-D-225-15/24 nömrəli məktubundan və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-10- 273/23 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən X1nun doğum haqqında akt qeydində, nikah haqqında İ-İe 425469 seriyalı şəhadətnamə və akt qeydində, ölüm haqqında AZ-İİ 355278 seriyalı şəhadətnamə və akt qeydlərində adının “Firdos”-dan “Firdovsi”-yə dəyişiklik edilməsi ilə bağlı ərizəyə baxılmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edildi ki, X2 adına Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 566 saylı xx.xx.1939-cu il tarixli doğum, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 132 saylı xx.xx.1965-ci il tarixli nikah və 3485 saylı xx.xx.1969-cu il tarixli doğum haqqında akt qeydində adı “Firdos” qeyd edilmiş, lakin mərhuma məxsus AZE 03305009 seriyalı şəxsiyyət vəsiqəsində və övladının doğum haqqında akt qeydinin “Uşaq haqqında məlumat” və “Ata haqqında məlumat” qrafalarında adı “Firdovsi” olaraq qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı, xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı ərizəçinin nəzərinə çatdırılmışdır ki, atasının doğum, nikah və ölüm haqqında qeydlərdə adının “Firdos”-dan “Firdovsi”-yə dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığına və sənədlər arasında ziddiyyət çox olduğuna görə ərizənin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 X2 tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2014cü ildə reyestrdə qeydə alınmışdır. - AZE 03305009 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1939-cu ildə Lənkəran şəhərində anadan olmuşdur və ünvan 4 ünvanında qeydiyyatdadır. - İ-ИЕ seriyalı 425469 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, 1939-cu il təvəllüdlü X10 ilə X7 xx.xx.1965-ci ildə nikahlarını bağlamışlar. Bu barədə Bakı şəhəri Oktyabr rayonu (indiki Yasamal rayonu) qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydi kitabında həmin tarixdə 132 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Dadaşova soyadı verilmişdir. - AZ-İİ seriyalı 355278 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 562 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: “Hipertoniya xəstəliyi”. - SSSR X17 Komissarlığı Azərbaycan SSR Lənkəran rayon ZAQS şöbəsi tərəfindən verilmiş ******* nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, X10 1939-cu ildə doğulmuşdur, bu barədə həmin ZAQS şöbəsində 1939-cu ilin noyabr ayında 566 nömrə ilə qeyd aparılmışdır. - Məhkəmə sübut qismində qəbrin fotoşəkili təqdim edilmişdir. - Bakı şəhəri 50 saylı notariat ofisinin 2907 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, miras qoyanın ölüm haqqında şəhadətnaməsində adı “Firdos”, miras qoyanla vərəsələrin qohumluğunu təsdiq edən sənədlərdə isə (doğum haqqında şəhadətnamələrdə) adı “Firdosi” kimi göstərildiyi halda, miras əmlakın hüquq müəyyənedici sənədlərində “Firdovsi” kimi qeyd edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, miras qoyan ilə Sizin qohumluq münasibətlərini təsdiq edən sənədlər, ölüm haqqında şəhadətnamələrlə miras əmlakın hüquqmüəyyənedici sənədində ziddiyyət olduğundan X5 miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Uyğunsuzluq aradan qaldırıldıqdan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin mərhum X1nun adı- Bakı şəhəri Oktyabr rayonu (indiki Yasamal rayonu) qeydiyyat şöbəsində tərtib edilmiş İ-ИЕ seriyalı 425469 nömrəli “Evlənmək haqqında şəhadətnamə”də və 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş AZ-İİ seriyalı 355278 nömrəli ölüm haqqında şəhadətnamədə “Firdos” və SSSR X17 Komissarlığı Azərbaycan SSR Lənkəran rayon ZAQS şöbəsi tərəfindən verilmiş ******* nömrəli “Təvəllüd şəhadətnaməsi”ndə “Firdos” kimi qeyd edilmişdir. Ərizəçi həmin sənədlərdə atasının adının düzəliş edilməsi ilə bağlı maraqlı şəxsə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə zəruri sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 355278 nömrəli ölüm haqqında şəhadətnamənin, Bakı şəhəri Yasamal rayon (keçmiş Oktyabr rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 425469 nömrəli nikah haqqında şəhadətnamənin və SSSR X17 Komissarlığı Azərbaycan SSR Lənkəran rayon ZAQS şöbəsi tərəfindən verilmiş, 1939-cu ilin noyabr ayında reyestrdə 566 nömrə ilə qeyd edilmiş ******* nömrəli “Təvəllüd şəhadətnaməsi”nin XX.XX.1939-cu ildə Lənkəran şəhərində doğulmuş X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 355278 nömrəli ölüm haqqında şəhadətnamənin, Bakı şəhəri Yasamal rayon (keçmiş Oktyabr rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı 425469 nömrəli nikah haqqında şəhadətnamənin və SSSR X17 Komissarlığı Azərbaycan SSR Lənkəran rayon ZAQS şöbəsi tərəfindən verilmiş, 1939-cu ilin noyabr ayında reyestrdə 566 nömrə ilə qeyd edilmiş ******* nömrəli “Təvəllüd şəhadətnaməsi”nin XX.XX.1939-cu ildə Lənkəran şəhərində doğulmuş X3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1060/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1060/2024
26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver