Məhkəmə qərarları › İş №2(007)-1086/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1086/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1086/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Zadulla oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin icrasının təmin edilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqaviləsnin etibarsızlığı” tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliyinin icrasının təmin edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə onun arasında bağlanmış 12.09.2018-ci il tarixli 177002 saylı müqaviləyə əsasən 177 saylı mənzili, 12.09.2018-ci il tarixli 060003 saylı müqaviləyə əsasən 60 saylı mənzili, 12.09.2018-ci il tarixli 065003 saylı müqaviləyə əsasən 65 saylı mənzili, 12.09.2018-ci il tarixli 070003 saylı müqaviləyə əsasən 70 saylı mənzili, 12.09.2018-ci il tarixli 078003 saylı müqaviləyə əsasən 78 saylı mənzili, 12.09.2018-ci il tarixli 119002 saylı müqaviləyə əsasən 119 saylı mənzili, 12.09.2018-ci il tarixli 127002 saylı müqaviləyə əsasən 127 saylı mənzili, 12.09.2018-ci il tarixli 010003 saylı müqaviləyə əsasən 10 saylı mənzili, 12.09.2018-ci il tarixli 157002 saylı müqaviləyə əsasən 157 saylı mənzili, 12.09.2018-ci il tarixli 182002 saylı müqaviləyə əsasən 182 saylı mənzili, 12.09.2018-ci il tarixli 194002 saylı müqaviləyə əsasən 194 saylı mənzili, 15.09.2018-ci il tarixli 077001 saylı müqaviləyə əsasən 77 saylı mənzili, 15.09.2018-ci il tarixli 076003 saylı müqaviləyə əsasən 176 saylı mənzili, 17.09.2018-ci il tarixli 087002 saylı müqaviləyə əsasən 87 saylı mənzili, 17.09.2018-ci il tarixli 154002 saylı müqaviləyə əsasən 154 saylı mənzili, 17.09.2018-ci il tarixli 190002 saylı müqaviləyə əsasən 190 saylı mənzili, 17.09.2018-ci il tarixli 055003 saylı müqaviləyə əsasən 55 saylı mənzillərin təhvil verilməsini və ya ona vurulmuş ******* (iki milyon ikiyüz əlli beş 760) manat maddi ziyanın ödənilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Bakı şəhərində fəaliyyət göstərən “xxxx” MMC-nin sahibi Rauf Məmmədov arasında razılaşmadan sonra direktor kimi qeyd olunmuş X1 arasında 12-17 sentyabr 2018-ci ildə aşağıda qeyd olunan alqısatqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə müvafiq olaraq Rauf Məmmədov tərəfindən ona Bakı şəhəri Nizami rayonu M.Abbasov küçəsi məhəllə 2538-də inşa edilən binadan: 12.09.2018-ci il tarixli 177002 saylı müqaviləyə əsasən 61524 manata 177 saylı, 12.09.2018-ci il tarixli 060003 saylı müqaviləyə əsasən 86304 manata 60 saylı, 12.09.2018-ci il tarixli 065003 saylı müqaviləyə əsasən 86304 manata 65 saylı, 12.09.2018-ci il tarixli 070003 saylı müqaviləyə əsasən 86304 manata 70 saylı, 12.09.2018-ci il tarixli 078003 saylı müqaviləyə əsasən 54000 manata 78 saylı, 12.09.2018-ci il tarixli 119002 saylı müqaviləyə əsasən 61524 manata 119 saylı,12.09.2018-ci il tarixli 127002 saylı müqaviləyə əsasən 61104 manata 127 saylı, 12.09.2018-ci il tarixli 010003 saylı müqaviləyə əsasən 86304 manata 10 saylı, 12.09.2018-ci il tarixli 157002 saylı müqaviləyə əsasən 61524 manata 157 saylı,12.09.2018-ci il tarixli 182002 saylı müqaviləyə əsasən 61524 manata 182 saylı, 12.09.2018-ci il tarixli 194002 saylı müqaviləyə əsasən 61104 manata 194 saylı,15.09.2018-ci il tarixli 077001 saylı müqaviləyə əsasən 36000 manata 77 saylı, 15.09.2018-ci il tarixli 076003 saylı müqaviləyə əsasən 79944 manata 176 saylı, 17.09.2018-ci il tarixli 087002 saylı müqaviləyə əsasən 61104 manata 87 saylı, 17.09.2018-ci il tarixli 154002 saylı müqaviləyə əsasən 61.104 manata 154 saylı, 17.09.2018-ci il tarixli 190002 saylı müqaviləyə əsasən 35904 manata 190 saylı, 17.09.2018- ci il tarixli 055003 saylı müqaviləyə əsasən 86304 manata 55 saylı mənzillərin ******* (bir milyon yüz iyirmi yeddi min 880) manat dəyərinin tam olaraq ödəməyi qeyd edilməklə “xxxx” MMC tərəfindən müvafiq Maliyyə arayışları verilmişdir. Hazırda tikinti başa çatdırılmış, lakin dəfələrlə və uzun müddət müraciətlər edilməsinə baxmayaraq tikinti şirkəti müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu günə qədər “xxxx” MMC tərəfindən müqavilələrdə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməməsi, müqavilədə nəzərdə tutulmuş 1879,8 m.kv mənzilləri ona təhvil verilməməsi nəticəsində hazırki bazar qiymətlərinə müvafiq olaraq ona ******* manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən cavabdeh “xxxx” MMC 12-17 sentyabr 2018-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən, müqavilədə nəzərdə tutulmuş 1879,8 m.kv yaşayış sahəsini təhvil vermək və ya hazırki bazar qiymətinə uyğun olaraq ona vurduğu ******* manat maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə İddiaçı arasında mənzillərin verilməsi ilə bağlı 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələr iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Ümumiyyətlə bildirir ki, İddiaçı tərəfindən “xxxx” MMC-də heç bir mənzil alınmamış, mənzillər üçün ödəniş olunmamışdır. Təqdim edilmiş müqavilələrin hamısı etibarsızdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbi üzrə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı tərəfindən “xxxx” MMC-də heç bir mənzil alınmamış, mənzillər üçün ödəniş olunmamışdır. Təqdim edilmiş müqavilələrin hamısı etibarsızdır. Ümumiyyətlə ilkin iddia tələbinə qəti şəkildə etiraz edirlər. İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin olaraq məhkəmə iclasında bildirmişdir ki, “xxxx” MMCdən alınmış 17 mənzil xeyriyyə məqsədi ilə alınmış və imkansız şəxslərə veriləcəkdir. İddiaçı tərəfindən qeyd olunan 17 mənzilin pulu tam şəkildə ödənilmişdir. Daha sonra tərəflərindən “xxxx” MMC-nin direktoru Ramid Məhərrəmovun “xxxx” MMC-nin direktoru Rəsul Əhmədov barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməsi, həmin şikayət ərizəsində həqiqətən də 17 mənzilin pulunun ödənilməməsi, həmin məzillərin armatur ilə əlaqəli olması ilə bağlı fikirlər səsləndikdən sonra ilkin iddia tələbi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatını dəyişərək həqiqətən də etiraf etmişdir ki, İddiaçı ilə “xxxx” MMC arasında 17 mənzil ilə bağlanılmış müqavilə formal xarakterli müqavilədir. Belə ki, həqiqətən də, İddiaçı tərəfindən həmin mənzillərlə bağlı “xxxx” MMC-yə hər hansı bir formada nəğd şəkildə pul ödənilməmişdir. Həmin mənzillər “xxxx” MMC-nin direktoru Ramid Məhərrəmovun “xxxx” MMC-yə 1097 ton armaturun əvəzi olaraq verilmişdir. Belə ki, “xxxx” MMC-nin direktoru Ramid Məhərrəmov Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında 08 sentyabr 2018-ci il tarixdə 02/18 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə müvafiq olaraq 1 saylı Əlavəyə əsasən müxtəlif markalı və ölçülü 1097,330 ton armatur 2018-ci ilin sentyabr ayının 8-dən 29-na qədər MMC-yə təhvil verilmişdir. Şirkətlər arasında danışıqların nəticəsi olaraq MMC rəhbərliyinin göstərişinə əsasən həmin borcun sığortası olaraq ünvan 1-də inşa edilən binadan 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələr “xxxx” MMCnin rəhbərliyinin yaxın qohumu olan İddiaçı adına bağlanılır. Göründüyü kimi, iddiaçının nümayəndəsinin izahatında qeyd olunan məsələlər iddiaçı ilə cavabdeh arasında deyil, “xxxx” MMC ilə cavabdeh arasında olmuşdur. Eyni zamanda bildirir ki, MTK-nin nümayəndəsi olaraq məlumatlı olduğu qədəri ilə mübahisəli mənzillər çıxarışla başqa şəxslərə məxsusdur. Odur ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzillərin təhvil verilməsi və ya vurulmuş maddi ziyanın əvəzi olaraq ******* manat pulun ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 Zadulla oğlu ilkin iddianın dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, həm ilkin iddia üzrə iddiaçının, həm də müstəqil tələb irəli sürməyən üçüncü şəxsin hüquqlarını müdafiə edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC ilkin iddia üzrə İddiaçı iddiasını qəbul edir və onunla razıdır. Müqavilələr üzrə mənzillərin və ya onların hazırkı bazar dəyərinin İddiaçı verilməsinə etiraz etmir. Mübahisə hazırkı iddia üzrə həllini tapsa müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin hazırkı mübahisə ilə bağlı “xxxx” MMC-yə qarşı başqa tələbi olmayacaqdır. Onlar hüquqlarının bərpa edilməsini istəyirlər. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd edilən mənzillər ilkin iddia üzrə iddiaçı tərəfindən borc müqavilində cavabdeh şirkətdən alınmışdır. Belə ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 1097 ton armatur verilmiş, lakin “xxxx” MMC həmin armaturların pulunu ödəyə bilmədiyinə görə əvəzinə onlarda olan 17 mənzil vermiş, qalanı isə borc kimi qalmışdır. Onlar öz növbəsində sonradan həmin mənzilləri əldə etmək istəyərkən məlum olmuşdur ki, müqavilə üzrə onlara satılmış mənzillər başqa şəxslərə satılaraq özgəninkiləşdirilmişdir. Bu vəziyyət ortaya çıxdıqdan sonra qarşı tərəf Yasamal və Xətai rayonlarının ərazisində inşa edilən binalarından başqa mənzillər təklif etsə də, onların da mülkiyyətçiləri olduğu müəyyən edilmişdir. Nəticədə bugünə kimi nə borc ödənilmiş, nə də mənzillər verilmişdir. Qarşı tərəflə söhbət zamanı hər dəfə razılığa gələcəyini bildirilsə də, hazıradək heç bir nəticə əldə olunmamışdır. Bundan başqa qeyd etdi ki, kassa mədaxil qəbzi olmasa da mənzillərin pulu tam olaraq ödənilmişdir. Belə ki, mənzillərin dəyərinin tam ödənilməsinə dair cavabdeh tərəfindən imzalanmış və möhürlənmiş arayışlar var, həmçinin müqavilələrin 4.3-cü bəndlərində müqavilə qiymətinin 100% ödənildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin və etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, “xxxx” MMC "xxxx” MMC-dən 1404582,40 AZN dəyərində 1097 ton armatur almışdır və mübahisəli mənzillər həmin armaturun dəyərinin əvəzi olaraq girova qoyulmuşdur. 17 mənzil ilə bağlı real alqı-satqı müqaviləsi olmamış, onlara dair heç bir ödəniş həyata keçirilməmiş və müqavilələrin 4.2-ci bəndinə uyğun olaraq kassa mədaxil qəbzi verilməmişdir, yəni müqavilələrin ödənişi üçün əsas sayılan kassa mədaxil qəbzi yoxdur. Bu da onu göstərir ki, cavabdeh həmin mənzilləri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə satmamış, sadəcə girov qoymuşdur. Tərəflər arasında bununla bağlı qarşılıqlı razılıq olmuşdur. Lakin bu barədə tərəflər arasında müqavilə bağlanmamışdır. Hazırda ilkin iddia üzrə iddiaçı tərəf 1097 ton armatur vermiş və əvəzində mənzilləri istəyir. Lakin həmin mənzillər satılmışdır və onların mülkiyyətçiləri vardır. Bu səbəbdən həmin mənzillərin verilməsi qeyri-mümkündür, mülkiyyətçilərinin hüquqlarını poza bilər. İlkin iddia üzrə iddiaçının qeyd etdiyi kimi onlara Yasamal və Xətai rayonlarının ərazisində inşa edilən binalardan başqa mənzillərin təklif edilib-edilməməsi barədə məlumatı yoxdur. Qeyd olunan mübahisə ilə bağlı Baş prokurorluqda araşdırma olmuşdur, lakin materialları hazırda ala bilməmişlər. Göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 12 sentyabr 2018-ci il tarixli 065003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 143,84 kv.m olan, 65 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 14-cü mərtəbədə, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 65 saylı mənzilin dəyərini tam ödəmişdir. - 15 sentyabr 2018-ci il tarixli 077001 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 60 kv.m olan, 77 №-li mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 15 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbədə, ümumi sahəsi 60 kv.m olan, 1 otaqlı, 77 saylı mənzilin dəyərini tam ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli 087002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 87 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 17 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbədə, ümumi sahəsi 101,84 kv.m olan, 2 otaqlı, 87 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 127002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 127 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbədə, ümumi sahəsi 101,84 kv.m olan, 2 otaqlı, 127 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 010003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 143,84 kv.m olan, 10 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 10 saylı mənzilin dəyərini tam ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli 154002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 154 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 17 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 6-cı mərtəbədə, ümumi sahəsi 101,84 kv.m olan, 2 otaqlı, 154 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 177002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 177 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 11-ci mərtəbədə, ümumi sahəsi 102,54 kv.m olan, 2 otaqlı, 177 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 182002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 182 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 12-ci mərtəbədə, ümumi sahəsi 102,54 kv.m olan, 2 otaqlı, 182 saylı mənzilin dəyərini tam ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli 190001 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 59,84 kv.m olan, 190 №-li mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 17 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbədə, ümumi sahəsi 59,84 kv.m olan, 1 otaqlı, 190 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 194002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 101,84 kv.m olan, 194 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə, ümumi sahəsi 101,84 kv.m olan, 2 otaqlı, 194 saylı mənzilin dəyərini tam ödəmişdir. - 17 sentyabr 2018-ci il tarixli 055003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 143,84 kv.m olan, 55 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 17 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 55 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 157002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 157 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbədə, ümumi sahəsi 102,54 kv.m olan, 2 otaqlı, 157 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 119002 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 102,54 kv.m olan, 119 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbədə, ümumi sahəsi 102,54 kv.m olan, 2 otaqlı, 119 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 078003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m olan, 78 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbədə, ümumi sahəsi 90 kv.m olan, 2 otaqlı, 78 saylı mənzilin dəyərini tam ödəmişdir. - 15 sentyabr 2018-ci il tarixli 076003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbə, ümumi sahəsi 133,24 kv.m olan, 76 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 15 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 17-ci mərtəbədə, ümumi sahəsi 133,24 kv.m olan, 3 otaqlı, 76 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 070003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 143,84 kv.m olan, 70 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbədə, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 70 saylı mənzilin dəyərini tam ödəmişdir. - 12 sentyabr 2018-ci il tarixli 060003 saylı müqavilədən görünür ki, “xxxx” MMC ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbə, ümumi sahəsi 143,84 kv.m olan, 60 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. - 12 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbədə, ümumi sahəsi 143,84 kv.m olan, 3 otaqlı, 60 saylı mənzilin dəyərini tam ödəmişdir. - Satıcı “xxxx” MMC ilə alıcı “xxxx” MMC arasında bağlanmış 02/18 saylı 08 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ümumi dəyəri 1404582,40 (bir minyon dörd yüz dörd min beş yüz səksən iki manat qırx qəpik) AZN dəyərində malı alıcıya vermişdir. - 1№-li Üzləşmə aktından görünür ki, Sifarişçi “xxxx” MMC ilə İcraçı “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən 08.09.2018-30.09.2018-ci il tarixinə olan dövr ərzində “xxxx” MMC-yə gələn armatur hesabatının üzləşməsini aparmışlar. Belə ki, “xxxx” MMC tərəfindən 1404582,40 AZN dəyərində armaturun müqabilində mübahisə predmetində qeyd olunan mənzillər girov qoyulmuşdur. Məhkəmə qeyd edir ki, hazırda ilkin iddia üzrə İddiaçı mübahisəli mənzillərin təhvil verilməsini və ya ona vurulmuş ******* (iki milyon ikiyüz əlli beş 760) manat maddi ziyanın ödənilməsi xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC isə 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, o cavabdeh “xxxx” MMC-dən 17 ədəd mənzil almışdır ki, hazırda qarşı tərəf həmin mənzilləri ona təhvil verməkdən imtina edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin iddiaya etiraz edərək bildirmişdir ki, iş materiallarındakı adı çəkilən müqavilələr alqı-satqı müqavilələri deyillər. Belə ki, “xxxx” MMC "xxxx” MMC-dən 1404582,40 AZN dəyərində 1097 ton armatur almışdır ki, mübahisəli mənzillər həmin armaturun dəyərinin əvəzi olaraq girov qoyulmuşdur. Məhkəmə iclası zamanı ilkin iddia üzrə iddiaçının, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx” MMC-nin nümayəndəsi və vəkili qeyd edilən halın mövcudluğunu təkzib edərək armaturun pulunun əvəzinə həmin mənzillərin onlara satıldığını bildirmişdir. Nəticədə, tərəflər arasında 1404582,40 AZN dəyərində 1097 ton armaturun əvəzi olaraq mənzillərin verilməsi ilə bağlı razılıq olması işin mübahisəsiz hallı kimi qəbul etmək olar. Lakin iş üzrə mübahisə doğuran hal qeyd edilən razılıqların alqı-satqı müqaviləsinin, yoxsa girov müqaviləsinin şərtlərinə cavab verməsi olmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı bildirmişdir ki, nə mənzillər, nə də cavabdeh “xxxx” MMC-yə verilmiş malın dəyəri tərəflərindən təhvil verilməmişdir. Hətta müqavilələrdə göstərilən mənzillər artıq başqa şəxslərin mülkiyyətinə verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş müqavilələr alqı-satqı müqaviləsi olmamış, uydurma əqd olmaqla girov müqaviləsi olmuş və həmin mənzillər başqa şəxslərə satılmış, lakin armaturların pulu ödənilməmişdir. Məhkəmə hesab edir ki, 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələr girov müqaviləsi hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 271.3-cü maddəsinə əsasən hüququ girov qoyan həmin hüququn mənsub olduğu şəxs ola bilər. 272-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4-cü maddəsinə əsasən bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Göründüyü kimi həmin müqavilələr girov müqaviləsinin şərtlərinə cavab vermir. Belə olan halda tərəflər arasında bağlanmış müqaviləni girov müqaviləsi kimi qiymətləndirmək olmaz. Bundan başqa mübahisə predmetini təşkil edən müqavilələri girov müqaviləsi kimi nəzərdən keçirsək belə əgər onlar girov qoyulmuşdursa borc ödənilənə kimi həmin əmlakıların başqa şəxslərin xeyrinə özgəninkiləşdirilməsi artıq müqavilənin şərtlərinin pozulması deməkdir. Tərəflərin bildirdiklərinə görə hazırkı vaxtadək mübahisəli mənzillər başqa şəxslərə satılsa belə, borc ödənilməmişdir. Həmçinin ilkin iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin qeyd etdiyi hal, yəni onlara mübahisə predmeti olan mənzillərin əvəzinə Yasamal və Xətai rayonları ərazisində inşa edilən başqa mənzillərin təklif edilməsi, ilkin iddia üzrə cavabdeh tərəfindən təkzib edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunanlardan göründüyü kimi müqavilələr girov müqaviləsinin şərtlərinə cavab vermədiyindən və alqı-satqı müqaviləsinin şərtlərinə uyğun bağlanıldığından tərəflər arasında girov yox, 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı real alqısatqı müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən ünvan 1 ünvanında yerləşən 177, 60, 65, 70, 78, 119, 127, 10, 157, 182, 194, 77, 176, 87, 154, 190 və 55 saylı mənzillər “xxxx” MMC tərəfindən İddiaçı verilmişdir. Hazırda nə həmin mənzillər, nə də onların dəyəri İddiaçı təhvil verilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin mənzillər başqa şəxslərə satılmışdır. Hazırda qeyd edilən mənzillərin hazırkı mülkiyyətçilərindən alınması onların hüquqlarını poza biləcəyindən məhkəmə hesab edir ki, mənzillər deyil, onların dəyiri ilkin iddia üzrə iddiaçıya qaytarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC ilə “xxxx” MMC arasında 08 sentyabr 2018-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən (1153019 manat məbləğində) malları “xxxx” MMC satmağı “xxxx” MMC isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilə predmetini təşkil edən malları qarşı tərəfə vermiş, lakin “xxxx” MMC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan sonra ödəməli olduğu pulun əvəzinə mübahisə predmeti olan mənzilləri İddiaçı satmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri də icra etmir və müqavilələrin şərtlərinə əməl etməkdən birtərəfli qaydada imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə məhkəmə hesab edir ki, 08 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən malların dəyərinin ödənilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən İddiaçı təhvil verilməli olan mənzillərin sonuncuya təhvil verilməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı bir tərəfli qaydada imtina edir. Bu imtina barəsində tərəflər arasında razılaşma olmadığına görə müqavilələr ləğv edilmiş və ya dəyişdirilmiş sayılmır. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Lakin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı hazırda müqavilələrin icrasından birtərəfli qayda da imtina etdiyindən bu öhdəliyi icra etməmə kimi qiymətləndirilməlidir və mübahisə predmeti olan mənzillər başqa şəxslərə satıldığından həmin mənzillərin alınıb ilkin iddia üzrə iddiaçıya verilməsi üçüncü şəxslərin, yəni mənzillərin hazırkı mülkiyyətçilərinin hüquqlarını poza bilər. Bu səbəbdən də öhdəliyini icra etməyən “xxxx” MMC-dən İddiaçı xeyrinə dəymiş zərərin əvəzini ödənilməsi tələbi əsaslıdır. İlkin iddia üzrə İddiaçı iddia tələbində 17 ədəd mənzilin dəyərini ******* manat kimi müəyyən etsə də, həmin mənzillərin hazırkı bazar qiymətlərinin iddiada göstərilən kimi olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin iddia üzrə iddiaçı mübahisəli mənzillərin dəyəri ilə bağlı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. İş materillarında olan sübutlardan görünür ki, müqavilə üzrə tərəflər 12.09.2018-ci il tarixli 177002 saylı müqaviləyə əsasən 177 saylı mənzilin dəyərinin 61524 manat, 12.09.2018-ci il tarixli 060003 saylı müqaviləyə əsasən 60 saylı mənzilin dəyərinin 86304 manat, 12.09.2018-ci il tarixli 065003 saylı müqaviləyə əsasən 65 saylı mənzilin dəyərinin 86304 manat, 12.09.2018-ci il tarixli 070003 saylı müqaviləyə əsasən 70 saylı mənzilin dəyərinin 86304 manat, 12.09.2018-ci il tarixli 078003 saylı müqaviləyə əsasən 78 saylı mənzilin dəyərinin 54000 manat, 12.09.2018-ci il tarixli 119002 saylı müqaviləyə əsasən 119 saylı mənzilin dəyərinin 61524 manat,12.09.2018-ci il tarixli 127002 saylı müqaviləyə əsasən 127 saylı mənzilin dəyərinin 61104 manat, 12.09.2018-ci il tarixli 010003 saylı müqaviləyə əsasən 10 saylı mənzilin dəyərinin 86304 manat, 12.09.2018-ci il tarixli 157002 saylı müqaviləyə əsasən 157 saylı 61524 manat,12.09.2018-ci il tarixli 182002 saylı müqaviləyə əsasən 182 saylı mənzilin dəyərinin 61524 manatı, 12.09.2018-ci il tarixli 194002 saylı müqaviləyə əsasən 194 saylı mənzilin dəyərinin 61104 manat,15.09.2018-ci il tarixli 077001 saylı müqaviləyə əsasən 77 saylı mənzilin dəyərinin 36000 manat, 15.09.2018-ci il tarixli 076003 saylı müqaviləyə əsasən 176 saylı mənzilin dəyərinin 79944 manat, 17.09.2018-ci il tarixli 087002 saylı müqaviləyə əsasən 87 saylı mənzilin dəyərinin 61104 manat, 17.09.2018-ci il tarixli 154002 saylı müqaviləyə əsasən 154 saylı mənzilin dəyərinin 61104 manata, 17.09.2018-ci il tarixli 190002 saylı müqaviləyə əsasən 190 saylı mənzilin dəyərinin 35904 manat, 17.09.2018-ci il tarixli 055003 saylı müqaviləyə əsasən 55 saylı mənzilin dəyərinin 86304 manat, cəmi 17 ədəd mənzilin dəyərinin ******* (bir milyon yüz iyirmi yeddi min 880) manat olması ilə bağlı razılığa gəlmişlər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ******* (bir milyon yüz iyirmi yeddi min səkkiz yüz səksən) manat maddi ziyan dəymişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “xxxx” MMC-dən ******* (bir milyon yüz iyirmi yeddi min səkkiz yüz səksən) manat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin, yəni 12 sentyabr 2018-ci il tarixli, 177002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 060003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 065003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 070003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 078003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 119002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 127002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 010003 saylı, 12 sentyabr 2018-ci il tarixli, 157002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 182002 saylı, 12 sentyabr 2018-ci il tarixli, 194002 saylı, 15 sentyabr 2018-ci il tarixli, 077001 saylı, 15 sentyabr 2018-ci il tarixli, 076003 saylı, 17 sentyabr 2018-ci il tarixli, 087002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 154002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 190002 saylı, 17 sentyabr 2018-ci il tarixli, 055003 saylı müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-in: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstəriin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, İddiaçı ilk iddia ilə məhkəməyə müraciət etməsi qarşılıqlı iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt kimi də qiymətləndirilə bilməz. Belə ki, işin materiallarından da görünür ki, qarşılıqlı idiaçının mübahisələndirdiyi rəsmi sənədlər 2018-ci ildə tərtib və təsdiq edilmişdir. Beləliklə də, qarşılıqlı iddiaçı hazırda mübahisələndirdiyi sənədlərin mövcudluğunu 2018-ci il tarixdən bilmişdir. Bu səbəbdən əqdi mübahisələndirmə müddətinin başlanğıcı 2018-ci ildən hesablandıqda görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı, hazırkı tələbini qanunla müəyyən edilmiş bir illik müddəti ötürdükdən sonra, yəni 18 mart 2021-ci il tarixdə irəli sürmüş, həmin əqdi daha əvvəl mübahisələndirməməsinə dair sübut isə təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilələr onların qarşılıqlı razılığı əsasında bağlanmış və hər iki tərəf həmin müqavilələri imzalamışdır. Tərəflər arasında bağlanmış müqavilələrin görünüş üçün bağlanmasını təsdiq edən hər hansı bir sübutu qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “xxxx” MMC-dən ******* (bir milyon yüz iyirmi yeddi min səkkiz yüz səksən) manat pul tutularaq İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. “xxxx” MMC-dən ******* (bir milyon yüz iyirmi yeddi min səkkiz yüz səksən) manat pul tutularaq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar