Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1095/2020 11.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********23780 Xiaomi Redmi 5 markalı telefon üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu borcu yaranmışdır. 12 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********48087 X1 6 markalı telefon və aksessuar üçün 659 manat ödənilməmiş hissə, 65 manat cərimə pulu borcu yaranmışdır. Ümumilikdə 893 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 923 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.07.2018-ci il və 12.11.2018-ci il tarixli müqavilələrinə əsasən İMEİ kod **********23780 Xiaomi Redmi 5 markalı telefon və İMEİ kod **********48087 X1 6 markalı telefon və aksessuar almış və nəticədə 893 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.07.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 483 manat olan İMEİ kod **********23780 Xiaomi Redmi 5 markalı telefon üçünümumilikdə 169 manat olmaqla, ondan 154manat ödənilməmiş hissə, 48 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 15 (on beş) manat cərimə pulu borcu yaranmışdır. 12.11.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 846 manat olan İMEİ kod **********48087 X1 6 markalı telefon və aksessuar üçün ümumilikdə 724 manat olmaqla, ondan 659 manat ödənilməmiş hissə, 155 manat cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş65 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 516 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2018-ci il tarixli, 00371096 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 846 manat olan X1 6 markalı telefon və aksessuarlar satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2018-ci il tarixli, K00227433 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 483 manat olan Xiaomi Redmi 5 markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 27 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 iyul 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 154 manat, cərimə borcu üzrə 15 manat olmaqla, ümumilikdə 169 manat borcu vardır. Cavabdeh 12 noyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 659 manat, cərimə borcu üzrə 65 manat olmaqla, ümumilikdə 724 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 893 manat borcu vardır. İşə əlavə olunmuş 27 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 26 iyul 2018-ci il tarixli və 12 noyabr 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 26 iyul 2018-ci il tarixli, K00227433 nömrəli müqavilə üzrə 154 manat əsas borc, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 169 manat borc, 12 noyabr 2018-ci il tarixli, 00371096 nömrəli müqavilə üzrə 659 manat əsas borc, 65 manat cərimə borcu olmaqla, ümumilikdə 724 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1095/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1095/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver