Məhkəmə qərarları › İş №2(007)-1099/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1099/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1099/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 fevral 2019-cu il tarixli və 14 aprel 2019-cu il tarixli müqavilələrə əsasən ona satdığı “Huawei P Smart” markalı telefona, “Acer” markalı kompyutera və aksesuara görə yaranmış 1161 manat ödənilməmiş hissə, 115 manat cərimə pulu borcun, ümumilikdə 1276 manat dəyərində borcun və 30 manat ödənilmiş dövlət rüsumun, cəmi 1306 manat məbləğindən vəsaitin cavabdeh X2 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 11 fevral 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 687 manat (38 ay x 38 manat + 3 manat ilkin ödəniş) olan “Huawei P Smart ” markalı telefon üçün ümumilikdə 459 manat olmaqla, ondan 418 manat ödənilməmiş hissə, 125 manat (0,38 manat x 330 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 41 manat cərimə pulu borcu yaranmışdır. Həmin müqavilə üzrə cavabdehin cəmi ödədiyi məbləğ 269 manat təşkil edir. Bundan əlavə, cavabdehlə aralarında bağlandığı 14 aprel fevral 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1428 manat (12 ay x 119 manat + 0 manat ilkin ödəniş) olan “Acer ” markalı kompyuter və aksesuar üçün ümumilikdə 817 manat olmaqla, ondan 743 manat ödənilməmiş hissə, 214 manat (1,19 manat x 180 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 74 manat cərimə pulu borcu yaranmışdır. Həmin müqavilə üzrə də, cavabdehin cəmi ödədiyi məbləğ 685 manat təşkil edir. Beləliklə, hər iki müqavilələr üzrə cavabdehin ona 1161 manat əsas borcu və 115 manat cərimə olmaqla, cəmi 1276 manat borcu qalmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə X5 arasında bağlanmış 11 fevral 2019 tarixli, 00509675 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən X4 ümumi dəyəri 687 manat olan “Huawei P Smart” markalı telefon satılmışdır. Bundan əlavə, 14 aprel 2019 tarixli, 00613998 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən X4 ümumi dəyəri 1428 manat olan “Acer” markalı komyuter və aksesuar satılmışdır. X5 hər iki müqavilərə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 15 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 11 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 418 manat, cərimə borcu 41 manat olmaqla, cəmi 459 manat, eləcə də, 14 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 743 manat, cərimə borcu 74 manat olmaqla cəmi 817 manat borcu, hər iki müqavilələr üzrə ümumilikdə 1276 manat borcu qalmışdır. İşə əlavə olunmuş 16 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh X5 11 fevral 2019-cu il və 14 aprel 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşyalar (mal) almış, lakin həmin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. X1 11 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borc 418 manat, cərimə borcu üzrə 41 manat, bundan əlavə, 14 aprel 2019-cu il tarixli müqavilə üzrə əsas borc 743 manat, cərimə borc üzrə 74 manat, ümumillikdə hər iki müqavilələr üzrə 1161 manat əsas borc, 115 manat cərimə borcu olmaqla, 1276 (bir min iki yüz yetmiş altı) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar