Məhkəmə qərarları › İş №2(007)-1099/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1099/2023

12.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1099/2023 12.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi Mehman oğlunun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun oğlu Ərizəçi Mehman oğlu xx.xx.1997-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Oğlu “USİ-spastik diplegiya, simtomatik epilepsiya, aqil və psixi inkişafın geriliyi” xəstəliyindən əziyyət çəkir və ona 1-ci dərəcəli əlillik verilmişdir. Oğlu Ərizəçi Mehman oğlu həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Oğlu özü-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdiyi hərəkətlərin mənasını dərk etmir. Ona görə də, hesab edir ki, xx.xx.1997-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Ərizəçi Mehman oğlu 1-ci dərəcəli əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, məhkəmə Ərizəçi Mehman oğlunun faliyyət qabliyyəti olmayan hesab etməlidir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirib iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq ərizəçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X4 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixində Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, ev 15H ünvanında qeydiyyatdadır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Mehman oğlu xx.xx.1997-ci il tarixində ünvan 3 ünvanında qeydiyyatdadır; - XX-ЖГ seriyalı 432412 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Mehman xx.xx.1997-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X2; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli məlumatının surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi Mehman oğluna qoyulan diaqnoz USİ-spastik diplegiya, simtomatik epilepsiya, əqli və psixi inkişafın geriliyi, hərəkət məhdudluğudur. O, birinci qup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli, 1354 saylı rəyindən görünür ki, Ərizəçi Mehman oğlunda Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə qohum olmaqla valideynləri qohum olmaqla xalanəvəsi olması, yoxlanılan şəxsin atasının deməsinə görə oğlu doğuş travma ilə anadan olması, həmçinin yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, bir yaşından başlayaraq qıcolma tutmalarının biruzə verməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında, həmçinin Türkiyə Respublikasında və Moskva şəhərində müalicədə olması, “USİ-spastik diplegiya, simtomatilk epilepsiya, əqli və psixi inkişafın geriliyi, hərəkət məhdudluğu” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, yeriməməsi, yedizdirilməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Ərizəçi Mehman oğlunda Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Ərizəçi Mehman oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, Ərizəçi Mehman oğlu onda müəyyən edilən Uşaq serebal iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1997-cü il tarixdə doğulmuş oğlu Abdulov X1 iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Ona “USİ-spastik diplegiya, simtomatilk epilepsiya, əqli və psixi inkişafın geriliyi, hərəkət məhdudluğu” diaqnozu qoyulmuş və o, İ qrup əlildir. Nəticədə o, özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən Ərizəçi Mehman oğlunun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 1354 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan Ərizəçi Mehman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan atası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən Ərizəçi Mehman oğlunun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1997-cü il tarixdə Azərbaycan Respublikasının ünvan 4 ünvanında qeydiyyatda olan Ərizəçi Mehman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə Ərizəçi Mehman oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Ərizəçi Mehman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Ərizəçi Mehman oğlunun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar