Məhkəmə qərarları › İş №2(007)-1101/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1101/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1101/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung galaxy A10 markalı telefon üçün 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə, 12.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49987 olan Samsung Galaxy A10 markalı telefon üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 772 manat borc, 30 manat dövlət rüsumu, cəmi 802 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 24.08.2019-cu il və 12.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********07644 olan Huawei P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung galaxy A10 markalı telefon İMEİ Kodu **********49987 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 772 (yeddi yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh 24.08.2019-cıı il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1185 manat (min yüz səksən beş) (yəni 12 ay x 93 manat + 69 manat ilkin ödəniş), İMEİ Kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 715 (yeddi yüz on beş) manat olmaqla ondan 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 195 (yüz doxsan beş) manat cərimə pulu (210 gün x 0,93 manat), (hər gün ödənilməmiş məbləğin 1% faiz miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə giızəşt olunaraq 65 (altmış beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 12.12.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 376 manat (üç yüz yetmiş altı) (yəni 6 ay x 13 manat + 298 manat ilkin ödəniş), İMEİ Kodu **********49987 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 57 (əlli yeddi) manat olmaqla, ondan 52 (əlli iki) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu (120 gün x 0,13 manat), (hər gün ödənilməmiş məbləğin 1% faiz miqdarında cərimə pulu) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 5 (beş) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 859 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri'' mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 28.12.2020-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, Cavabdeh 24.08.2019-cu il tarixli İMEİ kodu **********07644 olan Huawai P Smart Z, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 üçün cəmi 715 manat, 12.12.2019-cu il tarixli İMEİ kodu **********49987 olan Samsung galaxy A10 üçün cəmi 57 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.08.2019-cu il tarixli 00866593 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 69 manat ilkin ödənişlə 1185 manat məbləğində İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 əldə etmiş və həmin məbləği aylıq 93 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2019-cu il tarixli 01119495 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 298 manat ilkin ödənişlə 376 manat məbləğində İMEİ kodu **********49987 olan Samsung Galaxy A10 əldə etmiş və həmin məbləği aylıq 13 manat olmaqla 06 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 24.08.2019-cu il tarixli bildirişlərdən görünür ki, 24.08.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - 12.12.2019-cu il tarixli bildirişlərdən görünür ki, 12.12.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh 00866593 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung Galaxy A10-nu, 01119495 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********49987 olan Samsung galaxy A10-nu, tam qüsursuz halda təhvil almışdır. - “xxxx” MMC-nin 25.08.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldıracalığı barədə xəbərdar olunmuşdur. - 15.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 24.08.2019-cu il tarixli və 12.12.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 24.08.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1185 manat məbləğində İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefonU, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 markalı telefonu 69 manat ilkin ödənişlə, aylıq ödənişi 93 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə almışdır. 12.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 376 manat məbləğində İMEİ kodu **********49987 olan Samsung galaxy A10 markalı telefonu 298 manat ilkin ödənişlə, aylıq ödənişi 13 manat olmaqla, 06 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları “xxxx” MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 24.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 markalı telefon üçün 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və 12.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49987 olan Samsung galaxy A10 markalı telefon üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 772 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 802 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********07644 olan Huawai P Smart Z markalı telefon, İMEİ Kodu **********24104 Samsung Galaxy A10 markalı telefon üçün 650 (altı yüz əlli) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə və 12.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49987 olan Samsung galaxy A10 markalı telefon üçün 52 (əlli iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 772 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 802 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar