Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-111/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzili hüquqlarını müdafiə etdiyim şəxsin anası X3 mülkiyyətində olub. Onun anası Nina Afonina xx.xx.2019-cu il tarixdə vəfat edib. X4 Alekseyeviç isə, daha əvvəl, yəni xx.xx.1987-ci il tarixdə vəfat edib. Anasının vəfatından sonra iddiaçı birinci növbə vərəsə kimi müvafiq sənədləri xx.xx.2020-cı ıl tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinə təqdim edib və 520 sayla qeydiyyata alınıb. İddiaçının anası Nina Afoninanın mülkiyyətində olan Bakı şəhəri, Nizamı rayonu, Rüstəm Rüstəmov küçəsi, 10 saylı evin 65 saylı mənzilinə qanun üzrə birinci növbə vərəsə kimi iddiaçı Bakı şəhəri 15 saylı notariat ofisinə müvafiq sənədləri təqdim etsə də, bacısı cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna müvafiq sənədləri notariat ofisinə bilərəkdən təqdim etməyib. Baxmayaraq kı,Bakı şəhəri 15 saylı notariat ofisinin notariusu ona dələlərlə telefonla zəng edib qanun üzrə vərəsə kimi notariat ofisinə gəlməyini xahiş edib.Cavabdeh Atakişiyeva (Afonina) Ellada Vladimirovna mübahisəli Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 10 saylı evin 65 saylı mənzilində qeydiyyatda olmaqla və yaşamaqla faktiki olaraq miras əmlakı qəbul edib.Mübahisəli mənzilin 1/2 hissəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdeh həmin mənzildən onun mülkiyyətçi kimi istifadə hüquqlarını pozaraq maneə yaradır. Bununla yanaşı olaraq Cavabdeh məqsədyönlü olaraq analarından qalan miras əmlakı adına rəsmiləşdirmir.Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaİmışdır. İddiaçı daha sonra qanunda nəzərdə tutulan müddətdə və qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanun üzrə vərəsə kimi mübahisəli Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ümumi sahəsi 47,4 kvadrat metr olan 10 saylı evin 65 saylı mənzilinə 1/2 hissəsinə ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış alıb. İddiaçının bacısı cavabdeh X1 notariat ofisinə gəlmədiyinə, müvafiq sənədləri təqdim etmədiyinə görə mübahisəli mənzilin 1/2 hissəsi vəfat etmiş anaları X2 adına açıq qalıb. Cavabdeh X1 faktiki olaraq miras əmlaka sahiblik və idarə edir. Belə olan halda cavabdeh miras əmlakı qəbul elmiş sayılır.Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki ümumi sahəsi 47.4 kvm. olan 10 saylı evin 65 saylı mənzilinin qanun üzrə vərəsələr İddiaçı və X1 arasında hər birinə ½ hissə olmaqla naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin-nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki ümumi sahəsi 47.4 kvm. olan 10 saylı evin 65 saylı mənzilnin ½ hissədə mülkiyyətçisi İddiaçıdır.Digər ½ hissədə pay açıq qalmışdır. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 04 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki ümumi sahəsi 47.4 kvm. olan 10 saylı evin 65 saylı mənzilinin mənzilinin mülkiyyətçilərin paylarına uyğun olaraq paylara uyğun olaraq naturada bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda sadalanan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki ümumi sahəsi 47.4 kvm. olan 10 saylı evin 65 saylı mənzilnin ½ hissədə mülkiyyətçisi İddiaçıdır.Digər ½ hissədə pay açıq qalmışdır.Həmin payın ehtimal olunan(mirası faktiki olaraq qəbul etmiş) mülkiyyətçisi X1 öz payını dövlət qeydiyyatından keçirməmişdir.Lakin mənzildə yaşayır və iddiaçının öz payından istifadəsinə maneçilik yaradır.Bu səbəbdən iddiaçı payların ½ hissədə naturada bölünməsini tələb edir. Lakin ekspert rəyindən görünür ki,payların bərabər olaraq hər birinə ½ hissədə bölünməsi texniki cəhətdən mümkün deyil.Ona görə də iddia təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 300 manat iddiaçı tərəfindən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə ödənilmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı payların naturada bölgüsü tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-111/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-111/2023
08.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver