Məhkəmə qərarları › İş №2(007)-112/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-112/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-112/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 İsgəndər qızına qarşı “mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 İsgəndər qızına qarşı “mənzilin təhvil verilməsi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-ci mərtəbə ümumi sahəsi 117 kv.m 59 saylı mənzilə cavabdeh "xxxx" tərəfindən qoyulmuş maneənin aradan qaldırılmaqla, həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi, Cavabdeh2 İsgəndər qızı ilə "xxxx" MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC ilə 18.05.2017-ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-ci mərtəbə ümumi sahəsi 117 kvm 59 saylı mənzili dəyərini ödəməklə almışdır. Mənzili alarkən müvafiq layihə sənədi və lazımı icazə sənədləri mövcud olmuş və həmin sənədlərə uyğun olaraq payını dəyərini ödəməklə tikitni layihə sənədi əsasında mənzili əldə etmişdir. Qeyd edilən mənzili alarkən müvafiq olaraq binanın tikintisinə başlanılmış və onların arasında bağlanmış müqaviləyə əsasən icraçı tərəfindən qeyd edilən bina üzrə tikinti işləri başa çatdıqdan sonra mənzili təhvil-təslim aktı əsasında iddiaçıya verməli idi. (Müqavilənin 8.1-ci bəndi). Qeyd edilən mənzilə baxış keçirmək və müvafiq olaraq təhvil almaq məqsədi ilə cavabdeh şirkətə getmiş, 23.02.2021-ci il tarixdə İddiaçı mənzilə təmir arayışı verilmişdir. Bundan sonra mart ayının əvəlində həmin mənzilə gedib müvafiq təmirə başlamaq istədikdə mənzilə qapı qoyulduğunu görüb və daxil ola bilməmişdi. Bundan sonra MTK rəhbərliyinə müraciət etsə də nəticəsiz qalmış və mənzilə daxil olmağına imkan verməmişdir. O, bildirmişdir ki, qeyd edilən mənzil üzrə sifarişçi o, olmuşdur və aralarında olan müqaviləyə əsasən mənzillər onun sifarişi üzrə tikilib ona təhvil verilməli idi. Həmin mənzil 3-cü şəxsə satılmış, sonuncunun müqaviləsi forma və məzmun baxımdan şübhəli olmaqla, sonradan tərtib olunması ilk baxışdan görünür. Belə bir halda şirkətin müvafiq olaraq nümayəndə və vəkil qismində iştirak etdiyi bir halda şirkətin müqavilələrinin möhürlü qeydiyyat kitabının əsli, müvafiq binaya hansı tarixdən icazə alması və inşaata başlaması barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməlidir. Ona görə də Cavabdeh2 İsgəndər qızı ilə "xxxx" MMC arasında mübahisəli mənzilə dair bağlanılmış 03.03.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı "xxxx" MMC ilə 18.05.2017-ci il tarixdə müqavilə bağlanılmış müqavilə üzrə mənzilin dəyəri ödənilmiş və onlara həmin tarixdə maliyyə arayışı, 23.02.2021-ci il tarixdə iddiaçıya mənzil üçün təmir arayışı verilmişdir. Bundan sonra iddiaçı həmin ilin mart ayının əvvəlində həmin mənzilə gedib müvafiq təmirə başlamaq istədikdə mənzilə qapı qoyulduğunu görmüş və ora daxil ola bilməmişdi. Bundan sonra MTK rəhbərliyinə müraciət etsə də, nəticəsiz qalmış və mənzilə daxil olmağına imkan verilməmişdir. Həmin mənzil üzrə sifarişçi iddiaçı olmuşdur. Cavabdeh şirkət tərəfindən 2017-ci iln mart ayında binada mənzillərin satışı aparılmadığı halda həmin mənzil digər cavabdehə satıla bilməzdi. Digər tərəfdən şirkət tərəfindən onlarla və həmin dövrdə müqavilə bağladığı digər şəxslər arasında bağladığı müqavilələrin forması, mənzilin sahəsinə görə satış qiyməti oxşar olduğu halda iş üzrə cavabdehlər arasında bağlanılmış müqavilə forması fərqlidir. Kompyuterdə yığılmış, mənzilin sahəsinə görə satış qiyməti baha göstərilmişdir. Əgər həqiqətən onlardan əvvəl mənzil Cavabdeh2 İsgəndər qızına satılmışdırsa şirkət müqavilələrinin qeydiyyat kitabını məhkəməyə təqdim edərdi. Cavabdeh2 İsgəndər qızının vəkili və nümayəndəsi Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq mülk iş üzrə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianın əsassız və heç bir hüquqi əsası olmadığını, cavabdehin həmin mənzili 2-ci Qarabağ- "Vətən" müharibəsi qazisi oğlu üçün aldığını, həmin evdə bəzi təmir işləri də apardığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 İsgəndər qızı iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, "xxxx" MMC ilə onun arasında 03.03.2017-ci il tarixdə müqavilə bağlanılmış və Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-ci mərtəbə ümumi sahəsi 117 kv.m olan 59 saylı mənzil ona payçı kimi verilmiş və həmin mənzili o qəbul etmişdir. Müqavilə üzrə mənzilin dəyəri 94.240 manat müəyyən olunmuş, müqavilədə göstərilən məbləğin 70000 manatını o, həmin gün ödəmiş, qalan hissəsini də ödəniş cədvəli üzrə ödəyirdi. Sonradan ona "İnşaat Kontslruksiyaları” MMC-nin həmin mənzili 2017-ci ilin may ayında İddiaçı 40000 manata satdığı və onunla müqavilə bağladığı məlum olmuşdur. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh2 İsgəndər qızı arasında bağlanmış 03.03.2017-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzil üçün 800 manat ödənilməklə 59 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında payçı Cavabdeh2 İsgəndər qızına təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 94.240 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və müqavilə ilə müəyyən olunmuş mənzilin qiymətinin 70.000 manat məbləği ödənilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.05.2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m üçün 341 manat ödənilməklə 59 saylı mənzilin tikilib başa çatdırıb təhviltəslim aktı əsasında İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 40.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - 18.05.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 13cü mərtəbə, ümumi sahəsi 117 kv.m olan 59 saylı mənzilin dəyərini tam ödəmişdir. - 09.02.2021-ci il tarixli təmir arayışından görünür ki, Cavabdeh2 İsgəndər qızı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzilinin ona məxsus olduğu və təmirə buraxıldığı müəyyən olunmuşdur. - 23.02.2021-ci il tarixli təmir arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzilinin ona məxsus olduğu və təmirə buraxıldığı müəyyən olunmuşdur. - "xxxx" MMC ilə X22 arasında bağlanmış 18.05.2017-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə, 14 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında X8 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 58500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə X12 arasında bağlanmış 18.05.2017-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78 kv.m olan hər kv.m üçün 500 manat ödənilməklə 53 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında X2 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 39000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə X19 arasında bağlanmış 08.05.2019-cu il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 101.84 kv.m olan hər kv.m üçün 1000 manat ödənilməklə 234 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında X5 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 101840 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə X14 arasında bağlanmış 04.12.2018-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 2 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,8 kv.m olan hər kv.m üçün 779 manat ödənilməklə 151 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında X3 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 45000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC ilə X10 arasında bağlanmış 29.01.2020-ci il tarixli müqavilədən görünür ki, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 55.72 kv.m olan hər kv.m üçün 800 manat ödənilməklə 132E saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında X1 təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 44576 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə İddiaçı 18.05.2017-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzili dəyərini ödəməklə almışdır. Müqavilə əsasında, “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 78 kv.m olan hər kv.m üçün 341 manat ödənilməklə 59 saylı mənzilin tikilib başa çatdırıb təhvil-təslim aktı əsasında Payçı İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 40.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri həmin gün ödənilmiş və şirkət tərəfindən ona bu barədə maliyyə arayışı, - 23.02.2021-ci il tarixdə isə təmir arayışı verilmişdir. Lakin iddiaçının dəfələrlə müraciətlərinə baxmayaraq "xxxx" MMC tərəfindən həmin mənzil ona təhvil verilməmişdir. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh2 İsgəndər qızı İddiaçı əvvəl "xxxx" MMC ilə 03.03.2017-ci il tarixdə müqavilə bağlayaraq ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzili dəyərini ödəməklə almışdır. Hazırda İddiaçı 18.05.2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzilə olan maneənin aradan qaldırılmaqla, həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, həmin öhdəliyin də "xxxx" MMC-yə həvalə edilməsi, Cavabdeh2 İsgəndər qızı ilə "xxxx" MMC arasında bağlanmış 03.03.2017ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinəəsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən 2017-ci il və 2018-2019-cu il tarixlərdə mənzillərlə bağlı tərəflər və digər şəxslərlə bağlanılmış oxşar müqavilələrdəki mənzillərin hər kvadrat metrinin dəyəri və müqavilələrin tərtibatı onlara mütəxəssis tərəfindən qiymət verilmədən də vizual baxışla da müəyyən etmək olar ki, "xxxx" MMC ilə digər Cavabdeh2 İsgəndər qızı arasında bağlanılmış 03.03.2017-ci il tarixli müqavilə İddiaçı ilə 18.05.2017-ci il tarixdən bağlanılmış müqavilədən sonra bağlanılmışdır. Belə ki, 2017-ci il tarixli müqavilələrdə müqavilələrin tərtibatı, dizaynı, forması və müqavilələrdə MTK-nın əlaqə nömrəsi fərqli əks etdirilmiş, 2017-ci ilin müqavilələrində müqavilə əllə yazılmış və müqavilə nömrəsi əks etdirilməmişdir. Halbuki, Cavabdeh2 İsgəndər qızı tərəfindən məhkəməyə təqdim olunmuş müqavilənin surəti sonrakı illərdə tərtib olunmuş müqavilə formaları ilə eynilik təşkil edir. 2017-ci ilin müqavilələrində mənzillərin hər kv.m üçün 340-500 manat qiymət müəyyən edildiyi halda həmin ildən sonrakı illərdə bu ***-**** manat dəyərində dəyişmişdir. Lakin Cavabdeh2 İsgəndər qızı ilə müqavilə 2017-ci ildə bağlanılmasına baxmayaraq mənzilin hər kvadrat metrinin dəyəri 1000 manat müəyyən olunmuşdur. Belə olan halda qeyd olunanlar məhkəməyə mübahisəli mənzillə bağlı cavabdehlər arasında tərtib edilmiş müqavilənin İddiaçı ilə müqavilə bağlanıldıqdan sonrakı tarixlərdə bağlanılması qənaətinə gəlməyə əsas verir və bu hallar nəticə etibarı ilə cavabdehlər arasında bağlanılmış 03.03.2017-ci il tarixli müqavilənin etibarsız sayılmasına zəmin yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh MTK tərəfindən mübahisəli mənzillə bağlı 2021-ci ilin fevral ayında, yəni 09.02.2021-ci il tarixdə Cavabdeh2 İsgəndər qızına, 23.02.2021-ci il tarixdə isə İddiaçı mənzilə dair təmirə buraxılma ilə bağlı arayışı təqdim edilmişdir. Cavabdeh2 İsgəndər qızı tərəfindən mənzildə bəzi təmir işlərinin aparılması bildirilsə də bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmiş, məhkəmə iclaslarında cavabdeh MTK ilə tərəflər arasında razılıq əldə olunucağı bildirilmiş və bununla bağlı məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəli mənzilin 03.03.2017-ci il tarixli müqavilə əsasında Cavabdeh2 İsgəndər qızına satılması bildirilsə də sonuncu tərəfindən müqavilə üzrə 70000 manat ödəniş etməsinə dair kassa mədaxil orderi, qalan 24000 manat ödənişin isə qrafik üzrə ödənilməsinə dair ödəniş cədvəli və nəhayət onun tərəfindən aparılmış ödənişlə bağlı məhkəməyə maliyyə arayışı təqdim edilməmişdir. Halbuki, cavabdeh MTK tərəfindən İddiaçı mənzilin dəyərini tam ödənilməsi ilə bağlı 18.05.2017-ci il tarixdə arayış verilmişdir. Məhkəmənin 21.12.2021-ci il tarixli, 2(007)-2131/2021 saylı qərardadı ilə "xxxx" MMC-dən şirkətin müqavilələrinin möhürlü qeydiyyat kitabının əsli, müvafiq binanın hansı tarixdən icazəsinin alınması və inşaata başlanması barədə müvafiq sənədlər, o cümlədən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 117 kvm 59 saylı mənzil barəsində bağlanılmış müqavilələr götürülərək məhkəməyə təqdim edilməsi qərara alınsa da cavabdeh təşkilat tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi təmin olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, "İnşaat Konstruksı̇ yaları” MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzili İddiaçı təhvil verməmişdir. Məhəkmə hesab edir ki, İddiaçı Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, mənzilin onun sahiblik və istifadəsinə verilməsini, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, həmin vəzifələri öhdəliyin icrasını gecikdirmiş cavabdeh "xxxx" MMC-dən tələb etməkdə haqlı olmuşdur. Belə ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.05.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “İnşaat Konstruksiya MMC ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzil üçün 40.000 manat ödənilməklə mənzili İddiaçı tikintilər başa çatdıqdan sonra təhvil verməyi öhdəsinə götürmüş, müqavilədə tərəflər öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ olması müəyyən olunmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzil İddiaçı mülkiyyətinə və sahibliyinə verilməsi müəyyən olunduğundan, sonuncu tərəfindən nəzərdə tutulmuş vəsait ödənildiyindən, müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyindən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.05.2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verilməli, həmin mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalı, həmin mənzilin İddiaçı sahiblik və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, "xxxx" MMC ilə Cavabdeh2 İsgəndər qızı arasında bağlanmış 03.03.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.05.2017-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 1 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan, 3 otaqlı, 59 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi vəzifəsi "xxxx" MMC-yə həvalə edilsin. Cavabdeh2 İsgəndər qızı ilə "xxxx" MMC arasında bağlanmış 03.03.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar