Məhkəmə qərarları › İş №2(007)-1120/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1120/2024

12.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1120/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “miras əmlakdan payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “miras əmlakdan payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “miras əmlakdan payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı "ASAN xidmət” mərkəzindəki Notariat ofisində onlarla cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-91 saylı “miras əmlakdan pay bağışlama müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 49-a dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 49 əvvəllər ataları X1 mülkiyyətində olmuşdur. Ataları xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra 5 saylı Bakı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisində həmin mənzilə dair vərəsəlik işi açılmış və atasının vərəsəsi olaraq onlara və qardaşları Cavabdeh paylarına uyğun 1/3 hissədə miras payına dair xx.xx.2020-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Cavabdeh onlara bildirmişdi ki, əgər onlar öz miras paylarını ona bağışlasalar, əvəzində o, da onlara bir otaqlı mənzil alacaq. Qardaşları olduğu üçün onun sözünə inanaraq atalarından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 49-a olan paylarını 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-91 saylı "miras əmlakdan pay bağışlama müqaviləsi”nə əsasən ona bağışladılar. Həmin Bağışlanma müqaviləsinə əsasən o, mənzilə tam mülkiyyət hüququ barədə xx.xx.2020-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Lakin cavabdeh bu günə qədər müxtəlif bəhanələr gətirərək onlara mənzil almır. Artıq başa düşmüşlər ki, o, onları aldadıb.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, ataları 2016-cı ildə rəhmətə gedib. Paylarının bağışlamasının ləğvi ilə bağlı Notariusa 4 il ərzində müraciət etməyiblər. 2020ci ildə şifahi şəkildə qardaşları ilə razılaşıblar ki, qardaşı onların hərəsinə 1 otaqlı ev verəcək, onlar da öz növbələrində atalarından miras qalan evi qardaşlarının adına keçirəcəklər. Evi qardaşlarının adına öz istəkrləi ilə keçiriblər, kimsə onları məcbur etməyib. 2020-ci ildən sonra gözlədilər, gördülər ki, qardaşları evi vermir, ona görə də 4 ildən sonra məhkəməyə müraciət etdilər. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, qardaşı ona demişdir ki, ona 1 otaqlı ev alacaq əvəzində də onlar atalarından miras qalan evi qardaşlarının adına keçiriblər. Öz aralarında şifahi razılaşıblar, notarius heç nə bilmirdi. Hazırda 2 uşaqla kirayədə yaşayır. Qardaşı ona verdiyi sözə əməl etməyib. Ona görə iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh ərizə verərək bildirmişdir ki, iddia tələbini tam həcmdə qəbul edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00-05101-093039 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Mənzil onun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

10. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X2 vərəsələri İddiaçı2, İddiaçı1 və Cavabdehdur və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilidir.

11. xx.xx.2020-ci il tarixli "Miras əmlakdan pay bağışlama müqaviləsi”ndən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixli, 2V-53 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara çatası 1/3 hissə olan paylarını Cavabdeh bağışladılar.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən edildi ki, X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri İddiaçı2, İddiaçı1 və Cavabdehdur və onlar hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 38 saylı evin 49 saylı mənzilindən ibarətdir. İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixli, 2V- 53 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən hər birinə çatası 1/3 hissə olan paylarını qardaşları Cavabdeh bağışlamışlar. Hazırda iddiaçılar 5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisində onlarla cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-91 saylı “miras əmlakdan pay bağışlama müqaviləsi”-nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 49-a dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1-ci maddələrinə görə bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

14. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı:

Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli qərarı: Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3cü maddəsi ilə tənzimlənir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

17. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:

İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair 19 dekabr 2012-ci il tarixli qərarı: Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. MM-in 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. MM-in 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Məhkəmənin mövqeyi:

19. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir.

20. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir.

21. Məhkəmə iddia tələbinin “5 saylı "ASAN xidmət” Mərkəzindəki Notariat Ofisində iddiaçılarla cavabdeh X3 arasında bağlanan xx.xx.2020-ci il tarixli, 3M-91 saylı “miras əmlakdan pay bağışlama müqaviləsi”-nin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı deyil. Belə ki, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır. İddiaçıların özünün də məhkəmə iclasında bildirdiyi kimi onlar öz sərbəst iradə ifadələri ilə heç kəs tərəfindən məcbur edilmədən öz paylarından qardaşlarının xeyrinə imtina etmişlər. Lakin bildirirlər ki, paylarından şərt müqabilində yəni qardaşlarının onlara bir otaqlı ev alması müqabilində imtina etmişlər. Cavabdeh tərəfindən bu şərtə əməl edilmədiyindən onlar məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişlər. İddiaçıların dediyi kimi onlar arasında olan razılaşma şifahi şəkildə olmuş, bağışlama müqaviləsində bu şərt qeyd edilməmişdir. Yuxarıda qeyd edilən plenum qərarlarından da göründüyü kimi bağışlama müqaviləsi əvəzsiz müqavilədir, lakin bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hazırki halda isə iddiaçılar tərəfindən bağışlama müqaviləsinin hər hansı şərtlə və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlandığı sübut edilə bilmir. Ən əsası isə müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Odur ki, məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə sübut edilə bilmədiyindən və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilə bilməz.

22. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Hazırki halda iddiaçılar xx.xx.2020-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişlər.

23. İddiaçılar cavadehlə onun hər birinə 1 otaqlı ev alacağı barədə şifahi razılığa gəldiklərini iddia edirlər. Belə bir razılıq məhkəmə iclasında sübuta yetməsə də aralarında şifahi olaraq razılıq olmuş olsa belə cavabdeh mənzili alacağı barədə vədi 2020-ci ildə etmiş artıq 4 il keçmişdir. Əgər elə razılaşma olsa idi iddiaçılar daha əvvəl 1 il ərzində məhkəməyə müraciət etməli idilər. Göründüyü kimi iddiaçılar tərəfindən “miras əmlakdan payın bağışlanması müqaviləsi”-nin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.

24. Məhkəmə iddia tələbinin “həmin müqavilə əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, mənzil 49-a dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş xx.xx.2020-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi törəmə tələbdir və prosessual qənaət prinsipinə əməl edərək hesab edir ki, tələb bu hissədə də təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə məhkəmə qeyd edir ki, 06 fevral 2020-ci il tarixli bağışlanma müqaviləsi ləğv edilmədiyi üçün onun əsasında DƏDRX tərəfindən Cavabdeh verilmiş 27 fevral 2020-ci il tarixli çıxarış da ləğv edilə bilməz.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

26. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

Nəticə:

27. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “miras əmlakdan payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə tələbi rədd edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “miras əmlakdan payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar