Məhkəmə qərarları › İş №2(007)-1126/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1126/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1126/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Cavabdeh2 və onun vəkili X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzilə dair 27 noyabr 2010cu il tarixli müqavilədinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmərzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №li mənzilə mülkiyyət hüqüqu tanınmaqla, maneəsiz istifadəsinə verilməsinin Cavabdeh1 MMC-nin üzərinə vəzifə qoyulmasına dair qətramə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 12 fevral 2014-cü il tarixli Cavabdeh1 ilə bağlanılmış müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzili əldə etmişdir. Həmin mənzil üçün 283.500 (iki yüz səksən üç min beş yüz) manat pul vəsaitini cavabdehə ödəmiş və bununla əlaqədar olaraq ona cavabdeh tərəfindən 12 fevral 2014-cü il tarixli AXU № 130 kassa mədaxil orderi təqdim edilmişdir. Bundan sonra 03 mart 2016-cı il tarixli razılmaşmaya əsasən əldə etdiyi mənzil cavabdeh tərəfindən ona təhvil verilmiş və mənzilin giriş qapısının açarları təqdim edilmişdir. Bundan əlavə həmin mənzilə dair borcun olmadığı ilə bağlı 07 mart 2016-cı il tarixli maliyyə arayışı cavabdeh tərəfindən ona təqdim edilmişdir. Lakin, bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh əldə etdiyi mənzili digər bir şəxsə satmışdır. Bu məsələ ilə bağlı «İdeal-İ İnşaat» və Cavabdeh1 Məhdut Məsuliyyətli Cəmiyyətlərinin direktoru X5 və həmin Cəmiyyətlərinin təsisçisi X15 barələrində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi qaldırılmış, Azərbaycan Respublikası Baş Prokuroru yarında Korrupsiya qarşı Mübarizə İdarəsində ibtidai araşdırma aparılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılması üçün göndərilmişdir. Qeyd etdiyi cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Həmin cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X5 Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib, ümumilikdə 11 (on bir) il müddətinə, X11 Azərbaycan Respublikası CM- nin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdirlər. Qeyd etdiyi cinayət işi baxıldığı zaman müəyyən olmuşdur ki, iş üzrə 3-cü şəxs Cavabdeh2 əldə etdiyi mənzil üçün heç bir pul vəsaiti ödəməmişdir. Bu hal cinayət işi materiallarında öz əksini tapmışdır. Belə ki, cinayət işi materiallarından, həmin iş üzrə çıxarılmış hökmdən, təqsirləndirilən şəxslər Çingiz Məmmədov və İsa Məmmədovun ifadələri ilə müəyyən olunmuşdur ki, 2005-ci ildə "xxxx" MMC ilə Cavabdeh1 MMC-nin arasında podrat müqaviləsi bağlamış və Cavabdeh1 MMC-yə Bakı şəhəri, D.Əliyeva küçəsi 717-ci məhəllədə 1-bloklu hündür mərtəbəli binanın tikintisi həvalə edilmişdir. Həmin bina 17 mərtəbədən və 60 mənzildən ibarət olmuş, «İdeal-İ İnşaat» və Cavabdeh1 MMC-lərin adından bağlanılmış bütün müqavilələri, Çingiz Məmmədov imzalamış, Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. 2010-cu ildə Çingiz Məmmədov və Rasim Məmmədov arasında D.Əliyeva küçəsi 717-ci məhəllədə olan binanın 14 mənzilin hər kv.m. 1.900 manata satılmasına dair müqavilə bağlanılmış, həmin ərəfədə Rasim Məmmədov tikinti işləri ilə məşğul olduğuna görə iki il müddətinə həmin mənzillərin pulunu ödəyəcəyinə söz vermişdir. X12 adına imzalamış müqavilələr əsasında Cavabdeh1 MMCyə hər harısı bir məbləğdə pul ödəməmiş, Rasim Məmmədovun 13 nəfər şəxsə, o cümlədən Cavabdeh2 (hazırki iş üzrə 3-cü şəxs) borcu olduğuna görə mənzillər qeyd edilən şəxslərin adlarına sənədləşdirilmişdir. Həmin 13 nəfər şəxslərdən, o cümlədən Cavabdeh2, təqsirləndirilən şəxs Çingiz Məmmədov pul almadan kassamədaxil qəbzləri vermiş, Rasim Məmmədov həmin mənzillərin, o cümlədən hazırki iş üzrə mübahisəli mənzilin, hər kv.m. üçün 1.900 (bir min doqquz yüz) manat pul ödəyəcəyini vəd etsə də, mənzillərin dəyərini 2014-cü ilin noyabr ayınadək ödəməmişdir. Həmin 13 nəfər şəxsin, həmçinin X8 da adına 27 noyabr 2010-cu il tarixli mənzilə dair Cavabdeh1 MMC-i ilə müqavilə bağlanılsa da, faktiki həmin şəxslər Cavabdeh1 MMC-nin kassasına pul ödəməmiş, adlarına kassa mədaxil qəbzləri verilmişdir. X10 pulunu ödəmədiyinə görə Çingiz Məmmədov mənzilləri 2013-cü ildən başlayaraq digər şəxslərə, o cümlədən ona sataraq, pulu MMC-nin kassasına mədaxil etmişdir. Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, tərəfindən mübahisəli mənzilin payını tam ödəməklə, o, həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq eyd etdi ki, mübahisəli mənzili Cavabdeh1 MMC ilə bağladığı 27.11.2010-cu il tarixli müqavilə əsasında almışdır. Mənzili aldıqdan sonra həmin mənzilə qaz sayğacı, su sayğacı quraşdırılmış və həmin müqavilələr də onunla bağlanmışdır. Mənzilin İddiaçı satılması isə tam qanunsuz olmuşdur. Göstərdiyi bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmündə də öz əksini tapmışdır. Göstərdiklərinin nzərə alınmsaını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili X9 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 MMC-nin təsisşisi faktiki rəhbəri X15 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək mübahisəli 10 №-li mənzilin Cavabdeh1 MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 43.200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə İddiaçı 283.500 manata qanunsuz satmışdır. Həmin mənzilin İddiaçı adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri tərtib edilmişdir. Qeyd etdiyi hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmündə əks olunmuşdur. Ona görə də hesab edir ki, iddi tələbi əsassızdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi X1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia təlbəbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzil İddiaçı satılmışdır. - Cavabdeh1 MMC-nin 12 fevral 2014-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı həmin tarixli müqavilə üzrə 283 500 manat məbləğində ödəniş etmişdir. - Cavabdeh1 MMC tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı 12 fevral 2014-cü il tarixli müqavilə üzrə şirkətə heç bir borcu qalmamışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 1(101)-150/2018 nömrəli hökmünün surətindən görünür ki, qeyd edilən vəzifədə işləyərkən, Cəmiyyətin təsisşisi-faktiki rəhbəri X15 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni niyyətlə, göstərilən yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 210 kv.m. olan 10 №-li mənzilin Cavabdeh1 MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 43.200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə İddiaçı 283.500 manata qanunsuz satıb, Cəmiyyətin qeyd olunan ünvandakı ofisində həmin pul vəsaitini alaraq, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, sonuncuya məxsus külli miqdarda özgə amlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra qanunsuz əməllərini davam etdirməklə həmin mənzilin İddiaçı adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 12.02.2014-cü il tarixli 117 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və 283.500 manat ödəməyi barədə həmin tarixli AXU № 130 nömrəli mədaxil qəbzini tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmim hökmlə həmçinin, 27 noyabr 2010-cu il tarixli 33 nömrəli çoxmənzilli yaşayış binsında fərdi mənzil tikintisi haqqında müqavilənin nəzərə alınması və zərərçəkmiş şəxs İddiaçı tərəfindən qaldırılmış mülki iddia Cavabdeh1 MMC ilə bağlanmış 12.02.2014-cü il tarixli müqavilə üzrə ona təhvil verilməli olan, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №li mənzilin ona dəymiş maddi zərərin əvəzi kimi İddiaçı faktiki mülkiyyətinə verilməsi hissədə temin edilməməsi, mənəvi ziyana görə 50.000 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər X2 və X7 alınaraq zərərçəkmiş şəxs X3 verilməsi hissədə baxılmamış saxlanılması və ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi hökm edilmişdir. Həmin hökmün mülki iddia tələbinə aid hissədə İddiaçı şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 1(103)-44/2019 nömrəli qərarına əsasən, zərərçəkmiş şəxs İddiaçı aid hissədə mülki iddia mənəvi ziyana görə 50 000 manat məbləğində pul vəsaiti X5 və X7 alınaraq zərərçəkmiş şəxs İddiaçı verilməsinin baxılmamış saxlanılması hissəsi ləğv edilmiş və mülki iddia mənəvi ziyana görə 1.000 (min) manat məbləğində pul vəsaiti X5 və X7 alınaraq zərərçəkmiş şəxs İddiaçı verilməsi, mənəvi ziyan qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayt Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunan maddi normanın tələbindən çıxış edən məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 1(101)-150/2018 nömrəli hökmü hazırki mülki iddiaya baxarkən preyudisial qüvvəyə malik olmaqla, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən, MMCnin təsisşisi faktiki rəhbəri X15 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni niyyətlə, mübahisəli 10 №-li mənzilin Cavabdeh1 MMC ilə bağlanmış 27.11.2010-cu il tarixli müqavilə ilə 43.200 manata Cavabdeh2 satıldığını bildiyi halda, göstərilən mənzili yenidən 12.02.2014-cü il tarixdə İddiaçı 283.500 manata qanunsuz satıb, Cəmiyyətin qeyd olunan ünvandakı ofisində həmin pul vəsaitini alaraq, öz aralarında bölməklə, özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, sonuncuya məxsus külli miqdarda özgə amlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra qanunsuz əməllərini davam etdirməklə həmin mənzilin İddiaçı adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri 12.02.2014-cü il tarixli 117 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və 283.500 manat ödəməyi barədə həmin tarixli AXU № 130 nömrəli mədaxil qəbzini tərtib edib, imzası və möhürü ilə təsdiq edərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmim qərarda həmçinin, 27 noyabr 2010-cu il tarixli 33 nömrəli çoxmənzilli yaşayış binsında fərdi mənzil tikintisi haqqında müqavilənin nəzərə alınması hökm edilmişdir. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə mübahisəli mənzilin 27.11.2010-cu il tarixli müqavilə ilə Cavabdeh2 satıldığı, sonradan isə qanunsuz olaraq İddiaçı satıldığı və onun adına saxta sənədlər tərtib edildiyi müəyyən edilmişdir, hansı ki, həmin hökm hazırki mülki işə baxarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 arasında mübahisəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilənin etibarsız hesab olunması üçün heç bir mötəbər sübut növünü təqdim etməmişdir. Əksinə olaraq iş materilları ilə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair bağlanmış 27 noyabr 2010-cu il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər daxilində bağlandığı müəyyən olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzilə dair qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 27 dekabr 2018-ci il tarixli akt, su sayğaclarının qəbulu haqqında 27 dekabr 2018-ci il tarixli akt, qazın alqı-satqı müqaviləsi barədə 10 dekabr 2019-cu il tarixli müqavilə də Cavabdeh2 arasında bağlanmışdır. Göstərilənlərə əsasən, iddia tələbi “mübahisəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilədinin etibarsız hesab edilməsi” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbinin “mübahisəli mənzilə mülkiyyət hüqüqu tanınmaqla, maneəsiz istifadəsinə verilməsinin Cavabdeh1 MMC-nin üzərinə vəzifə qoyulması” hissəsi törəmə tələblərdir. Belə olan halda əsas iddia tələbi olan “mübahisəli mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilədinin etibarsız hesab edilməsi” hissəsi təmin edilmədiyindən, iddia tələbi qalan hissədə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2naqarşı “Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzilə dair 27 noyabr 2010-cu il tarixli müqavilədinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmərzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4otaqlı, 210 kv.m. olan 10 №-li mənzilə mülkiyyət hüqüqu tanınmaqla, maneəsiz istifadəsinə verilməsinin Cavabdeh1 MMC-nin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №-li mənzilə dair 27 noyabr 2010cu il tarixli müqavilədinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində çoxmərzilli yaşayış binasının 5-ci mərtəbəsində, 4-otaqlı, 210 kv.m. olan 10 №li mənzilə mülkiyyət hüqüqu tanınmaqla, maneəsiz istifadəsinə verilməsinin Cavabdeh1 MMC-nin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar