Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1130/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4177/2021 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmiş və Cavabdeh ilə onun arasında 02 oktyabr 2016-cı il tarixdə 1 saylı Bakı Asan Xidmət X4 bağlanıbmış və 1891 nömrə ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 08 avqust 2017-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılması, Cavabdeh 08 avqust 2017-ci il təvəllüdlü X1 üçün 04 oktyabr 2021 -ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir.Hazırki dövrə qədər cavabdeh öz uşaqlarının saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də alimentin artırılması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir. «Mediyasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2 maddəsinə əsasən ilkin mediyasiya sessiyasında iştirak etmişdir və bu barədə məhkəməyə arayış da təqdim edir. Qeyd olunanlara əsasən 08 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, məhkəmə tərəfindən müəyyən olunmuş 175 manat alimenti ödəyir. O, valideyindəri ilə yaşayır və onlara baxır, onların həyat şəraitini təmin edir. Onun aylıq əmək haqqı cəmi 630 manat təşkil edir. Aliment 220 manata qalxsa valideyinlərinə baxa bilməycək, özünün yaşayışımı təmin edə bilməcəyək. Ona görə də, xahiş edir iddia tələbi təmin olunmasın. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4177/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin olunmuş, tərəflər arasında bağlanmış nikahın pozulması,nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 08 avqust 2017-ci il təvəllüdlü X3 anası X2 yanında saxlanılması, Cavabdeh 08 avqust 2017ci il təvəllüdlü X1 üçün 04 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X6 və Göndərilməsi Bazasından verilmiş 15 mart 2023-cü il tarixli arayışdan görünür ki,Cavabdeh əmtəə operatoru vəzifəsində işləyir,aylıq əmək haqqı 630.60 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və iddiaçı X2 himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4177/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalı, Cavabdeh 08 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-4177/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmaqla, Cavabdeh 08 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1130/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1130/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver