Məhkəmə qərarları › İş №2(007)-1150/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1150/2024

15.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1150/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilə aid G-4 markalı 1202AQ**********7 nömrəli (smart sayğac) qaz sayğacı mənzildən kənarda blokda pilləkən meydançasında yerləşdirilib. xx.xx.2023-cü il tarixdə sayğac cavabdehin əməkdaşları tərəfindən çıxarılaraq aparılıb. Köhnə sayğac açılarkən lazımi tədbirlər görülməyib. Sayğac qutuya yerləşdirilməli, onun və qarşı tərəfin imzası ilə təhvil alınmalı, qutuya yerləşdirilərək plomblanmalı idi. Laboratoriyada da onun iştirakı ilə açılaraq yoxlama keçirilməli idi. Sayğac Cavabdeh X2 Departamentində dövlət yoxlamasından keçirilib və sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-9188/Q001 saylı aktına əsasən “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, saycağın yaddaş arxivi oxundu sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb, sayğac istismara yararsızdır” məzmununda rəy verilib. Həmin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-9188/Q001 saylı akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilib. Akta əsasən qaz sayğacının zədələnməsi nəticəsində 360 m3 itirilmiş qazın həcmi müəyyənləşdirilib və 43,20 manat borc yazılıb. Aktda istehlakçı kimi onun mərhum atası Üzeyir Vəlizadə göstərilib. xx.xx.2023-cü il tarixdə aktın əsassız olması, borcun araşdırılması barədə ərizə ilə Bakı Regional Qazın Satışı Departamentinə müraciət edib. Bakı Regional Qazın Satışı Departamenti özünün 11 yanvar 2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 4.9-cu bəndinə istinad edərək sayğacda olan nasazlıqların onun təqsiri üzündən bas verdiyini bildirilib. Qaz sayğacında müəyyən edilmiş nöqsan ondan asılı olmayan səbəblərdən baş verib. Sayğac yuxarıda qeyd etdiyi kimi onun mənzilindən kənarda, blokda pilləkən meydançasında yerləşir. Həmin nöqsan sayğacın istismar müddətinin keçməsi nəticəsində də yarana bilər. Amma cavabdeh əsassız olaraq sayğacda baş vermiş nasazlığı məlum olmayan səbəblərdən onun təqsiri üzündən baş verdiyini bildirir və tam qanunsuz olaraq ona borc hesablayır. Halbuki, yuxarıda istinad olunan normalara əsasən də fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Maraqlıdır ki, onun mənzilindən kənarda yerləşən sayğacın saz vəziyyətdə saxlanılmasına o, necə nəzarət edə bilər. Sayğac xüsusi qutuda yerləşir. Ona necə müdaxilə oluna bilər. X6 İdarəsinin məsul işçisi də onun şifahi şikayətinə cavab olaraq sayğacın istismar müddətinin keçməsi ilə bağlı nasaz olduğunu bildirməsinə baxmayaraq, ona nə üçün isə borc hesablanmış və qanunsuz akt yazılıb. Qeyd edilənlərə əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 43,20 (360 m3 qaz) manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* saylı xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 43,20 (360 m3 qaz) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac blokda, onun mənzildən kənarda yerləşir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MSK-14-2-2/3-5-9188/Q001 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama zamanı Nizami rayonunda yerləşən 1202AQ**********67 zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: sayğaca ümi baxış keçirildi. Sayğacın hesablama mexanızmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır; - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-9188/0001 nömrəli MSK-ya əsasən 1202AQ**********7 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablanma mexanizmi keşən qazın həcmini qeyd etmir. Dəymiş ziyan hesablansın və ödənilsin. - Bakı RQSD-nin QB və SŞ-nin Nizami XS-i üzrə qrup rəhbəri Seyidov Vüsal, mühəndis Rövşən Həsənov, nəzarətçi Hacıbala Musayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X3na məxsus Nizami rayonu, Rüstəmov küçəsi, ev 58, mənzil 40 ünvanına quraşdırılmış G-4 markalı 1202AQ **********7 №-li İtron tipli qaz sayğacı (AKT № ********) xx.xx.2023-cü il tarixində xətdən çıxarılmış növbəti dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğac yoxlanılmış əhali qaz sayğacının yoxlanması haqqında AKT № 14-2-2/3-5-9188/Q001 nömrəli akt tərtib olunmuşdur, Tərtib olunan akta əsasən X3na oğluna məxsus Nizami rayonu, Rüstəmov küçəsi, ev 58, mənzil 40 (kod: **********00400) Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunaraq 360 m3 dəymiş ziyan hesablanmışdır. X1 tərtib olunan aktla tanış olması və imzalanması üçün mənzilə gedilib, lakin qapı açılmamışdır. Bu səbəbdən tərtib olunan aktın 1 nüsxəsi mənzilin qapısına qoyulmuşdur. - Abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında X3 adlı abonentə xx.xx.2023-cü il tarixdə Zenner G2.5T Mexanika markalı, **********4 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00400-dir. Abonentə 2023-cü ilin dekabr ayında 43,20 manat borc hesablanmışdır. - Bakı Regional Qazın Satış Departamenti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 2 ünvanında quraşdırılmış G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilmək üçün xx.xx.2023-cü il tarixində öncədən ödənişli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan qaz sayğacı “ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya institutunun nümayəndəsi) nəzarəti altında “Azəriqaz" İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023cü il tarixli 14-2-2/3-5-9188/Q001 saylı aktına əsasən, sayğaca ümuni baxış keçirildi sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir sayğacın yaddaş arxivi oxundu sayğacca istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb sayağc istismara yararsızdır rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifada Qaydalarının (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş zədələnmiş qaz “Qaz paylayıcsı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi"nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 360 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Nizami rayonu, Rüstəmov küçəsi, ev 58, mənzil 40 ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan başqa, MSK-14-2-2/3-5-9188/Q001 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlaması zamanı Nizami rayonunda yerləşən G4 markalı İtron tipli qaz sayğacın hesablama mexanizmi keçən qazın həcminin qeyd etmədiyi, sayğacın yaddaşının arxiv olunduğu, sayğacda istismar müddətdində ALARM-1 rejimi aşkar olunmadığı, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İddiaçıya 360 m3 qaz sərfiyyatına görə borc kimi 43,20 manat hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkmə qeyd edir ki, Nizami rayonu, Rüstəmov küçəsi, ev 58, mənzil 40 ünvanında quraşdırılmış qaz sayğacı üzrə abonent X3 olsa da, həmin şəxs vəfat etmişdir. Adıçəkilən ünvan onun oğlu, yəni hazırkı iş üzrə iddiaçının mülkiyyətində olmaqla, qazdan faktiki olaraq iddiaçı istifadə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı mənzildən kənərda, binada quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1.4.5-ci maddəsinə əsasən qanuna aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilmişdir: “8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Qeyd edilənlərə əsasən hazırkı iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və hesab edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə (Abonent kodu: **********00400) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli (MSK-14-2-2/3-5-9188/Q001) akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 43,20 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanı üzrə (Abonent kodu: **********00400) Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli (MSK-14-2-2/3-5- 9188/Q001) akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 43,20 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar