Məhkəmə qərarları › İş №2(007)-1160/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1160/2021

04.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1160/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 01.01.1934-cü ildə Ermənistan SSR Qukasyan rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. X2 25 dekabr 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Atasının ölümü 1 saylı Bakı Asan Xidmət X16 28.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır. X1 22 may 2008-ci il tarixdə ölmüşdür. Atasının rəsmi nikahından ondan başqa, X4, Allahverdiyeva (Məmmədova) Şuraya Sayat qızı adlı dörd uşaqları anadan olmuş və onlarla aralarında miras əmlakla bağlı mübahisə yoxdur. Atasından miras qalmış daşınar və daşınmaz əmlak olmadığından, qanunvercilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbul edilməsi üçün Notariat Ofisinə müraciət etməmişdir. Lakin atasının vəfatından əvvəl işlədiyi "Daşkəsən" dəmir filizi və filizsaflaşdırma zavodunda işləmiş və iş zamanı xəsarət aldığından ona aylıq pensiya təyin edilmişdir, lakin atası sağlığından həmin məbləğləri ala bilmədiyindən, təyin edilmiş pensiyanın hesablanmış və ödənilməmiş hissəsi qalmışdır. Hal-hazırda ödənilməmiş pensiyaların ödənilməsi həyata keçirildiyindən, atasına təyin edilmiş pensiyanın ödənilməsi ilə bağlı "Daşkəsən" dəmir filizi və filizsaflaşdırma zavoduna müraciət etsə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmadığından, həmin məbləğin onlara ödənilməsini təmin etmək mümkün olmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 28 dekabr 2020-ci il tarixli b-54 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 25 dekabr 2017-ci il tarixdə ölmüş X9 qanun üzrə birinci növbəli vərəsəsi o, 2 bacısı və qardaşından ibarətdir. Hüquqi savadı olmadığından və atasının ödənilməmiş müavinət və pensiyaların miras əmlak olmasını bilmədiyindən, X2nun vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. X17 tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzürlü sayılmalı və müddət uzadılmalıdır. Qeyd olunanlara əsasən 25 dekabr 2017-ci il tarixdə ölmüş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 30 saylı notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il tarixdə Daşkəsən şəhərində anadan olan İddiaçı evlidir, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 12/2 qeydiyyatdadır. İş materiallarında olan AR ƏN Bakı şəhəri 30 saylı xüsusi notariat kontorunun vətəndaş İddiaçı ünvanlanmış cavab məktubunda qeyd olunur ki, 25.12.2017-ci il tarixdə vəfat etmiş atanız X9 adına açılmış vərəsəliyin qəbul edilməsi müddəti ötürülmüşdür. Vərəsəliyin qəbul müddətinin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan AZ seriyalı 354794 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.1963-cü il təvəllüdlü İddiaçı anadan olmuşdur. Ata qrafasında X10, ana qafasında isə X3 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 916030 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 25.12.2017-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 28.12.2017-ci il tarixdə 2130 nömrəsi ilə qeydiyyat aparılmışdır. Ölümün səbəbi düz bağırsağın problemi olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 303052 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 22.05.2008-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 27.05.2008-ci il tarixdə 486 nömrə ilə qeydiyyat aparılmışdır. Ölümün səbəbi ürək damar çatışmazlığı olmuşdur. İş materiallarında olan İ-İE seriyalı 987688 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 19.01.1961-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ata qrafasında X10, ana qafasında isə X3 qeyd olunmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki, mərhum X10 iddiaçının doğma atasıdır. X10 25.12.2017ci il tarixdə vəfat etmişdir. X10 işlədiyi "Daşkəsən" dəmir filizi və filizsaflaşdırma zavodunda işləmiş və iş zamanı xəsarət aldığından ona aylıq pensiya təyin edilmişdir, lakin sağlığından həmin məbləğləri ala bilmədiyindən, təyin edilmiş pensiyanın hesablanmış və ödənilməmiş hissəsi qalmışdır. 25.12.2017-ci ildə Bakı şəhərində ölmüş X9 qanun üzrə birinci növbəli vərəsəsi iddiaçı, bacıları və qardaşından ibarətdir. İddiaçı qardaşı X7 ilə və bacıları ilə aralarında miras əmlakla bağlı mübahisə yoxdur. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 29 dekabr 2020-ci il tarixli 654 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mirasın qəbulu barədə ərizə üzürlü səbəblərdən gec verilmişdir. Belə ki, iddiaçının hüquqi savadı olmadığından atası X8 vəfatından 6 ay müddətində notariat kontoruna müraciət etməli olduğu barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, 25 dekabr 2017-ci il tarixdə ölmüş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət İddiaçı aid uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin olunsun. 25 dekabr 2017-ci il tarixdə ölmüş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar