Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1167/2024 26.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinun, Maraqlı şəxsnın iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə qurub, nikahlarını xx.xx.2013-ci il tarixində rəsmiləşdiriblər. Rəsmi nikahlarından xx.xx.2014-ci il təvəllüdlü X5 anadan olub. Uşaq hazırda onun himayəsindədir. Maraqlı şəxslə münasibətləri normal olsa da, sonradan ona və uşağa qayğı göstərməməsi onların ailəsinin faktiki dağılmasına səbəb olub. Aliment, əlavə xərclər və sair tələblə əlaqədar mediasiya təşkilatına müraciət edilib və xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01547 saylı "Barışıq Sazişi" ilə aralarında olan mübahisələrə aydınlıq gətirilib və rəsmi nikahlarından anadan olmuş xx.xx.2014-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin ona verilməsi barədə razılığa gəliblər. Lakin artıq 11 aya yaxın vaxt keçsə də, Maraqlı şəxs valideyin kimi üzərinə düşən öhdəliyi icra etmir və barışıq sazişinin şərtlərinə əməl etmir. O, valideyinlik borcunuda yerinə yetirmir və aliment ödəmir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs artıq keçen ilin mart ayından aliment ödənişlərini dayandırıb. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, o, son beş aydır ki, aliment ödənişlərini etmir. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 19 mart 2014-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-2751/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, Maraqlı şəxs məhkəməyə müraciət olunduğu 2017-ci il aprelin 11-dən başlayaraq 19 mart 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 10 avqust 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs 19 mart 2014-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu Saziş bağlandığı gündən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay 230 manat sabit pul məbləğində alimenti müvafiq ayın sonuncu gününədək X4 adına açdırdığı bank hesabına (karta) ödəməyi, 19 mart 2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək “Yaşayış minimumu haqqında'’ Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş (2023-cü il üçün 220 (iki yüz iyirmi) manat) məbləğ artarsa (230 manatdan artıq olarsa), ödəniş günü üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdə pul vəsaitini Ərizəçi adına açdırdığı bank hesabına (karta) ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 10 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 10 avqust 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 10 avqust 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, Maraqlı şəxs 19 mart 2014-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu Saziş bağlandığı gündən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay 230 manat sabit pul məbləğində alimenti müvafiq ayın sonuncu gününədək X4 adına açdırdığı bank hesabına (karta) ödəməli, 19 mart 2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək “Yaşayış minimumu haqqında'’ Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş (2023-cü il üçün 220 (iki yüz iyirmi) manat) məbləğ artarsa (230 manatdan artıq olarsa), ödəniş günü üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdə pul vəsaitini Ərizəçi adına açdırdığı bank hesabına (karta) ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İş materialları ilə müəyyən edilir ki, məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 140 manat aliment tutulmuş, hazırkı barışıq sazişi ilə tərəflər alimentin miqdarını artırmışlar. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 100 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 10 avqust 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Maraqlı şəxs 19 mart 2014-cü il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu Saziş bağlandığı gündən, yəni 10 avqust 2023-cü il tarixdən hesablanmaqla uşaq yetkinlik yaşına çatanadək hər ay 230 manat sabit pul məbləğində alimenti müvafiq ayın sonuncu gününədək X4 adına açdırdığı bank hesabına (karta) ödəsin.
2. 19 mart 2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək “Yaşayış minimumu haqqında'’ Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş (2023-cü il üçün 220 (iki yüz iyirmi) manat) məbləğ artarsa (230 manatdan artıq olarsa), ödəniş günü üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş məbləğdə pul vəsaitini Ərizəçi adına açdırdığı bank hesabına (karta) ödəsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva