Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1169/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X16 Mirzəyevin sədrliyi, X6 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" MTK-nın cavabdeh Süleymanov Ravı̇ l Fəxrəddı̇ n oğluna, Cavabdeh3̇ oğluna və Cavabdeh2 Fəxrəddı̇ n qızına qarşı əlavə yaşayış sahəsi verilməklə, mənzildən çıxarılma, müvəqqəti yaşamaq üçün kirayə haqqı ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə ilk iddia tələbinə, İddiaçı X5 cavabdeh "xxxx" MTK-nə qarşı sökülmüş mənzilin bərpa olunması,evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ünvanda sökülmüş evin yerində yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK-nın cavabdeh Süleymanov Ravı̇ l Fəxrəddı̇ n oğluna, Cavabdeh3̇ oğluna və Cavabdeh2 Fəxrəddı̇ n qızına qarşı əlavə yaşayış sahəsi verilməklə, mənzildən çıxarılma, müvəqqəti yaşamaq üçün kirayə haqqı ödənilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə ilk iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddianın həcminin artırılması barədə ərizə vermişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbi onunla əsaslandırdı ki,Bakı şəhəri İcra Hakimiyyət Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək,yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında “Karayev Sitiy" MTK-nın istifadəsinə verilib. Qeyd olunan sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 28 saylı binaya Bakı Şəhəri İcra Hakimiyyətinin,Bakı Şəhəri Mənzil Kommunal Departamentinin,Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə X7, .Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə texniki baxış keçirilib və müəyyən edilib ki, yuxarıda göstərilən binanın istismar müddəti bitib,texniki vəziyyəti qeyri-qənaətbəxşdir,şəhərsalma və tikinti normalarına cavab vermir.Həmin sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən "Karayev Sitiy MTK"xxxx"Karayev Sitiy MTK" ilə 28 saylı binada yaşayan bütün sakinlər arasında onlara məxsus mənzillərin sökülməsi, həmin sahədə tikiləcək yüksəkmərtəbəli binada onlara daha geniş və abad mənzillərin verilməsi barədə razılıq əldə olunub.Lakin sahəsi cəmi 48 kv.m olan 4 saylı mənzilin mülkiyyətçisi X2 dəfələrlə yazılı və şifahi təkliflər göndərilsə də "xxxx" MTK ilə danışıqlara gəlmir.Hüquqdan sui-istifadə edərək MTK-dən fantastik məbləğ tələb edir (təqribən 500000 manat). O, mənzilini tam boşaldıb, mənzildəki bütün əşyalarım yığaraq aparıb. Mənzilin qapı və pəncərələri açıq vəziyyətdədir. Pəncərələrin şüşələri уoxdur.Mənzildə onun hər hansı bir əşyası qalmayıb.Uzun müddəidir ki, özü və ailəsi qeyd olunan mənzildə yaşamır.Bunu təsdiq edən 09 fevral 2022-ci il tarixli akt vardır.Həmin akt Bakı şəhər 120 saylı MKİS-nin sədri S.Allahverdiyevin, Bakı şəhəri Nizami RPİ-nin sahə müvəkkilləri A.Sadıqovun və C.Həmidovun, "Karuyev Sitiy” MTK-nın mühasibi C.Məmmədovun, sakinlər N.Abuzərlinin,F.Mirzəyevin iştirakı ilə 4 saylı mənzilə baxış zamanı tərtib olunub və həmin şəxslər aktı imzalayıblar.MTK tərəfindən X2 01 fevral 2022-ci il tarixdə 208 saylı rəsmi məktub göndərilib ona təklif olunub ki, mülkiyyətində olun 48 kv.m yaşayış sahəsinin əvəzinə daha geniş sahəsi olan mənzil veriləcək.Buna baxmayaraq X3 bu məktubu da cavabsız qoyub. MTK ilə heç bir əlaqə saxlamayıb.Bundan başqa, 8 saylı mənzilin sahibi Cavabdeh3 Şəfi oğlu da ona məxsus olan mənzildən köçüb gedib.Lakin MTK-nin yüksəkmərtəbəli, geniş və abad yaşayış binası tikmək üçün göstərdiyi fəaliyyətə maneçilik törədir Mənzildə qəsdən bir-neçə yararsız əşya saxlamaqla mənzili boşaltmaqdan imtina edir. Artıq MTK ilə razılığa gələn binanın digər sakinləri haqlı olarq öz narazılıqlarını bildirirlər ki, iki sakinə görə binanın tikinti işlərinə başlanmaması onların qanunla qorunan hüquqlarını pozur. Belə ki, onlar qısa bir müddət ərzində daha geniş və abad mənzillə təmin olmaq ümidlərini cavabdehin qanunazidd hərəkətləri nəticəsində getdikcə itirməkdədirlər. Bundan başqa, tikintiyə gec başlanması sayəsində "xxxx" MTK-ya külli miqdarda ziyan dəyir. Belə ki, MTK mənzillərini tərk edən sakinlərin kirayə haqlarını ödəyir. Tikinti materiallarının qiyməti durmadan artır və hər gecikdirilən gün şirkətə daha çox ziyan dəyir.Ona görə də məhkəməyə müraciət elmək qərarına gəlmişlər.Həm 4 saylı,həm də 8 saylı mənzildə cavabdehlər yaşamadıqları üçün hal-hazırda onların mənzildən çıxarılması aktual məsələ deyil. Lakin cavabdehlər süni olaraq mənzildə istifadə hüququnu saxlamaqla,ara-sıra əraziyə gəlib-getməklə və onların istədiyi məbləğ verilməsə ərazidə yüksək mərtəbəli binanın tikilməsinə maneçilik törədəcəyini bildirməklə sakinlər arasında təbliğat aparırlar.Tikinti işlərinə başlamağa imkan vermirlər. Qarlışıqlı iddia ərizəsi tamamilə əsassızdır. Əsassız olmaqdan əlavə qeyd olunan iddia mümkünsüzdür. Belə ki, qarşı tərəf tələb edir ki, onların mənzili əvvəlki vəziyyətə gətirilsin. Təsəvvür edib, bir binanın bütün sakinləri razılıq evirb binanın sökülməsinə etiraz etməyiblər, lakin bir nəfər şəxs öz sökülmüş mənzilinin yerinə binanın bərpa olunmasını tələb edir. Bu absurd iddiadır. Qeyd olunanlara əsasən ünvan 1 ünvandakı 4 saylı mənzilin mənzilin mülkiyyətçisi Cavabdeh1 və 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20 % əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər birinə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməsi,qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə iş baxılarkən X12 "xxxx" MTK-nin üzərinə ona məxsus mənzilin və bütün komunikasiya xətlərinin bərpa olunması vəzifəsinin qoyulması,barədə qarşılıqlı iddia vermişdir. Sonradan qarşılıqlı iddiaya əlavə verilmişdir. 18 aprel 2022-ci il tarixdə, keçirilən məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki,ilk iddia tələbində göstərilənlərlə razı deyil. Belə ki, Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1997-ci ildə atası Cavabdeh3 Şəfi oğluna verilmiş Qeydiyyat Vasiqəsinə əsasən o,Bakı şəhəri,Nizami rayonu, K.Balakişiyev küçəsi ev 28-də ümumi sahəsi 40,50 kv. metrdən ibarət olan 8 saylı mənzilin mülkiyyətçisidir.Həmin mənzildə əlil X17 iki uşağı X13 və X14 ilə birlikdə yaşayır. Bakı şəhəri İca Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli,154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamında qeyd olunub ki, "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunan 128999 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının 1-ci bəndində qeyd olunub ki, “...yaşayış binalarının tikintisinin ləyihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilsin”.Həmin sərəncamın 1.1-ci yarımbəndində qeyd olunub ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi,sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə görə İddiaçı tərəfindən qarşılıqlı razılıq əsasında həll edilməlidir.Cavabdeh yalnız orada yaşayış bütün sakinlərin razılığını aldıqdan sonra binanın sökülməsinə başlamağa haqlıdır.Belə razılıq olmadıqda onun binanı sökmək hüququ yoxdur.Beləliklə, hətta bir tərəfin razılığı olmadığı halda sakinlərin məcburi qaydada köçürülməsi qanunsuzdur.Bundan əlavə yaşayış evinin altında olan torpaq sahəsi dövlət tərəfindən həmin binada yaşayan sakinlərin müddətsiz istifadəsinə verilib.Odur ki, həmin sahənin mülkiyyətçisi cavabdeh İddiaçı MTK deyil, dövlətdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-22/2022 saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamının icra olunmasına ərazidə inşa edilməli olan yüksəkmərtəbəli yaşayış binasının tikinti işlərinin aparılmasına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin hərəkətlərin davam etdirilməsinin cavabdehlərə qadağan edilməsi qərara alınıb.Cavabdeh həmin qərardaddan sui-istifadə edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 şəxsi mülkiyyət hüququ əsasında məxsus olan, birinci mərtəbədə 4 saylı və ikinci mərtəbədə 8 saylı mənzilləri bu ilin 04 martında onlar mənzillərinizdə olmadıqları vaxtda İddiaçı ev əşyalarını çölə çıxararmış, 06 martda isə mənzilləri tamamilə dağıtmışdır. Bu barədə 06 mart 2022-ci ildə cavabdeh tərəfindən tərtib edilən aktdan görünür ki, mülkiyyətçilərin “X1 və Cavabdeh3 mənzilləri boşaltmaqdan və təhvil verməkdən imtinasına görə 4 və 8 saylı mənzillər sökülüb. Akt tərtib olunarkən mənzillərdən çıxarılan əmlakın adları göstərilməyib. Bununla da, onların başda Konstitusiya və digər Qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulub. Odur ki, qeyd olunanları nəzərə alıb, mənzilin bərpa olunması,evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ünvanda ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin əvəzinə yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3,eləcə də Süleymanov Ravı̇ l Fəxrəddı̇ n oğlu, Cavabdeh2 Fəxrəddı̇ n qızı məhkəmə iclsının vsxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş,bunun səbəbləri barəd məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia təmin,qarşılıqlı iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının məzmunundan görünür ki, "xxxx"MTK-nin xx.xx.2014-cü il tarixli 01 saylı müraciəti nəzərə alınmış,Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi həmin MTK-nin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında təsdiq olunmuş 14/102 saylı ayrıc aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə "xxxx"MTK 1.9276 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 104 saylı sərəncamının məzmunundan görünür ki, "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli 173 saylı müraciəti və "xxxx"MTK-nin xx.xx.2018-ci il tarixli razılıq məktubu nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində, 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir. 10 fevral 2016-cı il aktın məzmunundan görünür ki,Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 28 saylı binaya 10 fevral 2016-cı il tarixdə texniki baxış keçirilib.Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1953-cü ildə inşa olunub,iki mərtəbəli,12 mənzillidir,bəzi hissələrdə çatlar var,yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, istismar müddəti bitib, texniki vəziyyəti qeyriqənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Bakı şəhər 120 saylı MKİS-nin sədri S.Allahverdiyevin, Bakı şəhəri Nizami RPİ-nin sahə müvəkkilləri A.Sadıqovun və C.Həmidovun, "Karayev City” MTK-nın sədri E.İsmayılovun,mühasibi C.Məmmədovun,hüquqşünası Vəkil sakinlər N.Abuzərlinin,F.Mirzəyevin iştirakı ilə tərtib olubnuş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, “Bakı şəhəri İcra Hakimiyyət Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi “Karayev Sitiy" MTK-ya həvalə olunub.Lakin K.Balakişiyev küçəsində yerləşən 28 saylı bina sakinlərindən 2 nəfər,yəni 4 saylı mənzilin mülkiyyətçisi X4 və 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 mənzili boşaldıb təhvil verməkdən imtina etmişlər.Qeyd olunan mənzillərdə normal yaşayış şəraitinin olmaması,mənzillərin qapı və pəncərələrin olmaması, onlar tərəfindən aktlaşdırılmışdır.Nizami Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktı ilə Cavabdeh3 mənzilində olan əşyalar Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında aktlaşdırılaraq saxlanması üçün onlara təhvil verilmişdir.xx.xx.2022-ci ildə "Karayev City” MTK tərəfindən K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın söküntüsünə başlanılmış və xx.xx.2022-ci ildə söküntü işləri başa çatdırılmışdır. Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər” Bakı şəhər 120 saylı MKİS-nin sədri S.Allahverdiyevin, Bakı şəhəri Nizami RPİ-nin sahə müvəkkilləri A.Sadıqovun və C.Həmidovun, "Karayev City” MTK-nın mühasibi C.Məmmədovun, sakinlər N.Abuzərlinin,F.Mirzəyevin iştirakı ilə tərtib olubnuş xx.xx.2022ci il tarixli aktda qeyd olunur ki, “Bakı şəhəri İcra Hakimiyyət Başçısının xx.xx.2015-ci il tarixli 542 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi “Karayev Sitiy" MTK-ya həvalə olunub.K.Balakişiyev küçəsində yerləşən 28 saylı binanın sakinləri sahib olduqların mənzillərin əvəzinə yeni inşa ediləcək binada daha geniş sahəyə malik mənzillərin verilməsi barədə öz razılıqlarını vermişlər.Lakin həmin binanın 4 saylı mənzilinin sakini(çıxarışa əsasən48 kv.msahə)Cavabdeh1 digər sakinlərə təklif edilən yüksək şərtlərlə razılaşmayaraq mənzildə yaşamadığı halda belə tikinti işlərinin aparılmasına maneçilik törədir.Odur ki,aktı tərtib edən şəxslər Cavabdeh1 qapısı açıq vəziyyətdə olan mənzilinə daxil olaraq video-çəkiliş etməklə mənzilin vəziyyəti və mənzildə olan əşyaların görüntüsünü nümayiş etdirirlər.Görüntülərdən aydın olur ki,mənzil yaşayış üçün tam yararsız vəziyyətdədir və mənzildə heç bir məişət əşyası aşkar edilməmişdir.Bundan başqa,pəncərələr sınıq və açıq vəziyyətdə olmuşdur.Bu da onu deməyə əsas verir ki,burada uzun müddətdir yaşayış yoxdur.Bu faktı digər sakinlər də təsdiq etmişdir ki,Cavabdeh1 uzun müddətdir ki,bu mənzildə yaşamır.Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər” “Karayev Sitiy" MTK tərəfindən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı evin 4 saylı mənzilində yaşayan Süleymanov Rabil(Ravil)Fəxrəddin oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli,208 saylı məktubun məzmunundan görünür ki, Süleymanov Rabil(Ravil)Fəxrəddin oğluna mülkiyyətində olan mənzilini əvəzinə 28 saylı binanın yerində tikiləcək yeni binada daha daha geniş mənzil verilməsi təklif olunmuşdur. “Karayev Sitiy" MTK tərəfindən Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı evin 8 saylı mənzilində yaşayan Cavabdeh3 Şəfi (Səfi)oğluna ünvanlanmış 17 fevral 2022-ci il tarixli,209 saylı məktubun məzmunundan görünür ki, Cavabdeh3 Şəfi (Səfi)oğluna mülkiyyətində olan 48 kv.m sahəsi olan mənzilini əvəzinə 28 saylı binanın yerində tikiləcək yeni binada daha daha geniş(20% əlavə kv.m) mənzil verilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 10/2664 saylı ekspert rəyində qeyd olunur ki, “Qərardadın 1-ci sualı üzrə- Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı binanın tamamilə söküldüyü və həmin binanın yerləşdiyi sahədə yeni tikiləcək tikilinin bünövrəsinin hazırlandığı müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə-Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı bina tamamilə söküldüyündən(bina faktiki olaraq mövcud deyil)həmin binanın yerləşdiyi sahədə yeni tikilinin bünövrəsi hazırlandığından sözügedən binanın və həmin binadakı 8 saylı mənzilin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması, (bloka giriş qapısının,pilləkən və onun meydançasının, pilləkən dayağının,məhəccərin) və mənzillərə çəkilmiş kommunal xətlərin(işıq,qaz,su,kanalizasiya) bərpa olunması texniki cəhətdən mümkün deyil. Qərardadın 3-cü sualı üzrə-Tikililərə dəymiş ziyanın dəyəri təmiri və bərpası zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər. Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsindəki 28 saylı binanın 8 saylı mənzilinin bərpa olunaraq əvvəlki vəziyyətə qaytarılması texniki cəhətdən mümkün olmadığından həmin mənzilin sökülməsi nəticəsində mənzilin sahibi Cavabdeh3 neçə manat maddi ziyan dəyməsini müəyyən etmək mümkün deyil” İşin hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə "xxxx"MTK-nə daha sonra isə hazırkı iş üzrə iddiaşı mənzilini "KARAYEV CİTY” Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikiliblərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.9276 hektar torpaq sahəsi ayrılmışdır.Həmin ərazıdəki 28 saylı evin 4 saylı mənzili paylı mülkiyyət hüququ ilə X2 və Cavabdeh2,8 saylı mənzili isə Cavabdeh3 məxsusdur.Hazırda iddiaçı 28 saylı binanın sökülməsi müqabilində həmin ərazidə tikiləcək binada mülkiyyətçilərə 20% artıq yaşayış sahəsi olan mənzillər təklif edir.İddia ərizəsinin məzmunundan və işin faktiki hallarından görünür ki, 4 və 8 saylı mənziillərin mülkiyyətçilərindən başqa binanın digər sakinləri iddiaçı şirkətlə razılaşmış və öz mənzillərini təhvil vermişlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,iddiaçı "KARAYEV CİTY” Mənzil- Tikinti Kooperativi tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onun tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində 20% əlavə yaşayış sahəsi olan tam təmirli mənzillər təklif edir. Bu isə, cavabdehlərə öz mülkiyyətlərində olan qeyriyaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılma kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı hal-hazırda qüvvədə olduğundan həmin sərəncamın icra olunmasına yaranan maneələr aradan qaldırılmalıdır. Sərəncamın icrası həm də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən zəruridir. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin mülkiyyətində olan mənzillərdən istifadə hüquqlarına xitam verilməsi,ona məxsus yaşayış sahəsinin yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X8 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir.Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir.Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir.Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikilillərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi "xxxx" MTK-nə həvalə edilmişdir.28 saylı binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli sahə ilə əlaqədar, faktiki olaraq özünə məxsus olan ümumi yaşayış sahəsindən 20% artıq sahəsi olan təmirli yaşayış sahəsi təklif edən "xxxx" ilə razılaşmaması onların hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu suiistifadə isə cavabdehin öz əmlakına görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir.Cavabdehlər iddiaçı "KARAYEV CİTY” MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edirlər.Belə ki,onlara mülkiyyətində olan mənzillərin yaşayış sahəsindən 20% əlavə yaşayış təklif olunur.Buna baxmayaraq onlar ədalətli hesab oluna biləcək bu təkliflə razılaşmayaraq daha çox yaşayış sahəsi tələb edirlər.Məhkəmə hesab edir ki, hüquqdan sui-istifadəyə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, ünvan 1 ünvandakı 4 saylı mənzilin mənzilin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2, 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20 % əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər birinə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddiaçı ona məxsus mənzilin bərpa olunması,evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ünvanda sökülmüş evin yerində ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin əvəzinə yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması və "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan ekspert rəyindən və digər sübutlardan görünür ki, 28 saylı bina tam olaraq sökülmüşdür və sökülmüş binanın yerində yeni binanın tikintisinə başlanmışdır.Bu səbəbdən qarşılıqlı iddiaçıya məxsus mənzilin, və 28 saylı binanın bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması mümkün deyil.Ona görə də qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. "xxxx" MTK-ya Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının icarəyə verdiyi torpaq sahəsində yeni evin inşası üçün verilmiş müddətin uzadılması tələbinin isə mahiyyəti aydın deyil,qarşılıqlı iddiaçı hansı müddəti nəzərdə tutduğunu açıqlamamışdır.Belə ki,qeyd olunan sərəncamla yeni binanın tikintisi ilə əlaqədar hər hansı müddət nəzərdə tutulmamışdır.Bundan başqa qarşılıqlı iddiaçı həm yeni bina tikilməsini tələb edir,həm də tikinti üçün müəyyən olunan müddətin uzadılmasını. Məhkəmə “Evin sökülməsi təsbit edilərsə cavabdeh "xxxx" MTK-nin üzərinə həmin ona mülkiyyət hüququ əsasında aid olan sökülmüş evin yerində yeni yaşayış binasının tikilməsi vəzifəsinin qoyulması” hissədə qarşılıqlı iddianı əsaslı hesab edir.Belə ki,evin sökülməsi öz təsdiqini tapmışdır və Cavabdeh3 söküntü nəticəsində ona dəymiş maddi və ya mənəvi zərəri tələb etmir,sökülmüş binanın(onun mülkiyyətində olan 8 saylı mənzilin) yerində həmin ünvanda yeni yaşayış binasının tikilməsi vəzifəsinin "xxxx" MTK-nin üzərinə qoyulmasını tələb edir.Məhkəmə "xxxx" MTK-nin də ilkin iddia ilə sökülmüş binanın yerində yeni binanın tikilməsi və 28 saylı binanın sakinlarinə həmin binada daha geniş və abad mənzillər verilməsi barədə öhdəlik götürdüyünü nəzərə alaraq hesab edir ki,həmin hissədə qarşılıqlı iddia tələbi təmin olunmalıdır. İlk iddia təmin,qarşılıqlı iddia qismən təmin olunduğundan ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 70 manatı "xxxx" MTK-dən 30 manatı isə Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3, hər birindən 10 manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. ünvan 1 ünvandakı 4 saylı mənzilin mənzilin mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 qızına, 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 həmin ərazidə tikiləcək yaşayış binasında 20 % əlavə yaşayış sahəsi verilməklə və yeni mənzil verilənədək müvəqqəti yaşamaq üçün hər ay hər bir mülkiyyətçiyə 300 manat kirayə haqqı verilməklə cavabdehlərin Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsindəki 28 saylı evin 4 və 8 saylı mənzillərindən istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "xxxx" MTK-nin üzərinə ünvan 2 ünvanda mülkiyyət hüququ ilə Cavabdeh3 aid olan sökülmüş 8 saylı mənzilin əvəzinə yeni yaşayış binasında Cavabdeh3 yeni mənzil tikilib təhvil verilməsi vəzifəsi qoyulsun. Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 70 manatı "xxxx" MTK-dən, 30 manatı isə Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3, hər birindən 10 manat olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1169/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1169/2022
04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver