Məhkəmə qərarları › İş №2(007)-117/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-117/2022

18.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-117/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə cavabdehlər X2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə cavabdehlər X2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı evin 3 saylı mənzilinə, X1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı evin 4 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı evin 5 saylı mənzilinə, Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 42 saylı evin 9 saylı mənzilinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində cavabdehlərə mülkiyyətlərində olan mənzillərin və qeyriyaşayış sahəsinin ümumi sahəsindən 20% artıq sahəsi olan yeni, tam təmirli müvafiq mənzillər verilməsi və cavabdehlərin yeni yaşayış binası tikilənədək, müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, cavabdehlər X2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə həmin şəxslərin iştirakları olmadan mülki işin keçirilməsini mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 30850 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, bu zaman ondan 0,40 manat bank xidmət haqqı tutulmuşdur. ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 30850, büdcə təsnifat kodu: 142211, GPP qəbz nömrəsi- 744034642, tarix: xx.xx.2021, saat: 12:25). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Bununla yanaşı, iş materiallarından görünür ki, məhkəmənin qərardadı əsasında iş üzrə xx.xx.2021-ci il tarixdə, 10/5177 saylı məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertizanın keçirilməsinə 100 manat vəsait sərf olunmuşdur. Buna görə, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanıldığından, həmin vəsait iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi cəlb edilməklə cavabdehlər X2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin sökülməsi, cavabdehlərin kirayədə yaşamaları üçün hər ay 500 manat kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 30850, büdcə təsnifat kodu: 142211, GPP qəbz nömrəsi- 744034642, tarix: xx.xx.2021, saat: 12:25) dövlət büdcəsindən qaytarılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə, ekspertiza xərcinin tutulması hissəsində isə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar