Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1171/2023 22.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh, Cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, X14 və İddiaçı2 cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh qarşı “miras əmlakı üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, X24 və İddiaçı2 cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh qarşı “miras əmlakı üzrə payların müəyyən edilməsi” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar miras qoyan X3nun birinci növbəli vərəsələridir. Belə ki, X3 27 noyabr 2020-ci ildə vəfat etmiş və sonuncunun birinci növbə vərəsələri kimi, atası İddiaçı4, oğlanları İddiaçı1, X24, İddiaçı2 yetkinlik yaşma çatmayan övladı X25 qalmışdır. Mərhum miras qoyandan miras əmlak kimi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 və ünvan 1 qalmışdır. Onlar həmin miras əmlakını faktiki olaraq idarə edib qəbul etmişlər. Bunla bağlı aidiyyəti üzrə 46 saylı notariat ofisinə müraciət etmiş, lakin oradan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən mərhum miras qoyan X9 miras əmlak kimi qalmış Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 19, mənzil 32 və ünvan 1 üzərində hər vərəsənin 1/5 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və mirasın bölünməsinə etiraz etmədiyini qeyd etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh iddia tələbini qəbul edib iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul edib iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı4 və X24 məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi X11 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 758 nömrəli reyestr kitabının 71828 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil X11 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2023 nömrəli reyestr kitabının 186974 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. - V-ЖГ seriyalı, 366854 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 26 oktyabr 1966-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı4, anası X2r; - AZ-İİ Seriyalı 120465 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 27 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 dekabr 2020-ci il tarixdə 534 nömrə ilə qeyd edilmişdir; - AZ-İ Seriyalı 966133 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 22 avqust 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 avqust 2018-ci il tarixdə 1325nömrə ilə qeyd edilmişdir; - AZ-İİ seriyalı, 455408 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 12 mart 2010-cu il tarixdə doğulmuşdur. X6, anası Cavabdehdır; - XV-ЖГ seriyalı, 428479 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 1990-cu il tarixdə doğulmuşdur. X6, anası X10r; - XİX-ЖГ seriyalı, 325359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. X6, anası X4r; - XX-ЖГ seriyalı, 312383 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1997-ci il tarixdə doğulmuşdur. X6, anası X8r; - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli X/1697 saylı məlumatdan görünür ki, X3ndan miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ünvan 4 ünvanladığı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1 və 1243-cü maddələrinin tələblərinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar o halda vərəsə ola bilərlər ki, onlar mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə ərizə versinlər və ya əmlaka sahiblik və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Bilgəh Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 324 saylı arayışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 553 L saylı bağ sahəsinin 0,1250 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətindən verilmiş xx.xx.2017 ci il tarixli № ******* saylı Çıxarışına əsasən atası X3na məxsusdur. X3 27 noyabr 2020 ci ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra Bilgəh qəsəbəsi, bağ 553 L ünvanda yerləşən 0,1250 ha torpaq sahəsi hal-hazıra kimi mərhumun atası İddiaçı4, oğlanları İddiaçı1, X24, İddiaçı2 istifadəsindədir. Ölən gündən bu günədək mərhumun adına olan torpaq vergisini oğlu İddiaçı1 ödəmişdir. Vətəndaşın torpaq sahəsinə görə bələdiyyə büdcəsinə 2022 ci il üçün vergi borcu yoxdur. - Bakı şəhəri 46 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli X/608 saylı məlumatından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə oğlu İddiaçı1, xx.xx.2023-cü il tarixdə isə xx.xx.2010-cu il təvəllüdlü oğlu X13 qanuni nümayəndəsi Cavabdeh Əkram qızının müraciəti daxil olmuşdur. Qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən X11 adına vərəsəlik işi açılmamışdır. İddiaçı1 və X13 qanuni nümayəndəsi Cavabdeh Əkram qızına ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-2874/2023 saylı məlumatından görünür ki, Musa Cəlilovun xx.xx.1990-cı ildə Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.1969-cu il təvəllüdlü X16 ilə nikahı qeydə alınmışdır. M.Cəlilovun xx.xx.1993-cü ildə Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1965-ci il təvəllüdlü Cəlilova (Məmmədova) Nailə İbrahim qızı ilə nikahı, xx.xx.2015-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində həmin nikahın pozulması rəsmiləşdirilmişdir. X1 ilə xx.xx.1969-cu il təvəllüdlü X17 olan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı3 doğumu xx.xx.1990-cı ildə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X19 ilə xx.xx.1965-ci il təvəllüdlü X12 olan xx.xx.1995-ci il təvəllüdlü İddiaçı2 doğumu xx.xx.1995-ci ildə, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 doğumu isə xx.xx.1997-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Valideynləri M.Cəlilov ilə xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh olan xx.xx.2010-cu il təvəllüdlü X13 doğumu xx.xx.2010-cu ildə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil X11 mülkiyyətindədir. O, 27 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Qanunveciliyin tələblərindən də görünür ki, X11 uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) onun birinci növbədən vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır. Hazırda mərhumun oğulları İddiaçı1, X24, İddiaçı2 və onun atası İddiaçı4 məhkəmədə digər vərəsə cavabdeh X13 qanuni nümayəndəsi Cavabdeh qarşı iddia qaldıraraq, vərəsəlik paylarının müəyyən edilməsini xahiş etmişlər. Belə ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil X15 məxsusdur. Mərhum vərəsələri isə övladları İddiaçı1, X24, İddiaçı2, X25 və atası İddiaçı4dur. Hazırda, cavabdehin qanuni nümayəndəsi Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdehin qanuni nümayəndəsi Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin qanuni nümayəndəsi Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa, məhkəmə həmçinin qeyd edir ki, hazırda vərəsələr mərhumdan miras qalmış əmlakları faktiki olaraq qəbul etmişlər. MM-in: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, miras əmlakı mərhumun onun birinci dərəcəli qanun üzrə vərəsələri tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, tərəflər mərhumun vəfatından sonra əmlakları faktiki idarə etmişdir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə belə qərara gəlir ki, tərəflər miras qalmış əmlakları rəsmi qaydada qanunla müəyyən edilmiş vaxtda qəbul etməsələr də, onlar mərhumdan qalmış miras mülkünü qəbul etməklə həmin əmlaka sahiblik etmiş və əmlakı idarə etmişdir. Beləlikdə, mirası faktiki olaraq qəbul etmişlər. Belə ki, 27 noyabr 2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzillə bağlı onun vərəsələrinin, yəni İddiaçı1, İddiaçı4, X14, İddiaçı2 və cavabdeh X13 vərəsəlik payları müəyyən edilməldir. MM-in: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 miras qalmış ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil üzərində İddiaçı1, İddiaçı4, X14, İddiaçı2 və cavabdeh X13 hər birinin 1/5 hissədə miras payları müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci ildə vəfat etmiş X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil üzərində İddiaçı1, İddiaçı4, X14, İddiaçı2 və X13 hər birinin 1/5 hissədə miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu X20 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci ildə vəfat etmiş X3ndan miras qalmış ünvan 1 ünvanında yerləşən sahəsi 0,125 ha olan torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,5 kv.m olan mənzil üzərində İddiaçı1, İddiaçı4, X14, İddiaçı2 və X13 hər birinin 1/5 hissədə miras payları müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı X20 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1171/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1171/2023
22.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver