Məhkəmə qərarları › İş №2(007)-118/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-118/2023

30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-118/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Yusifova Ülkər Bayram qzının sədrliyi, Məhkəmə iclas katibi X6 kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın paylara uyğun dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Cavabdeh qarşı “miras əmlakın vərəsələr arasında naturada bərabər bölünməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2012-ci ildə bağlayıblar və həmin tarixdə nikah haqqında kitabda 232 nömrə ilə qeyd olunmuşdur. Birgə yaşayış dövründə onların 28 yanvar 2009-cu il təvəllüdlü X5 adında bir övladları doğulmuşdur. Mərhum əri X2 başqa nikahdan da doğulmuş Cavabdeh adında oglu vardır. X4 onunla ailə qurandan sonra bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. 02 dekabr 2020-ci ildə X4 vəfat etmişdir. Onun ölümündən sonra ** FP *** dövlət nömrə nişanlı “Opel Astra“ minik markalı avtomobil ərindən onlara miras qalmışdır. O, mirası rəsmi qəbul etmək üçün 12 saylı notariat ofisinə müraciət etmiş və 14 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən oğulları Cavabdeh, X5 və o, həmin əmlakdan 1/3 hissədə irs almışlar. Ərinin ölümündən əvvəl ağır xəstə olduğundan, onun xüsusi qulluğunu tutmaqla daim xidmətində olmuşdur və müalicə xərclərini də ailə büdcələrindən qarşılamışlar. Ərindən miras qalan həmin avtomobildən ona və himayəsində yaşayan azyaşlı oğlu X3 çatası payı naturada ala bilməmişdir. Cavabdehla Ağaqulu oğlu arasında xoş olmayan münasibət olduğundan özünə çatası payı qəbul etməməklə ixtilaflar yaradır və nəticədə onlar öz irs payından məhrum olmuşlar. Cavabdeh öz miras payını almasını təmin etmir və bu səbəbdən mərhum ərindən miras qalmış ** FB *** dövlət nömrə nişanlı “Opel Astra“ minik markalı avtomobilin natura bölünməsi mümkünsüz olmuşdur. Odur ki, iddiaçı paylı mülkiyyətin vərəsələr arasınında naturada bərabər bölünməsi xahişi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, X1 miras qalmış ** FB *** dövlət nömrə nişanlı “Opel Astra“ minik markalı avtomobilin X5, Cavabdeh oglu və onun həmin əmlakdan 1/3 hissədə irs paylarının natura bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahis etmişdir. Məhkəmə iclası zamanı iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, X1 miras qalmış ** FB *** dövlət nömrə nişanlı “Opel Astra“ markalı minik avtomobildən 14 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən oğulları Cavabdeh oglu, X5 və onun həmin əmlakdan 1/3 hissədə irs paylarının dəyərinin bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahis etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Belə olan halda, məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə baxış iclasına gəlmədiklərindən, İddiaçı Cavabdeh qarşı “miras əmlakın paylara uyğun dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, onların məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv oluna bilməsi tərəflərə izah edilməlidir. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 30165 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 59268854, terminal nömrəsi: K0161012, GPP qəbzin nömrəsi: 925474757, büdcə səviyyə kodu: 142211, tarix: xx.xx.2022, saat: 10:20) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “miras əmlakın paylara uyğun dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “miras əmlakın paylara uyğun dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənillmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 59268854, terminal nömrəsi: K0161012, GPP qəbzin nömrəsi: 925474757, büdcə səviyyə kodu: 142211, tarix: xx.xx.2022, saat: 10:20) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı Şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar