Məhkəmə qərarları › İş №2(007)-1188/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1188/2022

08.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1188/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyriqanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyriqanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən qanunsuz olaraq yazılmış 1675,10 manat məbləğində qaz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onların yaşadıqları mənzildə qazdan istifadəyə görə “Azəriqaz” İB tərəfindən xx.xx.2021-ci ildə 1675.10 manat məbləğində borc yazılmışdır. Onların evlə qonşunun evi arasından avtoservisə qaz xətti gedir. Həmin avtoservisin qazdan istifadəyə görə yaranmış aylıq 837.50 (səkkiz yüz otuz yeddi manat əlli qəpik) məbləğində borcu 2 aydan hesablıaaraq ümumlikdə 1675.10 manat məbləğində borcu onların hesablarına yazıblar. Halbuki o, yaşadığı mənzildə qazdan istifadəyə görə olan borcunu hər ay davamlı olaraq “Azəriqaz” İB-yə ödəyir və onun hal-hazırda qazdan istifadəyə görə “Azəriqaz” İByə heç bir borcu yoxdur. Eyni hal onun iki yan qonşusunda da baş vermiş və avtoservisin qazdan istifadəyə görə yaranmış borcu onlara yazılmışdır.Həmin qonşularım qanunsuz olaraq hesablanmış qaz pulunun silinməsi üçün məhkəməyə müraciət etmiş, borcun silinməsinə nail olmuşlar. Yaranmış borcun silinməsi üçün “Azəriqaz” İB-yə müraciət etsə də heç bir nəticəsi olmamış və borcu ödəməli olduğunu ona rəsmi məktubla bildirmişlər. Onun məhkəməyə müraciət etməkdə məqsədi “Azəriqaz” İB tərəfindən qanunsuz olaraq yazılmış qaz borcunun silinməsi ilə bağlıdır. Həmçinin həm onların, həm də qonşunun qaz sayğacı eynidir və buna görə arada problemlər yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki,ekspert rəyi ilə razıdırlar, onlarda sayğac əvvəllər həyətdə olmuş, sonradan yenisi quraşdırılanda küçəyə çıxarılmış və sonra onlara cərimə yazılmışdır. Orada bir xətt evə, bir xətt də avtoservisə gedir. Onlarda əlavə xətt yoxdur, qaz xəttinə baxış da keçirilə bilər. O həmçinin, həyətdə 2 ev və 1 sayğac olduğunu, evdə özləri ilə yanaşı qızlarının da olduğunu, kombinin bu il qoşulduğunu, əvvəl odun peçindən istifadə edildiyini, ona görə də qaz pulunun az yazıldığını, qonşularda da eyni proses baş verdiyini qeyd etdi. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəf 2020-ci ildə cəmi 45 manat, 2020-ci ilin yanvar ayında 10 manat ödəniş etdiyi halda, 2019-cu il yanvar ayında 50 manat, fevral ayında 42 manat, mart ayında 35 manat, aprel ayında 31 manat, 2020-ci ildə soyuq aylarda 10-15 manat arası ödənişlər olmuşdur. Bu ödənişlər qeyri-standartdır. O həmçinin qeyd etmişdir ki, “Azəriqaz” İB tərəfindən qəbul edilən akt qanuni və əsaslıdır, baxış keçirilmiş, əlavə xətt olduğu ortaya çıxmış, sənədləşmiş və cərimə hesablanmışdır. Abonenetin ödənişləri ağlabatan deyil. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi müəyyən edildiyindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablnması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması müəyyən olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi müəyyən edildiyindən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablnması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması müəyyən olunmuşdur. - “Azəriqaz” İB tərəfindən ünvanlanılmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Azəriqaz” İB tərəfindən Nümayəndə istifadə etdikləri qazın dəyərinin onlar tərəfindən ödənilməli olunduğu və istehlakçının hesabında xx.xx.2021-ci il tarixdə 1675,10 manat məbləğində borcun mövcud olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq) aşkar edilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi müəyyən edilməsi ilə əlaqədar 1675,10 manat məbləğində borc hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli aktlar ilə iddiaçının təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi müəyyən edilsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli tikinti-texniki rəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq) aşkar edilməmişdir, bu isə “Azəriqaz” İB tərəfindən iddiaçıya 1675,10 manat borcun əsassız olaraq yazılmasına gətirib çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən qanunsuz olaraq yazılmış 1675,10 manat məbləğində qaz borcu silinməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+ 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 37 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, Məhkəmə mühəndis-texniki ekspertizasına sərf olunmuş 100,00 manat məbləğində vəsait Azəriqaz" İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Qulı̇ yeva Xuraman Alıcı qızına əsassız hesablanılmış 1675,10 manat borc vəsaiti silinsin. "Azəriqaz" İstehsalat Birliyindən 37 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mühəndis-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsaitin Azəriqaz" İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar