Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1208/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və X38 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və X38 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və X38 cəlb edilməklə cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 15 saylı Notariat Ofisinin imtinasının qanunsuz hesab edilməsi, onun tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilini 1997-ci ildən hal-hazırki vaxtadək faktiki qəbul edib idarə etməyinin müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X11, X16 olmuşdur. X16 xx.xx.1982-ci ildə vəfat etmişdir. Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzili mərhum atası X5 xüsusi mülkiyyətindədir və bu barədə ona xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Atası X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. X1 xx.xx.2011-ci il tarixdə, X34 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Digər qardaşları X35 və X29 31 yanvar 1997-ci il tarixdə vəfat etmiş atasından miras qalmış əmlakdakı payından imtina etdiklərini notarial qaydada təsdiq edilmiş ərizə ilə bildirmişlər. O, mərhum atasından qalmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi xx.xx.2024-cü il tarixli 172 saylı imtina məktubu ilə bildirilmişdir ki, Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvercilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxılmış, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilməmişdir. Bundan başqa, iddiaşının 1997-ci ildən hal-hazırkı vaxtadək Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilində yaşayaraq, miras əmlakı faktiki qəbul edib faktiki idarəçiliyi həyata keçirməsinə dair 76 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış da Notariat Ofisinə təqdim edilmişdir. Hesab edir ki, Bakı şəhəri 15 saylı Notariat Ofisinin imtinası qanunsuz hesab edilməli, onun tərəfindən miras əmlak Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzili 1997-ci ildən hal-hazırkı vaxtadək faktiki qəbııl edib, idarə etməsi müəyyən edilməli və mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən buraxdığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü sayılmalı və müddət uzadılmalıdır.
İş materialları :
2. Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 172 nömrəli məktubdan görünür ki, Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən qanunvericilikcə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdılmış və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilməmişdir. Bu səbəbdən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnaməverilməmiş və məhkəməyə mürciət edilməsi tövsiyyə qlarına, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
3. Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X11 ölən günə kimi B.Çobanzadə 73 mənzil 8-də qeydiyyatda olub tək yaşamışdır. 1997-ci ildən həmin mənzildə oğlu İddiaçı yaşayır və bütün kommunal ödənişləri o ödəyir.
4. Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X11 ölən günə kimi B.Çobanzadə 73 mənzil 8-də qeydiyyatda tək olmuşdur.
5. AZ-İV seriyalı, 917521 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və doğum haqqında akt qeydləri kitabında xx.xx.1954-cü il tarixdə 1110 nömrəsi ilə qeyd edilmişdir. Atası- X11, anası- X22r.
6. AZ-İİ seriyalı, 371171 nömrəli Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 890 nömrə ilə qeyd edilmişdir.
7. AZ-İİ seriyalı, 371102 nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X33 xx.xx.1982-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 216 nömrə ilə qeyd edilmişdir.
8. AZ-İİ seriyalı, 371170 nömrəli Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023cü ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X34 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cü il tarixdə 166 nömrə ilə qeyd edilmişdir. 9 AZ-İ seriyalı, 272698 nömrəli Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2008-cü ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2008-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-cü il tarixdə 180 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İ seriyalı, 467180 nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2011-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 276 nömrə ilə qeyd edilmişdir.
11. AZ-İ seriyalı, 041125 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X34 və X23 arasında olan nikaha xx.xx.1987-ci il tarixdə pozulmuş və akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir.
12. 8İ-6592 reyestr nömrəli xx.xx.2023-cü il tarixli “mirasdan imtina” ərizəsindən görünür ki, X35 ərizədə xx.xx.1997-ci il tarixdə ölmüş X7 ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etmədiyini, etmir və gələcəkdə də bununla bağlı iddia qaldırmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə götürülə vəya ləğv edilə bilməz və mirasdan imtina etməklə, o, nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olduğunu bildirmişdir.
13. 8İ-6593 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “mirasdan imtina” ərizəsindən görünür ki, X29 ərizədə xx.xx.1997-ci il tarixdə X4 ölümündən sonra qalmış miras əmlakı faktiki qəbul etmədiyini, etmir və gələcəkdə də bununla bağlı iddia qaldırmayacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə götürülə vəya ləğv edilə bilməz və mirasdan imtina etməklə, o, nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olduğunu bildirmişdir.
14. X9 Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, valideynləri 1948-ci il təvəllüdlü X13 ilə 1950-ci il təvəllüdlü X3 xx.xx.1975-ci il təvəllüdlü X10 doğumunun xx.xx.1976-cı ildə, ci il təvəllüdlü X6 doğumunun isə xx.xx.1971-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı, habelə həmin akt qeydləri nəzərdən keçirilərkən valideynlərinin nikahının xx.xx.1970-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X34 ilə xx.xx.1952-ci təvəllüdlü Babayeva (Hüseynova) Şukufə Bəşir qızının nikahının xx.xx.1979cu ildə Səadət Sarayında (Bakı Nikah evi), həmin nikahın pozulmasının isə xx.xx.1987-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. X32 ilə Şukufə Babayeva olan xx.xx.1982-ci il təvəllüdlü X31 doğumu xx.xx.1982-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.X34 ilə 02.08. (Məmmədəliyeva) Şəhla Yaqub qızının nikahı xx.xx.2005-ci ildə Biləsuvar rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir.
15. Ədliyyə Nazirliyinin PX-nin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X38 məhkəməyə ərizə ünvanlayaraq, hal-hazırda cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə iclasında iştirak edə bilmədiyini və vərəsəlik hüququndan imtina etdiyini bildirmişdir.
16. İş materiallarına əlavə edilmiş X8 verilən arayışdan görünür ki, arayış rəsmiləşdirmək üçün Dövlət notariat kontoruna təqdim etməkdən ötrü verilmişdir ona görə ki, AR Bakı şəhəri, Çobanzadə küçəsi, ev 73, 8 saylı mənzil X14 üçün şəxsi mülkiyyət hüququ ilə Texniki inventarlaşdırma bürosunda qeydə alınmışdır.
17. xx.xx.2024-cü il tarixdə mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilinə olan miras əmlak payından imtina etdiyini bildirmiş və mənzilin İddiaçı tərəfindən faktiki qəbul edilməsini təsdiq etmişdir.
18. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları :
19. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, onun iki qardaşı vəfat etmişdir. Digər iki qardaşı isə mirası qəbul etməmişlər. Atası 1997-ci il tarixində vəfat etmişdir. O, 1996-cı il tarixindən ailəsi ilə birlikdə atasının yanında qalmışdır. Hazırda da ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Atası xəstə olduğu üçün ona iddiaçı baxmışdır. İddiaçı bəzi sənədlər əksik olduğu və xəstə olduğu üçün indiyə qədər məhkəməyə müraciət edə bilməmişdir.
20. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğunu nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
21. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
22. İşin məhkəmə tərəfindən araşdırılan və mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki mülki iş üzrə mübahisəli olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 73 nömrəli mənzilin 8 saylı evi X2 miras əmlak olaraq qalmışdır. Həmin miras əmlak olan mənzil oğlu İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir.
23. İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 15 saylı Notariat Ofisinə müraciət etsə də, müddətin keçməsi səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
27. Azərbaycan SSR Mülki Məcəlləsi (1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) :
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin.
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir.
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
Məhkəmənin mövqeyi :
28. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbini miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 73, 8 saylı mənzili atasının vəfatından sonra faktiki qəbul etməsi və idarə etməsi ilə əsaslandırmışdır.
30. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
32. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
33. İşin faktiki hallarından görünür ki, İddiaçı atası X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır.
34. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur.
35. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 1997-ci ildə X5 ölümü ilə yarandığından, hazırkı iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964-cü il tarixində qəbul edilmiş, 1965-ci ildə qüvvəyə minmiş, xx.xx.2000ci il tarixədək qüvvədə olmuş) normaları tətbiq edilməlidir.
36. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
37. Məhkəmə ilk növbdə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
38. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).
39. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
40. Mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
41. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
42. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur.
43. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
44. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
45. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).
46. Yuxarıda qeyd edilən normanın (SSR Mülki Məcəlləsinin 552m) tələbinə əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidir.
47. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
48. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
49. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur (SSR Mülki Məcəlləsi 552m).
50. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı atası X5 ölümündən sonra Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 73, 8 saylı mənzil miras əmlak olaraq qalmışdır. X5 adına vərəsəlik işi açılmamışdır. Miras qalmış mənzil isə İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, miras əmlak digər vərəsələr tərəfindən qəbul edilməmişdir. İddiaçı isə atasının ölümündən sonra miras əmlak olan mənzili faktiki qəbul edərək 1997-ci ildən hazırki vaxtadək həmin mənzildə yaşayır.
51. Belə ki, işdə olan materiallardan görünür ki, müstəqil tələb irəli sürməyəm üçüncü şəxslər X12 və X38 tərəfindən məhkəməyə ünvanlanmış və digər vərəsələr X35, X20 iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ərizələrinə əsasən müəyyən edilmişdir ki, onlar miras əmlakı faktiki qəbul etməmişlər. Həmçinin müstəqil tələb irəli sürməyəm üçüncü şəxslər X12 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, mübahisə predmeti olan mənzildə iddiaçı və onun ailəsi yaşayır.
52. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir.
53. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
54. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. 55.Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi və ona faktiki idarəçiliyi həyata keçirməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 73, 8 saylı mənzilə tam pay hüququ ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.
56. Məhkəmə iddia tələbinin Bakı şəhəri 15 saylı Notariat Ofisinin imtinasının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada - 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 552-ci maddəsinə əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
Məhkəmə Xərcləri :
57. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
58. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilinin faktiki qəbul edilməsi faktı müəyyən edilməli və 15 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 73 saylı evin 8 saylı mənzilinin faktiki qəbul edilməsi faktı müəyyən edilsin və 15 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva