Məhkəmə qərarları › İş №2(007)-1223/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1223/2022

04.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1223/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X3 09.11,1992-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Qızının Baş beyin hər iki yarımkürələrinin periventrikulyar ağ maddəsində neyrometobolik leykoensefalopatiya lehinə T2, Flair rejimlərində hiperitens siqnallı sahələr aşkar olunub. «Kəskin ifadə olunmuş debillik» diaqnozu ilə ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır. Qızına llci qrup əlillik dərəcəsi verilmişdir. X3 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyac vardır. Onda psixi pozuntu əlamətləri aşkar olunur. X9 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Qızı psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə, hesab edir ki, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan qızım X9 İİ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X9 onun qızıdır. 7 il Rusiyada yaşamışlar və orada qızıyla məşğul olmaq üçün evə müəllimə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X10 ərizəyə etiraz etmədiyini və ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün haqqında məhkəməyə müraciət edilən X9 ərizənin təmin edilməsini xahiş etdi və əlavə olaraq, qızının 28 yaşı olduğunu, özündə narahatçılıq hiss etdiyini, İİ qrup əlil olduğunu, anasının onun üzərində qəyyum təyin edilməsini istədiyi bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - XVİİİ ЖГ seriyalı 257032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 noyabr 1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası Ərizəçidır. - Azərbaycan Respublikası Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin 26 Nömrəli Şəhər Poliklinikasının 24 fevral 2022-ci il tarixli, 72 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 37 mənzil 70- də qeydiyyatda olan xx.xx.1992 -ci il təvəllüdlü X9 2009-cu il tarixdən "Kəskin ifadə olunmuş debillik dərəcəsində kəmağıllıq davranış pozuntular” diaqnozu ilə poliklinikanın ruhi- əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İİ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Maqnit-rezonans tomoqrafiya müayinəsinin protokolundan görünür ki, X7 “Baş beynin hər iki yarımkürələrinin periventrikulyar ağ maddəsində neyrometabolik leykoensefalopatiya lehinə T2, Flair rejimlərində hiperintens siqnallı sahələr” aşkar edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 nömrəli Nizami rayonu Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE -02 seriyalı 174974 nömrəli arayışından görünür ki, X8 müddətsiz İİ qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin 26 Nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Ruhi X1 məlumata əsasən, ruhi-əsəb xəstəliyi ilə qeydiyyatda yoxdur. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 179 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X9 Bakı şəhəri, Qara Qarayev küçəsi, 37 nömrəli evin 70 nömrəli mənzilində qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X14 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1403 saylı rəyindən görünür ki, X5 X20 Gerilik, X12 (F 71.1) aşkar olunduğundan, bunu anamnestik məlumatlar (ağıl zəifliyi ilə əlaqədar fonnal olaraq təhsil alması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyini pozulması, davranışının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması sübut etdiyindən, X20 gerilik, X12 aşkar olunduğundan, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1992-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar