Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1223/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanmış 264,56 manat miqdarında borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 1988-ci ildən qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Mənzil həyat yoldaşı Arif Muradovun adında olduğundan elektrik sayğac onun adına qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci ildə Arif Muradov vəfat etmiş və o, onun birinci növbəli vərəsəsi olduğundan mənzili xx.xx.2021-ci il tarixdə öz adına rəsmilləşdirmişdir. xx.xx.2022-ci ildə alqı-satqı yolu ilə sözügedən mənzili Elena İskandarovaya satmış, E.İskandarova mənzilin elektrik sayğacını öz adına rəsmilləşdirmək məqsədilə "xxxx" ASC-nin Nizami rayon şöbəsinə müraciət etdikdə, ona bildirilmişdir ki, mərhum əri A.Muradovun adına açılmış **********60132 nömrəli abonent kodu üzrə 264,56 manat borc yaranmışdır. Borcla bağlı "xxxx" ASC-yə müraciəti ilə əlaqədar AR Energetika Nazirliyi Enerji X2 Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, mənzilin elektrik enerjisi sərfiyyatına görə yaranmış borc “Barmek” EŞ-nin dövrünə aiddir və həmin borcun ödənilməsi tələbi qüvvəsini itirdiyindən borcun ödənişinin təmin edilməsi tələb edilə bilməz. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 132 ünvanda yaşadıqları müddətdə elektrik enerjisinə görə elektrik sayğacının göstəricisinə uyğun olaraq ödənişlər etmişlər, 264,56 manat borcun olduğu onlara heç vaxt bildirilməmişdir. Əgər belə bir borc olsa idi "xxxx" ASC-nin nümayəndələri işıq xəttləri kəsərək mənzilə elektrik enerjisini dayandırardılar. Eyni zamanda elektrik enerjisinin ödənilməsinə dair bildirişlərdə də bu borc əks olunmamışdır. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, onların heç bir borcu yoxdur. Gələn qəbzlərə görə borclarını vaxtıvaxtında ödəmişlər. Lakin birdən-birə bu borc meydana çıxmış , borcun tutulmasından isə 5 il keçmişdir. Onlara göstərilən borclar isə 2000-ci ilə, təxminən 1996 və 1997-ci ilə qədər olan borclar idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X3 ünvan 1 ünvanında yaşamışdır. Mənzilin işıq təchizatı ilə bağlı şəbəkəyə abonent kodu **********60132 olan sayğac qoşulmuşdur. Həmin evin işıq ödənişləri Arif Muradovun adından həyata keçirilsə də, abunəçi vəfat etdiyi üçün onun qanun üzrə vərəsəsi həyat yoldaşı X3 tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərin Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən abunəçinin oğlu X9 ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, abonent dövriyyəsinin təhlili zamanı mənzilin elektrik enerjisi sərfiyyatına görə “Barmek” EŞ-nin dövrünə aid 264,56 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. "xxxx" ASC-yə göndərilən məktuba cavab olaraq göstərilən məbləğin ödənişi abonentdən yalnız abunə vərəqində ad dəyişdirilərkən yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunduğu bildirilmişdir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsi tələbi qüvvəsini itirdiyindən borcun ödənişinin təmin edilməsi onlardan tələb edilə bilməz və yaranmış məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüquqları vardır. Eyni zamanda "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildiriş xəbərdarlıqlar ilə iddiaçı tərəfin 23,65 manat və 20,7 manat borcları olduğu gösərilmişdir. İş materiallarına əlavə edilmiş saldo üzrə borc məbləğləri 2000-ci il tarixdən bəri olan borclardır. Hazırda iddiaçı işıqdan istifadəyə görə yaranmış həmin borcun silinməsini xahiş edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın: 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji X2nin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bəzi hallarda Mülki Məcəllənin 551ci maddəsi ilə nəzərdə tutulan müddətlər öhdəliklərin xitamı müddəti hesab olunarsa, ümumiyyətlə eyni hüquq münasibətləri üzrə həm iddia müddətlərinin, həm də öhdəliyin xitamı müddətlərinin tətbiq edilməsi sual doğurur. Məsələn, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin 6 il, həmin Məcəllənin 551.2.3-cü maddəsi ilə isə zavod tikintisi üzrə tələblərin qüvvəsini itirməsi müddəti 5 il müəyyən edilmişdir. Belə olan halda, 5 illik müddətin keçməsi öhdəliyə xitam müddəti kimi qiymətləndirilərsə, öhdəliyin icrası ilə bağlı iddia müddətinin 6 il olmaqla hələ də axması hüquqi məntiqə və tənzimetməyə uyğun hesab edilə bilməz. Məhkəm araşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı 5 illik tələbetmə müddəti bitmiş 264,56 manat borcun silinməsini xahiş etmişdir. Həmçinin müəyyən edildi ki, qeyd edilən borca görə evin işıqla təmin edilməsi dayandırılmamış, cavabdeh tərəfindən borcun ödənilməsi tələb edilməmiş və ya borcla bağlı məhkəməyə müraciət olunmamışdır. Məhkəmə hesab edir ki, həmin borcun yaranması əsasını və borcun həqiqətən mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği 5 illik tələbetmə müddəti bitmiş borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 5 ildir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, qış̇ ırəzA" ASC tərəfindən X8 adına olan **********60132 saylı abunə kodu üzrə hesablanmış 264,56 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad olduğu 30,0 manat dövlət rüsumu qiş̇ ırəzA" ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. qiş̇ ırəzA" ASC tərəfindən X8 adına olan **********60132 saylı abunə kodu üzrə hesablanmış 264,56 manat borc məbləği silinsin. qiş̇ ırəzA" ASC-dən 30,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1223/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1223/2023
19.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver