Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1224/2020 19.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh Fərhad oğluna qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh Fərhad oğluna qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********57909 X1 6 markalı telefon üçün 479 (död yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat cərimə, 15 noyabr 2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod 3548:**********5 iPhone 8 plus markalı telefon üçün 593 (beş yüz doxsan üç) manat ödənilməmiş hissə, cərimə 59 (əlli doqquz) manat cərimə miqdarında borc yaranmışdır.Ümumilikdə1178 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1208 manatCavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.10.2018-ci il və 15.11.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kod **********57909 X1 6 markalı telefon və İMEİ kod 3548**********5 iPhone 8 plus markalı telefon almış və nəticədə 1178 (min yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 725 (yeddi yüz iyirini beş) manat (12 ay x 60 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kod **********57909 X1 6 markalı telefon üçün ümumilikdə, 526 (beş yüz iyirmi altı) manat olmaqla ondan, 479 (dörd yüz yetmiş doqquz) manat ölənilməmiş hissə, 144 manat (0.60 manat x 240 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 47 (qırx yeddi) manat cərimə; 15.11.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2483 (iki min dörd yüz səksən üç) manat İMEİ kod 3548**********5 iPhone 8 plus markalı telefon üçün ümumilikdə, 652 (altı yüz əlli iki) manat olmaqla ondan, 593 (beş yüz doxsan üç) manat ödənilməmiş hissə, cərimə 195 manat (1.63 manat x 120 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 59 (əlli doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2136 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Fərhad oğlu arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, 00374606 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh Fərhad oğluna ümumi dəyəri 2483 manat olan iPhone 8 plus markalı telefon satılmışdır. Cavabdeh Fərhad oğlu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh Fərhad oğlu arasında bağlanmış 31 oktyabr 2018-ci il tarixli, 00354456 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh Fərhad oğluna ümumi dəyəri 725 manat olan X1 6 markalı telefon satılmışdır. Cavabdeh Fərhad oğlu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 06 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Fərhad oğlunun 31 oktyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 479 manat, cərimə borcu üzrə 47 manat olmaqla, ümumilikdə 526 manat borcu vardır. Cavabdeh Fərhad oğlunun 15 noyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 593 manat, cərimə borcu üzrə 59 manat olmaqla, ümumilikdə 652 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 1178 manat borcu vardır. İşə əlavə olunmuş 06 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh Fərhad oğlu 31 oktyabr 2018-ci il tarixli və 15 noyabr 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilələr üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 31 oktyabr 2018-ci il tarixli, 00354456 nömrəli müqavilə üzrə 479 manat əsas borc, 47 manat cərimə borcu olmaqla, ümumilikdə 526 manat borc, 15 noyabr 2018-ci il tarixli, 00374606 nömrəli müqavilə üzrə 593 manat əsas borc, 59 manat cərimə borcu olmaqla, ümumilikdə 652 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh Fərhad oğlundan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1224/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1224/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver