Məhkəmə qərarları › İş №2(007)-1262/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1262/2023

05.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1262/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı Mahmudov Hacıəzı̇ z Dardail oğlunun, İddiaçı2 Dardail qızının, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakları ilə, İddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlunun, İddiaçı2 Dardail qızının Bakı şəhəri 52 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh Mı̇ rzəağa qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakdan pay” tələbinə dair və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Mı̇ rzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan pay” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlu, İddiaçı2 Dardail qızı Cavabdeh Mı̇ rzəağa qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakdan pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin - miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan paylarının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, texniki səhv olaraq Bakı şəhəri 52 saylı Notariat Ofisini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərə bilməmişdir. Odur ki, Bakı şəhəri 52 saylı Notariat Ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində nəzərə alınmasınıa xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Xaçmaz rayonu, Köhnə Xudat kənd X44 İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında mərhum atası X29 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,18 ha, o cümlədən tikililərin, meşəliyin, qobudərələrin və ictimai yolların altında 0,01 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin olması Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Rayon Dövlət Arxivinin müdiri K.V.Əhmədovanın imzaladığı və verdiyi 16 iyun 2021-ci il tarixli, 660 nömrəli Arxiv arayışı ilə öz təsdiqini tapır. Mərhum atası X30 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 4-qardaş və 1-bacı olmuşlar. X19, İddiaçı1 Dardayıl oğlu, X20, X13 və İddiaçı2. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, mərhum qardaşı Mirzəağanın qızı Cavabdeh mərhum atalarından qalmış Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha miras əmlak olan torpaq sahəsini və ümumi sahəsi 74,0 kv.metr olan ata mülkləri- daşınmaz əmlakı xəbərləri olmadan öz adına sənədləşdirmişdir. Keçən il bilmişdir ki, Cavabdeh həmin 0,18 ha torpaq sahəsini və ata mülkləri başqa şəxslərə satmaq istəyir. Lakin həmin torpaq sahəsi mərhum atalarından qalmış miras əmlak olduğu üçün həmin torpaq sahəsində və ata mülklərində bütün bacı qardaşlarının, eləcə də onun payı vardır. Belə ki, mərhum atalarından qalmış həmin miras əmlak olan 0,18 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlaka - ata mülklərinə uzun müddətdir ki, hələ atalarının sağlığından o baxır. Həyətlərinə və ağaclara o qulluq edir. Bütün təmizlik işlərini, təmir işlərini o aparır. Hətta həyətə metal setkadan hasar çəkmiş və həyətin kənarlarına beton dirəklər basdırmışdır. Bələdiyyə yarandığı gündən 2019-cu ilə qədər torpaq və əmlak vergisini də o, mərhum X2nun adından o ödəmişdir. Evin və həyətin bütün yükü onun üzərində olub. Bu faktı bələdiyyə işçiləri, sədrləri və qonşuları təsdiq edə bilər. O, İddiaçı1 xx.xx.1956-cı ildə Xaçmaz rayonu, Xudat kəndində həmin ata mülklərində anadan olmuşdur. 8-ci sinifi Xudat şəhərində bitirib, 1971-ci ildə Bakı şəhərinə gəlib, 74 saylı Texniki peşə məktəbində oxumuşdur. Sonra həqiqi hərbi xidmətdə olmuşdur. Mərhum X2 da onların böyük qardaşı olub. 1955-1956-cı illərdən təhsil almaq üçün Bakı şəhərinə gəlib. Anasının xəstəliyi ilə əlaqədar Bakı şəhərindən hərbi xidmətdən yararsız hesab olunub, Köhnə-Xudat kəndinə qayıdıb, az bir müddət orada yaşayıb və anası vəfat edəndən sonra, yəni 1963-cü ildən Bakı şəhərinə qayıdıb və yaşamışdır. Lakin mərhum ataları X17 26 may 1987-ci ildə əmlakını X2nun adına keçirməsi barədə Akt tərtib olunmasından xəbərləri olmamışdır. Həmin ata mülklərindən bütün bacı-qardaşları bərabər istifadə etmişlər. O, İddiaçı1 atasının sağlam olan vaxtı və xəstə olan vaxtı da ona daima qulluq etmişdir. Müalicəsi ilə məşğul olmuşdur. Dəfn və hüzr məclisində də layiqincə iştirak etmişdir. Hətta mərhum qardaşları X8 da daima qulluq etmiş, dəfnində və hüzür məclisində də layiqincə iştirak etmişdir. Lakin mərhum X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Qanun üzrə vərəsəlik haqqında öz adına Şəhadətnamə almasından onların xəbərləri olmamışdır. Bunu yalnız 2022-ci ildə Nizami Rayon Məhkəməsində bilmişlər. Hesab edir ki, mərhum X2 həmin şəhadətnaməni alarkən bütün vərəsələri qeyd etməli idi. Digər vərəsələrin əmlakını mənimsəməməli idi. Halbuki, həmin vaxtı onlar 4 qardaş və 1 bacı olmuşdular. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin müdiri Əhmədova K.V tərəfindən verilmiş 747 saylı, 07 oktyabr 2022-ci il tarixli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət arxivində saxlanılan Köhnə-Xudat kənd X44 İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Köhnə- Xudat kənd üzrə 01 saylı təsərrüfatbaşına kitabında mərhum X29 (1907) təsərrüfat başçısı olub. Təsərrüfatın xüsusi istifadəsində 1918-ci ildə tikilən yaşayış evi, torpağın cəmi 1957ci ildə 0,08 ha, 1958-1959-cu illərdə 0,12 ha, tikili altında 0,01 ha torpaq sahəsi qeyd edilmişdir. Təsərrüfatın üzvləri aşağıdakı kimi göstərilmişdir: X47-arvadı (1915), X18-oğlu (1938), X21-oğlu (xx.xx.1950), X26-oğlu (1952), İddiaçı1 Dardayıl oğlu-oğlu (xx.xx.1956), X22-qardaşı qızı (1939), İddiaçı2-qızı (xx.xx.1958). Hesab edir ki, Bakı şəhəri 52 saylı Notariat Ofisindən verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş Şəhadətnamə məhkəmə qaydasında ləğv olunmalı, bütün vərəsələrin adı yazılmalıdır. Cavabdeh istifadəsində olan həmin 0,18 ha torpaq sahəsində və üzərində olan 74,0 kv. metr tikililərdə, ata mülklərində bütün vərəsələrin və onun payı müəyyən olunmalıdır. Çünki, mərhum atalarından qalmış miras əmlak olan ata mülklərindən və 0,18 ha torpaq sahəsindən ona və bütün vərəsələrə pay düşür. Mərhum atalarından qalmış miras əmlak qanun üzrə bütün vərəsələrə mənsubdur. Bütün vərəsələrin həmin miras əmlakda məcburi payları məhkəmə qaydasında müəyyən olunmalıdır. Cavabdeh Mı̇ rzəağa qızı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Xaçmaz rayonu. Köhnə-Xudat kənd XDS İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında atası, cavabdehin babası X29 təsərrüfat başçısı olmuş, onun istifadəsində 0,18 ha torpaq sahəsi, o cümlədən tikililər, meşəlik, qobudərələr və ictimai yolların altında 0,01 ha torpaq sahəsinin olması AR Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İH-nin Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 660 №-li arxiv arayışında öz təsdiqini tapmış, X29 1990-cı il martın 03-də vəfat etdikdən sonra dörd qardaş, yəni X19, İddiaçı1 Dardayıl oğlu, X20 və X13, yəni cavabdehin atası və bir bacı, yəni İddiaçı2 vərəsə olaraq qalmış, vərəsələrdən biri, yəni cavabdehin atası X6 2019-cu il aprelin 13-də vəfat etməsindən sonra ondan miras qalmış əmlak olan Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və ümumi sahəsi 63,0 kv.metr olan tikilini cavabdehin xəbəri olmadan öz adına sənədləşdirmiş və cavabdeh keçən il bunu bilmiş və guya həmin torpaq (bağ) sahəsini başqa şəxslərə satmaq niyyətindədir. Guya adı çəkilən torpaq sahəsi və tikili atalarından miras qaldığından orada vərəsə kimi onların da payları vardır. Qeyd olunan bağ sahəsinin və üzərindəki tikilinin ataları X17 və digər şəxslərin iştirakı ilə 26 may 1987-ci ildə tərtib olunmuş akt əsasında atası X6 adına keçməsindən xəbərləri olmamış, həmin mülkdə yaşamışlar. İddiaçı1 Dardayıl oğlu özünün də iddia ərizəsində qeyd etdiyi kimi o, 1971-ci ildə Bakı şəhərinə gəlmiş, 74 saylı Texniki Peşə Məktəbində oxumuş, oradan hərbi xidmətə çağırılmış, hərbi xidmətdən qayıtdıqdan sonra Xəzər rayonunun Buzovna qəsəbəsində yaşamağa başlamış, hazırda da orada yaşayır, əgər, o, torpaq sahəsindən istifadə edibsə, bu yalnız həmin ərazidəki özünə məxsus torpaq sahəsi ilə bağlıdır. Digər vərəsə-İddiaçı2 isə Bakı şəhəri, Nizami rayonun ərazisində yaşadıqları halda adı çəkilən torpaq sahəsində onların yaşaması və istifadə etmələri tamamilə yalandır, mümkün deyildir. İddia tamamilə əsassız və qanunsuz olduğundan hesab edir ki, təmin edilə bilməz. Belə ki, adı çəkilən torpaq (bağ) sahəsi və oradakı tikililər babası X29 tərəfindən inşa edilərkən iddiaçıların heç bir rolu və iştirakı, həmçinin payçı olmamışlar. X29 hələ sağlığında, yəni 1987-ci il mayın 20-də Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsini (bağı), şəxsi yaşayış evini, evin içərisindəki əşyaları, mal-qaranı, quşları və s. əmlakları həmin vaxtlar Bakı şəhərində yaşayan oğlu, yəni atası X8 vermək qərarına gəlmiş və bu barədə Köhnə Xudat kənd XDSnin deputatı da daxil 7 nəfər şahidin imzası ilə akt tərtib etmişlər, sonra Xaçmaz rayonu 2 №-li Dövlət Notariat Kontorunu tərəfindən 27 noyabr 1991-ci il tarixidə 4-1349 №-li reyestrdə rəsmiləşdirilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən cavabdehin atası X6 adına 1998-ci il iyulun 21-də inventar nömrəsi 412, reyestr nömrəsi 7-148 olan qeydiyyat vəsiqəsi verilərkən adı çəkilən tikiliyə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan adı çəkilən torpaq sahəsi və oradakı tikililər onun istifadəsində olmuş, kimsə, o cümlədən iddiaçılar bunu bilsələr də, etiraz etməmişlər, çünki İddiaçı1 həmin vaxtlar və hazırda da adı çəkilən torpaq sahəsinin baş tərəfində yerləşən 0,10 ha torpaq sahəsindən istifadə etmiş, Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli JN- 413A KOD 30212018 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin verilməsi faktı 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Keçmiş 30 il müddətində adı çəkilən torpaq sahəsi onların ailəsinin istifadə və sahibliyində olmuş, iddiaçılar isə bunu bildikləri halda, buna etiraz etməmişlər, indi isə adı çəkilən torpaq (bağ) sahəsini guya satmaq istəməyini bəhanə gətirərək buna etiraz etməyə başlamışlar, İddiaçı1 bir neçə il bundan əvvəl, yəni cavabdehin atası Mirzəağanın ölümündən sonra adı çəkilən torpaq (bağ) sahəsini ona satmağını təklif etmiş, lakin razılıq əldə edə bilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Rayonda torpaq islahatı keçirilən zaman adı çəkilən torpaq (bağ) sahəsi tam olaraq atasının istifadə və sahibliyində olduğundan Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2000-ci il tarixli 22 saylı qərarı ilə adı çəkilən 0.18 ha həyətyanı torpaq sahəsi atası X6 mülkiyyətinə verilməsinə dair JN-41 la KOD 30212018 №-li şəhadətnamə verilmişdir. Belə çıxır ki, rayonda torpaq islahatının keçirilməsindən guya iddiaçının xəbəri olmamışdır. Bu mümkünsüzdür. Lakin həmin vaxt İddiaçı1 ayrıca təsərrüfat başına kitab üzrə yuxarıda qeyd etdiyi kimi sahəsi 0.10 ha olan torpaq sahəsində öz ailəsi ilə birlikdə istifadə etmişdir. Xaçmaz rayonu Aqrar İslahat Komissiyası tərəfindən atasının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-411 A kodu 30212018 olan şəhadətnaməni uzun illər əvvəl ələ keçirmiş İddiaçı1 müxtəlif variantlara əl ataraq qanunsuz yolla öz adına keçirə bilməmiş, sonra adı çəkilən torpaq sahəsini ucuz qiymətə ona satılmasına nail ola bilmədiyindən məsələ ilə bağlı məhkəməyə müraciət edərək guya bu məsələdən son vaxtlar xəbərdar olmasını bildirmişdir. X4 2019-cu il aprelin 15-də ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı Bakı şəhərinin 52-ci Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və oradakı 63,0 kv.metr ümumi sahəsi olan tikili onun adına keçmiş, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 18 fevral 2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçılar isə cavabdehin atasından miras qalmış adı çəkilən əmlaklara vərəsə olmamışlar. Bütün bu proseslər qanun çərçivəsində baş vermiş, digər şəxslərin, o cümlədən iddiaçıların heç bir maraqlarına toxunulmamışdır. Qeyd olunanları nəzərə alaraq əsassız və qanunsuz olan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mı̇ rzəağa qızı iddia müddətinin tətbiqi barədə ərizə verərək daşınmaz əmlaklarla bağlı qanunla müəyyən olunmuş 6 illik müddət iddiaçı tərəfindən buraxılmışdır. Ona görə də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh Mı̇ rzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan pay” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan məcburi payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlu, İddiaçı2 Dardail qızı Cavabdeh Mı̇ rzəağa qızının iddia ərizəsinə yazdığı etiraz ərizəsinə etiraz edərək bildirmişlər ki, Cavabdeh iddia tələbinə qarşı yazdığı etirazında və xx.xx.2023-cü ildə məhkəmənin hazırlıq iclasında şər və böhtanla dolu çıxış edərək, mərhum ataları X17 0,37 ha həyətyanı torpaq sahəsi olduğunu, sağlığında həmin torpaq sahəsini övladlarının arasında böldüyünü və 0,18 ha torpaq sahəsini oğlu X8, 0,19 ha torpaq sahəsini isə digər övladlarına və o cümlədən İddiaçı1 Dardayıl oğluna verdiyini bildirmişdir. Məhkəmə mübahisəsində olan 0,18 ha həyətyanı torpaq sahəsi, üzərində olan tikililərlə, evlə birlikdə atası X8 verilmişdir. Həmin torpaq sahəsində və evdə iddiaçıların ata mülkündən məcburi pay almaq hüquqları yoxdur. Bildirir ki, mərhum ataları X17 heç bir vaxt Xaçmaz rayonu, Xudat kəndində 0,37 ha həyətyanı torpaq sahəsi olmamışdır. Ata-baba mülkləri cəmi 0,18 ha torpaq sahəsindən ibarət olmuşdur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Xaçmaz rayonu, Köhnə Xudat kənd X44 İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında mərhum ataları X29 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi istifadəsində torpağın cəmi 0,18 ha, o cümlədən tikililərin, meşəliyin, qobudərələrin və ictimai yolların altında 0,01 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin olması mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Rayon Dövlət Arxivinin müdiri K.V.Əhmədovanın verdiyi 16 iyun 2021-ci il tarixli, 660 nömrəli Arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Mərhum ataları X30 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 4- qardaş və 1- bacı olmuşlar. X19, İddiaçı1 Dardayıl oğlu, X20, X13 və İddiaçı2-X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, mərhum qardaşı Mirzəağanın qızı Cavabdeh mərhum atalarından qalmış Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha miras əmlak olan torpaq sahəsini və ümumi sahəsi 74,0 kv.metr olan ata mülklərini xəbərləri olmadan öz adına sənədləşdirmişdir. 2020ci ildə internet vasitəsilə bilmişlər ki, Cavabdeh həmin 0,18 ha torpaq sahəsini və ata mülklərini başqa şəxslərə satmaq istəyir. Lakin həmin torpaq sahəsi mərhum atalarından qalmış miras əmlak olduğu üçün həmin torpaq sahəsində və ata mülklərində bütün bacıqardaşları, eləcə də onların 1-ci dərəcəli vərəsə kimi məcburi payları vardır. Belə ki, mərhum atalarından qalmış həmin miras əmlak olan 0,18 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 74,0 kv.metr ata mülklərinə uzun müddətdir ki, hələ atalarının sağlığından qardaşı Mahmudov Mirzağadan başqa, hamısı baxmış, müalicə və əməliyyatlar etdirmiş və pullarını ödəməklə atalarına qulluq etmişlər. Həyətlərinə, evlərinə və həyətdə əkilmiş ağaclara şəxsən o, İddiaçı1 qulluq etmişdir. Bütün təmizlik işlərini, təmir işlərini orada o aparır. Hətta həyətə metal setkadan hasar çəkmiş və həyətin kənarlarına beton dirəklər basdırmışdır. Bələdiyyə yarandığı gündən 2019-cu ilə qədər torpaq və əmlak vergisini də mərhum X2nun adından o ödəmişdir. Ata mülkünün və həyətyanı torpaq sahəsinin bütün ağır yükü onun üzərində olub. Bu faktı Bələdiyyə işçiləri, sədrləri, qonşuları və bütün kənd sakinləri təsdiq edə bilər. O, İddiaçı1 xx.xx.1956-cı ildə Xaçmaz rayonu, Xudat kəndində həmin ata mülklərində anadan olmuşdur. 8-ci sinifi Xudat şəhərində bitirib, 1971-ci ildə Bakı şəhərinə gəlib, 74 saylı Texniki peşə məktəbində oxumuşdur. Sonra həqiqi hərbi xidmətdə olmuşdur. Mərhum X2 da onların böyük qardaşı olub. 1955-1956-cı illərdən təhsil almaq üçün Bakı şəhərinə gəlib. Hətta X25 xəstə olduğu və dünyasını dəyişdiyi vaxtda da Köhnə-Xudat kəndinə ata evlərinə gəlməyib. Analarına heç bir qulluq, yardım etməyib. Anası X5 çağırsa da, Mirzəağa gəlməmiş və onunla ümumiyyətlə maraqlanmamışdır. X16 “Mirzəağa, Mirzəağa” deyə- deyə dünyasını 26.03. 1963-cü ildə dünyasını dəyişmişdir. Lakin mərhum ataları X17 26 may 1987-ci ildə əmlakını X2nun adına keçirməsi barədə Akt tərtib olunmasından xəbərləri olunmamışdır. Həmin ata mülklərindən bütün bacı-qardaşları bərabər istifadə etmişlər. O, İddiaçı1 atasının sağlam olan vaxtı və xəstə olan vaxtı da ona daima qulluq etmişdir. Müalicəsi ilə məşğul olmuşdur. Dəfn və hüzr məclisində də layiqincə iştirak etmişdir. Hətta mərhum qardaşları X8 da daima qulluq etmiş, dəfnində və hüzür məclisində də layiqincə iştirak etmişdir. Lakin mərhum X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Qanun üzrə vərəsəlik haqqında öz adına Şəhadətnamə almasından onların xəbərləri olmamışdır. Bunu yalnız 2022-ci ildə Nizami Rayon Məhkəməsində bilmişlər. Hesab edir ki, mərhum X2 həmin şəhadətnaməni alarkən bütün vərəsələri qeyd etməli idi. Digər vərəsələrin əmlakını mənimsəməməli idi. Halbuki, həmin vaxtı onlar 4 qardaş və 1 bacı olmuşdular. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin müdiri Əhmədova K.V tərəfindən verilmiş 747 saylı, 07 oktyabr 2022-ci il tarixli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət arxivində saxlanılan Köhnə-Xudat kənd X44 İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Köhnə- Xudat kənd üzrə 01 saylı təsərrüfatbaşına kitabında mərhum X29 (1907) təsərrüfat başçısı olub. Təsərrüfatın xüsusi istifadəsində 1918-ci ildə tikilən yaşayış evi, torpağın cəmi 1957ci ildə 0,08 ha, 1958-1959-cu illərdə 0,12 ha, tikili altında 0,01 ha torpaq sahəsi qeyd edilmişdir. Təsərrüfatın üzvləri aşağıdakı kimi göstərilmişdir: X47-arvadı (1915), X18-oğlu (1938), X21-oğlu (xx.xx.1950), X26-oğlu (1952), İddiaçı1 Dardayıl oğlu-oğlu (xx.xx.1956), X22-qardaşı qızı (1939), İddiaçı2-qızı (xx.xx.1958). Cavabdeh xx.xx.2023-cü ildə məhkəmənin hazırlıq iclasında verdiyi izahatına cavab olaraq bildirir ki, ona Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə qanunamüvafiq qaydada torpaq rüsumu ödəyib, Xudat kənd Bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsi ilə əlaqədar ona xx.xx.2004-cü il tarixli, JN- 413A KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Lakin həmin 0,10 ha torpaq sahəsinin atalarından miras qalmış 0,18 ha torpaq sahəsinə və 74 kv.metr yaşayış sahəsinə heç bir aidiyyatı yoxdur. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdikləri xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubla və xx.xx.1998-ci il tarixli, sonradan başqa xətlə düzəliş olunmuş, saxtalaşdırılmış arayışla məhkəməni aldatmağa çalışmış, məhkəmədə yalan ifadə verməklə özlərini qeyri-səmimi aparmışlar. Eyni zamanda, saxta sənədlərdən istifadə etməklə naməlum qəzetdə “Xaçmaz rayonu Xudat şəhəri, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə X6 adına verilmiş 212A reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır” sərlövhəli elan dərc etdirmişlər. Həmçinin, Cavabdeh xx.xx.2023-cü il tarixli yazdığı “iddia ərizəsinə dair etiraz və mülahizələrində” göstərmişdir ki, “Xaçmaz rayonu Aqrar İslahat Komissiyası tərəfindən atasının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-41İA kodu 30212018 olan şəhadətnaməni uzun illər əvvəl ələ keçirmiş İddiaçı1, müxtəlif variantlara əl ataraq qanunsuz yolla öz adına keçirə bilməmiş, sonra adı çəkilən torpaq sahəsini ucuz qiymətə ona satılmasına nail ola bilmədiyindən məsələ ilə bağlı məhkəməyə müraciət edərək guya bu məsələdən son vaxtlar xəbərdar olmasını bildirmişdir.” Hesab edir ki, cavabdeh həmin ərizəsi ilə ona qarşı şər və böhtan atmış, məhkəməyə bilərəkdən yalan izahat vermiş və məhkəməni çaşdırmağa çalışmışdır. Ona məxsus və xüsusi mülkiyyətində olan, Könnə Xudat kəndində yerləşən 0,10 ha torpaq sahəsinə aid “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətini məhkəməyə təqdim edir. Bir daha bildirir ki, ona məxsus olan 0,10 ha torpaq sahəsinin atalarından miras qalmış 0,18 ha torpaq sahəsinə və 74 kv.metr tikiliyə, ata mülklərinə heç bir aidiyyatı yoxdur. Cavabdeh qanunsuz dələduz əməllərini bu gün də davam etdirərək, onların ünvanına şər və böhtan xarakterli ifadələr işlətməklə, şərəf və ləyaqətlərini təhqir etməkdə davam edir, öz qanunsuz əməllərindən əl çəkmək istəmir... Hesab edir ki, Bakı şəhəri 52 saylı Notariat Ofisindən verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə məhkəmə qaydasında ləğv olunmalı, bütün vərəsələrin məcburi pay almaq hüququ bərpa olunmalıdır. Cavabdeh istifadəsində olan həmin 0,18 ha torpaq sahəsində və üzərində olan 74,0 kv. metr tikililərdə, ata mülklərində bütün vərəsələrin məcburi payları məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmənin diqqətinə çatdırır ki, mərhum atalarından qalmış, Köhnə Xudat kəndində yerləşən ata mülklərindən və 0,18 ha torpaq sahəsindən bütün vərəsələrə məcburi pay ayrılmalıdır. Mərhum atalarından qalmış miras əmlak qanun üzrə bütün vərəsələrə mənsubdur və bütün vərəsələrin həmin miras əmlakdan məcburi payları məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında iddiaçı Mahmudov Hacıəzı̇ z Dardail oğlu iddia tələbində və etiraz ərizəsində qeyd edilənlərlə eyniməzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 Dardail qızı iddia tələbində və etiraz ərizəsində qeyd edilənlərlə eyniməzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 bildirdi ki, iddia tələbini müdafiə edir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsində İddiaçı1 Dardayıl oğlunun və İddiaçı2 Bakı Şəhəri 52 saylı Notariat X1 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, onların vərəsəlik hüquqlarının tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin, miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan onların paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hesab edir ki, iddia müddəti ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə bərpa olunmalıdır. İddia ərizəsinin verilməsi ilə bağlı buraxılmış müddət üzürlü hesab edilməklə bərpa olunmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, etiraz ərizəsində göstərilənləri müdafiə edərək və iddiaçının mirası qəbul etmək üçün müddəti ötürdüyünü bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini, etiraz ərizəsində göstərilənləri müdafiə edərək və iddiaçının mirası qəbul etmək üçün müddəti ötürdüyünü bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək cavabdehin etiraz ərizəsində göstərdiklərini qəbul etmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin 16 iyun 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət Arxivində saxlanılan Köhnə Xudat kənd X44 İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında mərhum atası X29 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,18 ha, o cümlədən tikililərin, meşəliyin, qobudərələrin və ictimai yolların altında 0,01 ha torpaq sahəsi olmuşdur. - AZ-İİ seriyalı 177590 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 10 mart 1990-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 aprel 1990-cı il tarixdə 02 nömrəsi ilə qeyd edilmişdir. - İ-ИE seriyalı, 026206 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mahmudov Hacıəzı̇ z Dardayil oğlu xx xxxx 1956-cı ildə Xudat rayonunda anadan olmuşdur. Ata qrafasında X29, ana qrafasında X35 qeyd edilmişdir. - AZ-T seriyalı, 106657 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 Dardayil qızı 19 avqust 1958-ci ildə Xudat rayonunda anadan olmuşdur. Ata qrafasında X29, ana qrafasında X35 qeyd edilmişdir. - Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 06 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti, ev 115, mənzil 5-də qeydiyyatda olan qızı Cavabdeh Mı̇ rzəağa qızıdır. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evidir. - 27.01.2020-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evi X8 məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********39-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evi X6 xüsusi mülkiyyətindədir. Əmlak onun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - JN-411A, KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi X8 verilmişdir. - JN-413A KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,10 ha olan torpaq (bağ) sahəsi İddiaçı1 Dardayıl oğluna verilmişdir. - AZ-İİ seriyalı 011378 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 15 aprel 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 aprel 2019-cu il tarixdə 510 nömrəsi ilə qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evi Cavabdeh Mı̇ rzəağa qızına məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********39-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evi Mahmudov Cavabdeh Mı̇ rzəağa qızının xüsusi mülkiyyətindədir. Əmlak onun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin müdiri Əhmədova K.V tərəfindən verilmiş 747 saylı, 07 oktyabr 2022-ci il tarixli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət arxivində saxlanılan Köhnə-Xudat kənd X44 İcraiyyə Komitəsinin 1957-1959cu illərə aid Köhnə- Xudat kənd üzrə 01 saylı təsərrüfatbaşına kitabında mərhum X29 (1907) təsərrüfat başçısı olub. Təsərrüfatın xüsusi istifadəsində 1918-ci ildə tikilən yaşayış evi, torpağın cəmi 1957-ci ildə 0,08 ha, 1958-1959-cu illərdə 0,12 ha, tikili altında 0,01 ha torpaq sahəsi qeyd edilmişdir. Təsərrüfatın üzvləri aşağıdakı kimi göstərilmişdir: X47-arvadı (1915), X18-oğlu (1938), X21-oğlu (xx.xx.1950), X26-oğlu (1952), İddiaçı1 Dardayıl oğluoğlu (xx.xx.1956), X22-qardaşı qızı (1939), İddiaçı2-qızı (xx.xx.1958). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, onun Xaçmaz rayon İ saylı notariat ofisində 10 mart 1990-cı ildə vəfat etmiş X14 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. Nəzərinə çatdırılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X29 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. X3 digər varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibət münasibət bildirmələri zəruridir. Həmçinin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur. - Köhnə Xudat kənd XDS-nin deputatı da daxil 7 nəfər şahidin imzası ilə tərtib edilmiş 20 may 1987-ci il tarixli aktın surətindən görünür ki, X7 Xudat kəndində yerləşən şəxsi yaşayış evinin, evinin içində yaşayış əmlakının, canlı mal-qarasının və toyuq-qazının, həyətyanı sahəsi öz doğma oğlunun, hal-hazırda Bakı şəhərində yaşayan X8 ölümündən sonra onun hesabına keçməsinə razılıq verir. - Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 21 iyul 1998-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və oradakı 63,0 kv.metr ümumi sahəsi olan tikili X6 adına qeydə alınmışdır. - Xaçmaz Rayon Polis Şöbəsinin 27 dekabr 2019-cu il tarixli arayışının surətindən görünür ki, Cavabdeh Mı̇ rzəağa qızının mərhum atası X6 adına verilmiş JN-411A, KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin naməlum şəraitdə itdiyi bildirilmişdir. İtmiş sənədin axtarışı ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş, lakin tapılması mümkün olmamış və Xaçmaz Rayon Polis Şöbəsinə daxil olmamışdır. - 21 iyun 1998-ci il tarixli 643 nömrəli arayışdan görünür ki, X29 vəfat edərkən təsərrüfatında tək yaşamış, onun vəfatından sonra təsərrüfatını onun doğma oğlu X13 idarə etmişdir. Mərhum vəfat edərkən ayrı təsərrüfatında yaşayan təsərrüfatında yaşayan aşağıdakı övladları olmuşdur: X18, X24, X20, İddiaçı1 Dardayıl oğlu, İddiaçı2. - Qəzet parçasından görünür ki, “Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən fərdi yaşayış evinə X6 adına verilmiş 412 reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır” adı ilə elan verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən İddiaçı1 Dardayıl oğlunun adına Xaçmaz rayonu, Köhnə-Xudat kəndində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Bundan əlavə, İddiaçı1 Dardayıl oğlunun adına Xaçmaz rayonu, Köhnə- Xudat kəndində 0.10 ha torpaq sahəsinə verilmiş xx.xx.2004-cü il tarixli, JN-411A, KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə aşkar edilmişdir. - “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1990-cu il tarixdə vəfat etmiş X17 vərəsəsi Bakı şəhəri, Darvin küçəsi, 16 mərtəbəli binanın 55-ci mənzilində qeydiyyatda olan qızı X10r. Miras əmlak Xaçmaz rayonu, Köhnə- Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 63 kv.metr ölçüyə, o cümlədən əsas yaşayış sahəsi 32.7 kv.m və üstü şiferdən ibarət evdir. - xx.xx.2023-cü il mədaxil qəbzindən görünür ki, X27 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il və xx.xx.2023-cü il mədaxil qəbzlərindən görünür ki, Mahmudov Hacıəzı̇ z Dardail oğlu məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X29 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, əmlakını oğlu X8 vəsiyyət etmişdir. X13 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. 06 fevral 2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2019cu il tarixdə vəfat etmiş X6 vərəsəsi qızı Cavabdeh Mı̇ rzəağa qızıdır. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evidir. Məhkəməyə təqdim olunan sənədlərdən məlum olur ki, həmin əmlak X8 məxsusdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin İddiaçı1 Dardayıl oğluna ünvanlandığı 15 sentyabr 2022-ci il tarixli məktuba əsasən X29 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. X3 digər varisləri mövcuddur. Hazırda iddiaçılar xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin - miras əmlakın vərəsələr arasında bölünməsini və həmin miras əmlakdan paylarının müəyyən olunmasını xahiş edirlər. Müstəqil tələb irəli sürən X12 Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin miras əmlakın miras əmlakın vərəsələr arasında bölünməsini və həmin miras əmlakdan payının müəyyən olunmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1166-ci maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, X29 xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evini X8 vəsiyyət etməsi və digər vərəsələrin miras əmlaka dair müraciət etməmələri mübahisəli mənzilin X6 mülkiyyətinə verilməsi üçün əsas olmuşdur. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi qızı Cavabdeh Mı̇ rzəağa qızıdır. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evidir. İddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlu, İddiaçı2 Dardail qızı hazırda atalarının vərəsə payından məcburi pay almaq hüquqları olduğunu iddia etsələr də, məhkəmə tərəfindən müəyyən edildi ki, onlar tərəfindən müddət ötürülmüşdür. Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, X29 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərək daşınmaz əmlaklarla bağlı qanunla müəyyən olunmuş 6 illik müddət iddiaçı tərəfindən buraxılmışdır. Ona görə də iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mulki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üstüstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçı iddia tələbində qeyd etmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində Qanun üzrə vərəsəlik haqqında öz adına Şəhadətnamə almasından onların xəbərləri olmamışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə verilən Torpağın mülkiyyətə verilməsi ilə bağlı JN-413A KOD 30212018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,10 ha olan torpaq sahəsi İddiaçı1 Dardayıl oğluna, JN- 411A KOD 30212018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq sahəsi X8 məxsusdur. Nəticədə qeyd edilən şəhadətnamələr alınan zaman iddiaçılar qeyd olunan miras əmlak barədə məlumatlı olmalı imiş və onun bu barədə məlumatlı olmaması ilə bağlı iddia tələbində qeyd etdiyi hallar məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli mənzilə dair 6 illik iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqlı olaraq rədd edilməlidir. Məhkəmə həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlunun və İddiaçı2 Dardail qızının iddia tələbinə münasibətdə qeyd edilənlər X12 da iddia tələbinə aiddir. Onun tərəfindən də müddət ötürülmüş hesab edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 aid edilməlidir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlunun, İddiaçı2 Dardail qızının Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin - miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan paylarının müəyyən olunması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan məcburi payının müəyyən olunması barədə tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Mahmudov Hacıəzı̇ z Dardail oğlunun, İddiaçı2 Dardail qızının Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin - miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan paylarının müəyyən olunması barədə tələbi təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Bakı şəhəri 52 saylı notariat ofisinin X6 adına verdiyi xx.xx.2020-ci il tarixli, Reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, Cavabdeh istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan məcburi payının müəyyən olunması barədə tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar