Məhkəmə qərarları › İş №2(007)-1265/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1265/2024

21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1265/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ aktın ləğv edilməsi və borcun silinməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi, Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 saylı mənzilinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 519 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi. Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, İddiaçı2 almışdır. Həmin mənzilə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə hələ İddiaçı2 adınadır. Cavabdehlə mənzildə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur. İstifadə etdikləri təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişlər. Onun xəbəri olmadan cavabdeh tərəfindən ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi, Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 yerləşən mənzilə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Nəticədə isə 519 manat borc yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazlarını bildirirlər. Bir daha bildirir ki, onlar tərəfindən qaz sayğacına müdaxilə olunmamış, habelə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdikləri müraciətlər nəticəsiz qalmış, şifahi qaydada onlara bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, mənzilə quraşdırılmış sayğac əvvəl mexaniki sayğac olub. Sonra özləri dəyişdilər smart qoydular. Sayğac blokda hündürdə yerləşir. Nərdivan qoyulmasa ora çıxmaq mümkün deyil. Mənzildə heç kim yaşamır. 2023-cü ilin mart ayına kimi orada heç yaşamayıb, dekabr ayında isə iki gün bacısı oğlu qalıb. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmir. Bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 avqust 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik cızıq izləri var.

9. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********54-05101-093019 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi, Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 22 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

10. İddiaçı1 adına verilmiş **********00090 nömrəli abonentin saldosundan görünür ki, ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, xx.xx.2023cü il tarixdə ZENNER G2.5T Mexanika markalı, **********1 nömrəli sayğac quraşdırılmışdır. Abonentə sayğacdan kənar qoşulma üçün 518,40 manat borc hesablanmışdır.

11. Dəymiş ziyanın bərpasına dair 31 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 m3 ortagünlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 4x12x90=4320 m3

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 31 avqust 2023-cü il tarixli akta əsasən abonent saldosu İddiaçı2 adına olan İddiaçı1 mülkiyyətində olan ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi, Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 mənzil ünvanında yerləşən mənzilə quraşdırılmış qaz sayğacına keçirilmiş baxış zamanı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik cızıq izləri olduğu müəyyən edilmişdir. İddiaçıya 518,40 manat borc hesablanmışdır. Hesabat müddəti 90 gün qəbul edilmişdir. İddiaçı həmin cərimənin silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:

4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən kənarda blokda hündür yerdə quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

19. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla iddiaçılar mülkiyyətçi İddiaçı1 və abonent İddiaçı2 hər hansı hüquq pozuntusuna yol verdikləri hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Bu səbəbdən ünvan 1kir rayonu, Kür qəsəbəsi, Səməd Vurğun küçəsi, bina 5, mənzil 11, yeni qaydalarla: AZ5700 ünvan 1kir rayonu, Kür qəsəbəsi, Qurban Bəkirov küçəsi, giriş 39, M4, m2 saylı mənzilinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın ləğv edilməlidir.

20. Bundan başqa itirilmiş qaz 90 gün qəbul edilərək (4x12x90=4320 m2) iddiaçıya 518.40 manat borc yazılmışdır. Halbuki, Cavabdeh nümayəndələri tərəfindən sayğaclara hər ay baxış keçirilir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 518,40 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

23. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt ləğv edilməli, həmin akt əsasında **********00090 abonent kodu üzrə hesablanmış 518,40 manat məbləğində borc silinməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı aktı ləğv edilsin, həmin akt əsasında **********00090 abonent kodu üzrə hesablanmış 518,40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar