Məhkəmə qərarları › İş №2(007)-1274/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1274/2025

23.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1274/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə, ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) X13 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X6 xx.xx.1989-cu ildə Laçın rayonu, Kamallı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, lakin məcburi köçkün kimi ünvan 2 ünvanında məskunlaşıb yaşayamışdır. O, “çox ağır əqli gerilik, üzvü mənşəli dərin ağıl zəifliyi, ifadəli davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir və o, 1-ci dərəcəli əlildir. Ərizəçi həmçinin əlavə etmişdir ki, qızının əmək qabiliyyəti yoxdur, hərəkətlərini dərk etmir, özü-özünü müstəqil idarə etmək iqtidarında olmadığından daimi kömək və qulluğa ehtiyacı vardır. Bu səbəblərə əsasən, X6 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və üzərində qəyyumluq müəyyənləşdirilməlidir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə Laçın şəhərində anadan olmuşdur, Laçın şəhəri, Kamallı kəndində qeydiyyatdadır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Laçın rayonu, Kamallı kəndində anadan olmuşdur, Laçın rayonu, Kamallı kəndində qeydiyyatdadır; -AA seriyalı, 077293 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün düşmüşdür və Nizami rayonunda qeydiyyatda alınmışdır. - XİV-ЖГ seriyalı, 340549 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Rahim Əşrəf oğlu ilə Ərizəçi birgə nikahından xx.xx.1989-cu il tarixdə Laçın şəhərində doğulmuşdur. -Bakı Şəhəri, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 28 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 28 saylı MKİS-in ərazisində Çobanzadə küçəsi, 2 saylı evin, mənzil 1 ünvanında yaşayır. -AA seriyalı, 251430 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, X3 rayonundan məcburi köçkün düşmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin TSEK-in xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X6 İ qrup əlildir, çox ağır əqli gerilik, üzvü mənşəli dərin ağıl zəifliyi, ifadəli davranış pozuntusu xəstəliyindən əziyyət çəkir, əmək qabiliyyətsizdir, kənar şəxslərin himayəsinə ehtiyacı var. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025ci il tarixli, 1365 saylı rəyindən görünür ki, X1 intoksasiya (dəm qazı zəhərlənməsi) nəticəsində yaranan demansiya (ağıl zəifliyi) müəyyən edilmişdir. Bunun nəticəsində o, psixi vəziyyətinə görə öz hərəkətlərini başa düşüb, idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə iştirak edən şəxslər: xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, bildirmişdir ki, qızı fəaliyyət qabiliyyətini itirib, 20 yaşında qonaq getdikləri evdə dili lal olub və yaddaşını itirib. Bu səbəblərə görə məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında səhhətiylə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən iclasa iştirakı olmadan baxılmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə Komissiyanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X6 ““çox ağır əqli gerilik, üzvü mənşəli dərin ağıl zəifliyi, ifadəli davranış pozuntusu”” diaqnozu ilə İ dərəcəli əlildir. Onda ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunmuşdur. Bunun nəticəsində özünü idarə etmək və hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2025-ci il tarixli, 1365 saylı saylı rəy verilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlər rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli xx.xx.1989-cu il tarixdə Laçın şəhərində doğulmuş, Laçın rayonu, Kamallı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında faktiki yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Laçın şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar