Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1287/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə kompensasiya verilmədən onun mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və ya kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə kompensasiya verilmədən onun mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 7500 manat məbləğində kompensasiya verilməsi əsasında Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanındakı 42-ci mənzildən istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çxıarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadıqları mənzil şəxsən onun özü tərəfindən hələ o, cavabdehlə nigaha daxil olmadan əvvəl olan vaxtda alınmış və onun tərəfindər təmir edildikdən sonra 30.09.2011-ci il tarixində özəlləşdirilərək bu barədə çıxarış almışdır. Həmin çıxarışda da onun qeyd edilən mənzilin mülkiyyətçisi olması öz əksini tapmışdır. Hal-hazırda qeyd edilən mənzildə, o özü, atası-X4, anası-X3, cavabdeh- Cavabdeh və onların azyaşlı oğlu-X5 qeydiyyatdadırlar. İddia tələbi ilə bağlı olaraq qeyd edir ki, cavabdeh şəxs olan Səmədova (Nəzərova) Sevda İsmət qızının ailə üzvü olaraq mübahisəli mənzildən istifadə hüququ, rəsmi olmaqla nikaha daxil olduqları 14.02.2013-cü il tarixindən asılı surətdə onun qeyd edilən mənzilə köçürülməsi ilə yaranmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və ya kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı 18 dekabr 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 125 A ünvanındakı 42 saylı mənzilə köçürülməsi və ya 15 000 manat məbləğində kompensasiya ödənilməklə mənzilə istifad hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 14 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 18 dekabr 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur, faktiki olaraq onların ailə münasibətləri pozulsa da, rəsmi olaraq pozulmamışdır. Ailə qurduqdan sonra İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilə gəlin köçmüşdür. İddiaçıya məxsus valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə cehiz olaraq aparmışdır. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə vermiş və həmin ərizədə kompensasiyanın verilməməsinə səbəb kimi birgə nikah dövründə Cavabdeh 7 il ərzində qazandığı məvacibi, ona nikah dövründə nişan və toy ərəfəsində alınan qızılların ümumi dəyəri 15000 (on beş min) manat pul məbləğini həmçinin Cavabdeh valideynləri tərəfindən cavabdehə alınmış qızılların ümumi dəyəri 3000 (üç min) manat pul məbləğini göstərmişdir. Lakin Cavabdeh qızılları həmin mənzildədir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə vermiş və həmin ərizədə kompensasiyanın verilməməsinə görə göstərdiyi səbəblər kompensasiyanın verilməməsinə əsas deyildir. Eyni zamanda Cavabdeh ilə İddiaçı nikahları rəsmi olaraq pozulmamışdır. Hesab edir ki, Cavabdeh azyaşlı övladı 18 dekabr 2013-cü il təvəllüdlü X5 ilə həmin mənzildə yaşamaq hüququ vardır. Lakin cavadeh onun və övladının bu hüququna mane olur. Səmədov İddiaçı Sevda İsmət qızının azyaşlı övladı ilə həmin mənzilə köçürülməsinə razı olmadığı təqdirdə isə həmin şəxslər barəsində kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməlidir. Cavabdeh tərəfindən kompensasiyanın məbləği 15000 (on beş min) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh İddiaçı ilə 14 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduqları üçün iddia tələbinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirmiş, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi X6 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etmədiklərini bildirdirdilər. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 sentyabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. - AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 12 may 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən 42 saylı mənzildə qeydiyyatdadır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)-914/2020 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 14 fevral 2013-cü il tarixdə bağlanmış və 163 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X5 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, aliment tutulması hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 24 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 saylı yaşayış binasında və ətraf ərazidə yerləşən yaşayış binalarında orta mərtəbələrdə yerləşən bir otaqlı təmirli mənzilin hazırki dövrdə aylıq kirayə haqqının təqribən 200-250 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 30 sentyabr 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh 14 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bundan sonra Cavabdeh, İddiaçı məxsus olan mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(007)- 914/2020 nömrəli qətnaməsi ilə, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində 14 fevral 2013-cü il tarixdə bağlanmış və 163 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 18 dekabr 2013-cü il təvəllüdlü X5 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 18 dekabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, aliment tutulması hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdehə kompensasiya verilmədən onun mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair ilkin, Cavabdeh isə mənzilə köçürülmə və ya kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 6 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehin, iddiaçının oğlu ilə nikaha daxil olaraq mənzilə köçdüyü tarixdən, yəni 2013-cü il tarixdən başlanmışdır. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən hazırki mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, lakin Cavabdeh İddiaçı ilə nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından Cavabdeh həmin evdən istifadə hüququ saxlanmır. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, İddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin mübahisəli mənzildə yaşadığı müddəti, onun əmək qabiliyyətli olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən təklif edilən 7 500 manat məbləğində pul Cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 24 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 saylı yaşayış binasında və ətraf ərazidə yerləşən yaşayış binalarında orta mərtəbələrdə yerləşən bir otaqlı təmirli mənzilin hazırki dövrdə aylıq kirayə haqqının təqribən 200-250 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 7500 (yeddi min beş yüz) manat kompensaiya verilməklə sonuncunun ünvan 4 ünvanına istifadə hüquqlarına xitam verilməli, Cavabdeh həmin mənzildən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7500 (yeddi min beş yüz) manat kompensaiya verilməklə sonuncunun ünvan 4 ünvanına istifadə hüquqlarına xitam verilsin. Cavabdeh həmin mənzildən çıxarılsın. Qətnamə Cavabdeh ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1287/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1287/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver